“Xatirə olacaq səhnələr” adlı sərgi açıldı FOTO
Kriminal 14 Okt 2025 21:08:00 61 0
Azyaşlıların kollektiv sosiallaşmalarına xidmət, həmçinin, valideynlərin onları qalereya və muzey tipli maarifləndirici məkanlara aparmalarına təşviq etmək məqsədi ilə elan olunmuş "Xatirə olacaq səhnələr" adlı sərgi Xətai Sənət Mərkəzində açıldı. Sərgini giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq, sərgi iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan Xətai rayon İcra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Kərimzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseyn, Xətai Uşaq Sənəti Qalereyasının bədii rəhbəri, rəssam Gündüz Həbibov öz ürək sözlərini bölüşdülər. Sərgi sertifikatların təqdim olunması ilə davam etdi. Nəzərinizə çatdıraq ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri QSC-i, Xətai rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı elan olunmuşdur. Sərgiyə 100-dən çox azyaşlı uşağın şüuraltı fantaziyasının məhsulu olan təsvirlər təqdim olunmuşdur. Sərgilənmiş təsvirlərin online kataloqu : https://online.fliphtml5.com/zcykp/swmu/ Konsepsiyamıza uyğun olan işlərin Xətai Uşaq Sənəti Qalereyasında bir neçə həftə sərgilənməsi nəzərdə tutulmuşdur. Valideinlərə tövsiyə: Uşaqlara stimul yaratmaq və xatirəni yaşatmaq naminə sərgidən sonra bu işlərin evinizdə asılması məqsədə uyğun olardı. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 52

"Bu yaxınlarda İranın infrastrukturunu hədəf alan üç böyük kiberh�

Bakı şəhərinin 2040-cı il baş planına əsasən Zığ və Hövsan ərazisi

Türkiyəli məşhurları hədəf alan narkotik əməliyyatında adı hallanan Z

Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemind

"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin x

Bakı şəhərində taksi icazələrinin sayı tənzimlənir.

Bloger Aysel Şükür son paylaşımı ilə izləyicilərini çaşdırıb.

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekolog

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan bi

Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

ABŞ Prezidenti Donald Tramp "Time" jurnalını öz fotosunu uğursuz şəkildə

Ziraat Bank Azərbaycan 2025-ci ilin üçüncü rübündə uğurlu nəticələr
