"ZƏFƏR 44" adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq
Kriminal 03 Noy 2025 16:07:00 75 0
Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xidmət, həmçinin, vətən parçasını düşmən işqalından azad etməyin necə ülvi hiss olduğunu təbliq etmək məqsədi ilə Vətən Müharibəsində qazandığı tarixi Zəfərin 5-ci il dönümünə həsr olunmuş "ZƏFƏR - 44" adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq.
Bu xəbəri də oxu: "Art Weekend" festivalı çərçivəsində Rəssamlıq Akademiyasında açıq qapı günləri keçirilib FOTO
Müsabiqəyə ölkəmizim müxtəlif bölgələrindən 800-dən çox məktub daxil olmuş və təsviri sənət qabiliyyətli yeniyetmə və gəncimiz torpaqlarımızın işğal şəraitindəki vəziyyəti,qələbədən sonrakı quruculuq işləri, qələbənin yaratdığı əhval-ruhiyyə, ordumuzun rəşadəti, xalqımızın döyüş ruhu, həmçinin, xalq və ordu həmrəyliyini hiss etdirən təsviri sənət nümunələri təqdim etmişdilər.Təqdim olunmuş əsərlər arasından seçilən 44 əsər 5 noyabr 2025-ci tarixlərində Xətai Sənət Mərkəzində sərgilənəcək və əsəri sərgilənən iştirakçılar sertifikat və hədiyyə qazanacaq.
Seçim heyyəti:
1.Elçin Hüseyn- Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Azərbaycan Rəssamlar İttifaqının üzvü 2. Gündüz Həbibov - Xətai Sənət Mərkəzinin baş müəllimi Azərbaycan Rəssamlar İttifaqının üzvü 3. Fərqanə Muradlı- Absheron Buzovna art studionun rəssam müəllimi Azərbaycan Rəssamlar İttifaqının üzvü 4. İlham İsmayılov- Bakı Şəhəri V.Mustafazadə adına 2№ Uşaq İncəsənət Məktəbinin şöbə müdiri, müəllim, Azərbaycan Rəssamlar İttifaqının üzvü 5.Akif Yarışov - M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının müəllimi, AY Studionun rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü
Sərginin onlayn kataloqu https://online.fliphtml5.com/udgyq/vkda
/Diqqət! Seçilən əsərlər 4 oktyabr tarixinə kimi təhvil verilməlidir.
Nəzərinizə çatdıraq ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzi. Dəstəkçilər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyidir.
Tədbirin gəncliyimizin vətənpərvər ruhda yetişməsinə xidmət edəcəyinə inanırıq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Yevlax rayonunun Salahlı kəndində yerləşən Bəylər Əiyev adına tam orta
Unibank Azərbaycan xalqını 8 Noyabr - Zəfər Gününün 5 illiyi münasibət
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ R
31.10.2025 tarixində Park Cinemanın Flame Towers filialında sevilən seriyan�
Sahibkar tanışlarına internet platforması vasitəsilə əlavə gəlir vədi
Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə mü�
2025-ci ilin noyabr ayı dəyişiklik, motivasiya və yüksəliş enerjisi ilə
Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç
Abşeronda Özbəkistan vətəndaşının ölümündə təqsirləndirilən qadı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı i
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bir qru
Noyabrın 3-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənd
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduz
Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni
Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəng
