Fermerləri aldadan saxta dabaq dərmanı istehsalçıları ifşa olundu
Digərləri 03 Noy 2025 14:40:00 71 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib.
Bu xəbəri də oxu: Almanlar bu səbəbdən şirniyyata duz əlavə edirlərmiş
Son.az xəbər verir ki, qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə edilən rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən onlara məxsus sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və digər sübutlar aşkarlanıb. Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Fermerlərə onlara məxsus heyvanların müalicəsi və tibbi profilaktikası zamanı yalnız rəsmi sertifikatı olan dərman vasitələrindən istifadə etmək tövsiyə olunur.
Asya Son.az
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bir qru
Noyabrın 3-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənd
Mərhum Xalq artistinin kürəkəni tərəfindən aldadıldıqlarını,dələduz
Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni
Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəng
Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı
Mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zən
Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar.
Cənubi Koreyanın paytaxtı Seulda texnologiya və avtomobil sənayesinin üç
Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya
Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili mə
ABŞ-nin prezidenti Donald Tramp nüvə silahlarının sayına dair qalmaqallı
Yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya
Bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurum
