Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı: Təqsirləri sübutlarla təsdiqlənib
Siyasət 03 Noy 2025 14:20:00 63 0
Noyabrın 3-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Son.az xəbər verir ki, məhkəmədə ittiham çıxışı üçün dövlət ittihamını müdafiə edən prokurorlara söz verilib.
Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, bir ilə yaxın müddət ərzində 100-ə yaxın məhkəmə iclası keçirilib. 500 saatdan artıq müddət ərzində sənədlər və sübutlar tədqiq olunub. Dövlət ittihamını müdafiə edən prokuror daha sonra deyib: "Təqsirləndirilən şəxslər, zərərçəkmişlər və şahidlər dindirilib. İbtidai istintaq zamanı toplanmış, həmçinin müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə iclaslarında bir-bir nəzərdən keçirilib. İttiham tərəfi olaraq hesab edirik ki, hazırkı proses üzrə təqsirləndirilən şəxslərin 1988-ci ildən etibarən törədilmiş çoxsaylı cinayət əməllərinə görə təqsirləri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb".
Qeyd edilib ki, çıxışda təqsirləndirilən şəxslərə verilmiş ittihamlar bir daha nəzərdən keçiriləcək.
Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən törədilmiş cinayətlər, həmin cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin rolunu təsdiqləyən sübutlar yenidən təhlil edilərək qiymətləndiriləcək.
Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, hazırkı məhkəmə qarşısında duran təqsirləndirilən şəxslər qeyd edilən çoxsaylı cinayətlərin törədilməsində rol sahibi olan şəxslərin yalnız bir qismidir.
Diqqətə çatdırılıb ki, ümumilikdə təqsirləndirilən şəxslər şərti olaraq 15 fəslə bölünmüş, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-ci ildən etibarən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində törədilmiş cinayətlərdə onların fəaliyyətini əhatə edən dövrlərə müvafiq şəkildə bilavasitə və ya dolayı yolla iştirak etməkdə ittiham olunurlar.
V.Əliyev ittiham çıxışının 6 hissədən ibarət olduğunu bildirib.
Əvvəlcə Azərbaycan Respublikasının suveren ərazilərinin işğalını ehtiva edən cinayətkar niyyətin yaranmasını və cinayətkar birliyin ilkin mərhələdə formalaşdırılmasını təsdiqləyən sübutlar elan edilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduz
Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni
Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəng
Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı
Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zən
Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar.
Cənubi Koreyanın paytaxtı Seulda texnologiya və avtomobil sənayesinin üç
Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya
Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili mə
ABŞ-nin prezidenti Donald Tramp nüvə silahlarının sayına dair qalmaqallı
Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya
Bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurum
Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırd
Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd
