Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək!


Digərləri 14 Okt 2025 19:00:00 85 0

Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək!

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbirə ev sahibliyi edəcək.

Son.az xəbər verir ki, "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) tədbiri şəhəri müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirən əlamətdar hadisə olacaq.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə təşkil olunacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. O, tədbirin əhəmiyyətini belə dəyərləndirir: "Bakıya uçuş - İndi duy. Bu çağırış dinləmək, görmək, hiss etmək və təsəvvür etmək üçündür. Bu, xatirə ilə təsəvvürü, irs ilə yeniliyi, qəlblərlə ümidi birləşdirən bir körpüdür".

Tədbirin əsas mövzusu - suyu həyatın, yenilənmənin və davamlılığın simvolu kimi araşdırmaqla yanaşı, okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəltməkdir.

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "Fly to Baku Art Weekend. Sense the Future NOW" incəsənət festivalının açılışı olacaq. Elə həmin gün kolumbiyalı modern rəssam, heykəltaraş Fernando Boteronun sərgisi ilə yanaşı, BMT və IDEA-nın birgə təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən "My Seas, My Oceans" adlı sərginin də açılışı olacaq.

Tədbirdə, eyni zamanda, Nigar Sultanovanın təqdimatında əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verən "Dance Ability" qrupunun festival üçün hazırlanan immersiv tamaşası nümayiş olunacaq. Həmçinin rəsmi açılış zamanı Amerikadan əfsanəvi Cheryl "Pepsii" Riley (Şeril "Pepsii" Rayli) ilə "Interplay" qrupunun ifasında "R&B" və caz improvizasiyasının unikal qarışığından ibarət unudulmaz konsert baş tutacaq.

Festival müddətində Bakının bir çox simvolik abidələri - Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərimizdə fəaliyyət göstərən müxtəlif qalereyalar 40-dan çox təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlarla canlanacaq. Məkan, xüsusi qurğular, performanslar, təhsil proqramları və icma təşəbbüsləri vasitəsilə "İncəsənət həftəsonu" layihəsi həm Azərbaycanın mədəni irsini, həm də müasir yaradıcılığının əks-sədasını ön plana çıxaracaq.

Festivalın proqramı olduqca zəngindir. Üçgünlük tədbir müddətində xarici və yerli sənətsevərlərin diqqətinə Elvin Nəbizadənin "Sonuncu dalğa" kinetik instalyasiyası, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ədəbiyyatı, sənətkarlığı və ekologiyanı birləşdirən çoxşaxəli "Püstə ağacı: yaddaşın kökləri" layihəsi, Nigar Həsənzadənin başçılığı ilə poeziya gecələri, Firuzə Sultan-zadənin təqdimatında 3-14 yaş qrupu uşaqlar üçün incəsənətin müxtəlif sahələrini əhatə edən maraqlı, rəngarəng və faydalı məşğuliyyətlərdən ibarət xüsusi proqram, "Baku Steel Art 2025" festivalının iştirakçılarının əsərləri təqdim olunacaq. Tədbir sərgi və performanslardan əlavə, inklüziv bir platforma yaradaraq, mühazirələr, ekskursiyalar, ekoloji seminarlar və studiya ziyarətləri də təqdim edəcək.

"Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" yalnız mədəniyyət tədbiri deyil; o, keçmiş ilə gələcəyi, yerli ilə beynəlxalqı, ənənəvilik ilə yeniliyi özündə birləşdirən bir körpüdür. Tədbir bütün dünyanı Azərbaycanın yaradıcılığını ən canlı və çoxşaxəli şəkildə kəşf etməyə çağırır.

"İncəsənət həftəsonu"nun proqramına daxil olan bəzi sərgilər oktyabrın 29-dan etibarən fəaliyyətə başlayacaq. Tədbirin ümumi planını və proqramlarını yaxın zamanda təqdim olunacaq rəsmi saytdan izləmək mümkün olacaq. Hazırda bütün sual və təkliflər üçün [email protected] ünvanına müraciət edə, buradan isə yenilikləri izləyə bilərsiniz.


Xəbərə aid fotolar

Bulvarda atraksionlardan birdəfəlik istifadənin qiyməti açıqlandı like
  • 14 Okt 18:56  
Digərləri Bulvarda atraksionlardan birdəfəlik istifadənin qiyməti açıqlandı

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan bi

arrow Ətraflı
Dünyanın ən böyük qızıl yatağı tapıldı  1100 ton, 83 milyard dollar... like
  • 14 Okt 18:47  
Digərləri Dünyanın ən böyük qızıl yatağı tapıldı 1100 ton, 83 milyard dollar...

Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar.

arrow Ətraflı
İlham Əliyevin sosial şəbəkə hesablarında Misirə işgüzar səfəri ilə bağlı paylaşım edilib like
  • 14 Okt 18:41  
Siyasət İlham Əliyevin sosial şəbəkə hesablarında Misirə işgüzar səfəri ilə bağlı paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

arrow Ətraflı
Bu FOTOya görə qəzəbləndi: "İndiyə qədər olanların ən dəhşətlisidir" like
  • 14 Okt 18:34  
Dünya Bu FOTOya görə qəzəbləndi: "İndiyə qədər olanların ən dəhşətlisidir"

ABŞ Prezidenti Donald Tramp "Time" jurnalını öz fotosunu uğursuz şəkildə

arrow Ətraflı
Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ like
  • 14 Okt 18:25  
Digərləri Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin lə�

arrow Ətraflı
"Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edir like
  • 14 Okt 18:21  
Digərləri "Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edir

"Rebuild Karabakh" sərgisində dövlət dəstəyi ilə KOB-lar üçün ayrılm�

arrow Ətraflı
"Bu körpünün tikintisi bitsə tıxaclar aradan qalxacaq" like
  • 14 Okt 18:12  
Digərləri "Bu körpünün tikintisi bitsə tıxaclar aradan qalxacaq"

Daşıyıcıların qarşılaşdığı problemlərin həlli üçün Bakıda keçi

arrow Ətraflı
Sosial şəbəkələrdə təbii kosmetik məhsulların satışı aparılır  Qurumlardan AÇIQLAMA like
  • 14 Okt 17:55  
Digərləri Sosial şəbəkələrdə təbii kosmetik məhsulların satışı aparılır Qurumlardan AÇIQLAMA

Son vaxtlar sosial mediada ev şəraitində hazırlanmış krem, sabun, serum v�

arrow Ətraflı
BMTnin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı like
  • 14 Okt 17:53  
Digərləri BMTnin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbə

arrow Ətraflı
Tramp Ərdoğandan danışdı like
  • 14 Okt 17:42  
Digərləri Tramp Ərdoğandan danışdı

ABŞ Prezidenti Donald Tramp Qəzzada tətbiq olunan atəşkəslə bağlı açı

arrow Ətraflı
Nazənin efirdə hönkürhönkür AĞLADI like
  • 14 Okt 17:35  
Şou-biznes Nazənin efirdə hönkürhönkür AĞLADI

Müğənni Nazənin Salayeva qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

arrow Ətraflı
RusiyaUkrayna müharibəsində azərbaycanəsilli hərbçi həlak olub like
  • 14 Okt 17:27  
Digərləri RusiyaUkrayna müharibəsində azərbaycanəsilli hərbçi həlak olub

Ukraynadakı döyüşlərdə azərbaycanlı mənşəli hərbçi Faiq Şofel həy

arrow Ətraflı
Güllünün ölüm nədəni bəlli oldu   Ekspertiza rəyi açıqlandı like
  • 14 Okt 17:20  
Şou-biznes Güllünün ölüm nədəni bəlli oldu Ekspertiza rəyi açıqlandı

Türkiyəli tanınmış müğənni Güllü (Gül Tut) ilə bağlı məhkəmə-ti

arrow Ətraflı
Ən çox şikayət olunan internet provayderlər açıqlanıb like
  • 14 Okt 17:14  
Digərləri Ən çox şikayət olunan internet provayderlər açıqlanıb

Azərbaycanda bu ilin üçüncü rübü üzrə internet provayderləri ilə bağ

arrow Ətraflı