Bakıda Təranə Muradovaya həsr olunmuş “Rəqs Edən Brilyantların Gecəsi” keçiriləcək


Kriminal 14 Okt 2025 22:37:00 70 0

Bakıda Təranə Muradovaya həsr olunmuş “Rəqs Edən Brilyantların Gecəsi” keçiriləcək

Oktyabrın 30-dan noyabrın 2-dək Bakı dünya rəqs mədəniyyətinin mərkəzinə çevriləcək. Azərbaycan paytaxtında Azerbaijan Dance Festival 2025 keçiriləcək. Tədbir Azərbaycan Rəqs İttifaqı (AzDC, prezidenti - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova) və Beynəlxalq Rəqs Şirkəti SRDS (Smooth & Rhythm Dance Style, prezidenti - Olqa Krasnyanskaya) tərəfindən təşkil olunur. Rəqs bayramının axşamları JW Marriott Absheron Baku otelində baş tutacaq. "Rəqs Edən Brilyantların Gecəsi" - 31 Oktyabr Bu axşam Azərbaycanın Xalq Artisti və Azərbaycan Rəqs İttifaqının Prezidenti Təranə Muradovanın yubileyinə həsr olunmuş xüsusi bir hadisə olacaq. Gecənin proqramında Təranə xanım milli rəqs elementləri ilə birləşdirilmiş unikal ball rəqsi xoreoqrafiyasını təqdim edəcək. Səhnədə həmçinin dünya şöhrətli iki ball rəqsi əfsanəsinin parlaq şou nömrələri, eləcə də Smooth proqramı üzrə Peşəkarlar arasında Avropa Çempionatı nümayiş olunacaq. Bu axşam incəsənət, zəriflik və ilhamın birləşdiyi unudulmaz bir rəqs bayramı olacaq. 1 Noyabr - Bütün Yaş Kateqoriyaları üzrə Dünya Çempionatları Bu axşam Smooth proqramı üzrə Dünya Çempionatları bütün yaş kateqoriyalarında - uşaqlardan böyüklərə qədər - keçiriləcək. Bununla yanaşı, Avropa və Latın proqramları üzrə açıq beynəlxalq yarışlar da baş tutacaq. Bu gecə idman ruhu, adrenalın və zirvəyə can atmaq arzusu ilə ball rəqslərinin estetikasını və incəliyini birləşdirən möhtəşəm bir sintez olacaq. Qonaqları zərif şam yeməyi, canlı musiqi və fasilələrdə rəqs meydançasına çıxmaq imkanı gözləyir.   2 Noyabr - Beynəlxalq Pro-Am Yarışları Festivalın son günü Pro-Am (Professional-Amateur) formatına həsr olunacaq. Bu yarışlarda peşəkar rəqqaslar öz tələbə və həvəskar partnyorları ilə birgə çıxış edirlər. Bu sadəcə yarış deyil - bu, birlik və ilham fəlsəfəsidir, rəqsi özünüifadə və daxili harmoniya vasitəsinə çevirən insanları bir araya gətirir.  Pro-Am dünyasında yaş və hazırlıq səviyyəsi əhəmiyyət daşımır - hər kəs səhnə sənətinin, hərəkət gözəlliyinin və emosional azadlığın dünyasına qədəm qoya bilər. 2 noyabr - rəqs etməyin heç vaxt gec olmadığını sübut edənlər üçün əsl rəqs bayramı olacaq. Canlı Musiqi və İlham Atmosferi Festivalın hər üç axşamı dirijor Boris Myagkovun rəhbərliyi ilə simfonik orkestrin canlı müşayiəti ilə keçiriləcək. Azərbaycan bəstəkarlarının məşhur melodiyaları - vals, ça-ça-ça, tanqo və fokstrot - ball stilində aranjimanlarda səslənərək zəriflik və ilham dolu bir atmosfer yaradacaq. Zövq və Gözəllik Bayramı Qonaqları eksklüziv şam yeməkləri, nəfis mətbəx nümunələri və premium içkilər gözləyir.  Burada idman və ali incəsənət bir araya gəlir. "Rəqs Edən Brilyantların Gecəsi" - sadəcə bir rəqs tədbiri deyil, səhnənin gözəllik, güc və ilhamın parlaq təntənəsinə çevrildiyi an olacaq. Biletlər əldə etmək üçün https://iticket.az/events/azerbaijan-dance-festival-2025 İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az


Xəbərə aid fotolar

Türkiyədə zəlzələ oldu like
  • 14 Okt 22:22  
Digərləri Türkiyədə zəlzələ oldu

Balıkesirin Sındırgı rayonunda afterşoklar davam edir.

arrow Ətraflı
DOST Agentliyində yüksək vəzifəyə təyinat like
  • 14 Okt 22:16  
Digərləri DOST Agentliyində yüksək vəzifəyə təyinat

DOST Agentliyində yeni təyinat həyata keçirilib.

arrow Ətraflı
Tramp: “Qəzzada ikinci mərhələ indi başlayır” like
  • 14 Okt 22:08  
Digərləri Tramp: “Qəzzada ikinci mərhələ indi başlayır”

ABŞ Prezidenti Donald Tramp, İsrail və Həmas arasında əldə olunan atəşk

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz kəsiləcək like
  • 14 Okt 22:05  
Digərləri Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah Saray qəsəbəsində qaz kəsiləcək.

arrow Ətraflı
Sərnişinin səhhətində problem yarandı  Təyyarə Bakıda eniş etdi like
  • 14 Okt 22:01  
Digərləri Sərnişinin səhhətində problem yarandı Təyyarə Bakıda eniş etdi

"Singapore Airlines" aviaşirkətinə məxsus, Mançester-Sinqapur mar

arrow Ətraflı
"Bu qidaları yeyən gənclərin ürəyi "saatlı bomba" kimidir" like
  • 14 Okt 22:00  
Digərləri "Bu qidaları yeyən gənclərin ürəyi "saatlı bomba" kimidir"

"Bu qidaları yeyən gənclərin ürəyi "saatlı bomba" kimidir&

arrow Ətraflı
Ramiz Mehdiyev həbs edildi like
  • 14 Okt 21:56  
Digərləri Ramiz Mehdiyev həbs edildi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliy

arrow Ətraflı
"Beauty Time"da qadın yanıq xəsarətləri aldı like
  • 14 Okt 21:54  
Digərləri "Beauty Time"da qadın yanıq xəsarətləri aldı

Sosial şəbəkələrdə "Beauty Time" adlı gözəllik salonunda laze

arrow Ətraflı
Fələstinli əsirin ailəsinə qovuşduğu an izləyənləri gözyaşına boğdu like
  • 14 Okt 21:52  
Dünya Fələstinli əsirin ailəsinə qovuşduğu an izləyənləri gözyaşına boğdu

Fələstindən olan Şadi Əbu Seydo adlı məhbus əsirlikdə ağır psixoloji

arrow Ətraflı
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir  FOTO like
  • 14 Okt 21:30  
Kriminal Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

arrow Ətraflı
İnstaqramda yeni məhdudiyyət like
  • 14 Okt 21:27  
Digərləri İnstaqramda yeni məhdudiyyət

"Meta" şirkəti instaqramda 18 yaşdan aşağı istifadəçilərin ya

arrow Ətraflı
Tovuzda qatar kişini vuraraq öldürdü like
  • 14 Okt 21:18  
Digərləri Tovuzda qatar kişini vuraraq öldürdü

Xəbər verdiyimiz kimi, Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib

arrow Ətraflı
“Xatirə olacaq səhnələr” adlı sərgi açıldı  FOTO like
  • 14 Okt 21:08  
Kriminal “Xatirə olacaq səhnələr” adlı sərgi açıldı FOTO

Azyaşlıların kollektiv sosiallaşmalarına xidmət, həmçinin, valideynləri

arrow Ətraflı
Bakıda 20dən çox restoran və şadlıq sarayı CƏZALANDIRILIB  SİYAHI like
  • 14 Okt 20:48  
Digərləri Bakıda 20dən çox restoran və şadlıq sarayı CƏZALANDIRILIB SİYAHI

Cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 52

arrow Ətraflı
İrana qarşı 3 böyük hücum təşkil olunub like
  • 14 Okt 20:23  
Digərləri İrana qarşı 3 böyük hücum təşkil olunub

"Bu yaxınlarda İranın infrastrukturunu hədəf alan üç böyük kiberh�

arrow Ətraflı