Dünyanın ən böyük qızıl yatağı tapıldı 1100 ton, 83 milyard dollar...
Digərləri 14 Okt 2025 18:47:00 73 0
Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar...Çin geoloqları nəhəng hesab edilən yeni qızıl yatağı aşkar ediblər.
Bu xəbəri də oxu: Bu bürclər üçün oktyabr sonu yeni həyat mərhələsi başlayır
Son.az xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalı məlumat yayıb.
Mütəxəssislərin fikrincə, bu yataq təkcə qızıl deyil, bütün qiymətli metallar arasında indiyə qədər məlum olan ən böyük yataq ola bilər. Onların hesablamalarına görə, Hunan əyalətində yerləşən bu nəhəng yataqda 1100 ton qızıl mövcuddur.
Çin mediasının məlumatına görə, geoloqlar 2000 metr dərinlikdə yerləşən Vanqu qızıl yatağının altında 40-dan çox qızıl damarı aşkarlayıblar, bu damarların ehtiyatı təxminən 330 ton qızıl filizi təşkil edir. Lakin aparılan 3D modelləşdirmə göstərib ki, 2900 metr dərinlikdəki laylarda 1100 tona qədər qızıl ola bilər. Əgər bu göstəricilər dəqiqdirsə, yatağın ümumi dəyəri təxminən 83 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Araşdırma nəticəsində məlum olub ki, yeni yataqda hər ton filizdə 138 qram qızıl var - bu, qızıl hasilatında çox nadir rast gəlinən yüksək konsentrasiyadır. Hunan əyalətinin Geologiya İdarəsinin filiz kəşfiyyatı üzrə mütəxəssisi Çen Julin bildirib: "Qazılmış süxur nüvələrinin çoxunda görünən qızıl aşkarlanıb".
Əgər 1100 ton göstəricisi təsdiqlənərsə, bu yataq hazırda 1025 ton ehtiyatı olan Cənubi Afrikanın South Deep yatağını da geridə qoyaraq dünyanın ən böyük qızıl yatağı olacaq. Dünyanın ən iri qızıl mədənləri sırasında İndoneziya, Rusiya, Yeni Qvineya və Çilidəki yataqlar da ilk beşlikdə qərarlaşıb. ABŞ-ın Nevada ştatında yerləşən Carlin Trend və Cortez mədənləri isə müvafiq olaraq altıncı və onuncu yerləri tutur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

ABŞ Prezidenti Donald Tramp "Time" jurnalını öz fotosunu uğursuz şəkildə

Ziraat Bank Azərbaycan 2025-ci ilin üçüncü rübündə uğurlu nəticələr

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin lə�

"Rebuild Karabakh" sərgisində dövlət dəstəyi ilə KOB-lar üçün ayrılm�

Daşıyıcıların qarşılaşdığı problemlərin həlli üçün Bakıda keçi

Son vaxtlar sosial mediada ev şəraitində hazırlanmış krem, sabun, serum v�

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbə

ABŞ Prezidenti Donald Tramp Qəzzada tətbiq olunan atəşkəslə bağlı açı

Müğənni Nazənin Salayeva qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

Ukraynadakı döyüşlərdə azərbaycanlı mənşəli hərbçi Faiq Şofel həy

Türkiyəli tanınmış müğənni Güllü (Gül Tut) ilə bağlı məhkəmə-ti

Azərbaycanda bu ilin üçüncü rübü üzrə internet provayderləri ilə bağ

Müğənni Vəfa Şərifova etirafı ilə diqqət çəkib.

Ermənistanın baş naziri Nikol Paşinyan iş gününə məşhur rus ifaçısı
