İcra başçısı həbs edilmiş müavini ilə Lənkəranda da birgə işləyib
Digərləri 03 Noy 2025 14:30:00 90 0
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bir qrup məmurla birgə həbs etdiyi Qaradağ RİH başçısının müavini Nadir Muradov daha əvvəl Lənkəranda bu vəzifəni tutubmuş.
Bu xəbəri də oxu: 4 gün partlayış səsləri gələcək Təşvişə düşməyin!
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qaradağ RİH-nin hazırkı başçısı Süleyman Mikayılov Lənkərana başçılıq edəndə də N.Muradovla birlikdə işləyibmiş.
Belə ki, N.Muradov əvvəllər Lənkəran ŞİH Aparatında Ərazi və idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra o, sabiq başçının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini işləyib.
Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyəti başçısı təyin edildikdən sonra N.Muradovu da Bakıya gətirib. Onu ilk öncə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, daha sonra isə icra başçısının müavini təyin edib. Nadir Muradov 10 ilə yaxın müddətdə Süleyman Mikayılovun müavini vəzifəsini tutub.
Qeyd edək ki, Nadir Muradovla yanaşı Qaradağ RİH başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, RİH-nin digər əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov da məsuliyyətə cəlb edilib. Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslər - Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Noyabrın 3-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənd
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduz
Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni
Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəng
Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı
Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zən
Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar.
Cənubi Koreyanın paytaxtı Seulda texnologiya və avtomobil sənayesinin üç
Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya
Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili mə
ABŞ-nin prezidenti Donald Tramp nüvə silahlarının sayına dair qalmaqallı
Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya
Bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurum
Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırd
