Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir FOTO


Kriminal 14 Okt 2025 21:30:00 60 0

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir  FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də silsilə ustad dərslərinə başlanılıb. Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub. Oktyabrın 18-dək davam edəcək ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir. Layihə üzrə oktyabrın 9-da Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində kamança ixtisası üzrə ustad dərsi təşkil olunub. Kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev tərəfindən aparılan dərsdə bu təhsil ocağı ilə yanaşı, paytaxtda fəaliyyət göstərən Kövkəb Səfərəliyeva adına 16 nömrəli, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli və 4 nömrəli uşaq musiqi məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.  Dərsin əvvəlində MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək layihənin gənc ifaçıların inkişafındakı önəmini vurğulayıb. 

Daha sonra şagirdlərin çalğısını dinləyən T.Əsədullayev milli musiqi alətimiz olan kamançanın ifası zamanı diqqət yetirilməli əsas məqamlardan danışıb, gənc istedadlara tövsiyələrini verib.  Həmin gün daha bir ustad dərsi isə Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində keçirilib. Fortepiano ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyevanın iştirakı ilə gerçəkləşib. Dərsdə Bakı şəhər Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət, Niyazi adına 22 nömrəli uşaq musiqi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli, Müslüm Maqomayev adına 26 nömrəli və Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəblərinin müəllim və şagirdləri çıxış ediblər. N.Quliyeva şagirdlərin ifası üzərində tövsiyələrini verib, repertuar seçimi, texniki imkanların inkişafı və digər istiqamətlərdə auditoriyanı maraqlandıran sualları cavablandırıb. Layihə çərçivəsində oktyabrın 10-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində Azərbaycan Milli Konservatoriyasının müəllimi, tanınmış balaban ifaçısı, Əməkdar artist Şirzad Fətəliyevin iştirakı ilə ustad dərsi təşkil olunub. Dərsdə Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli, Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbləri və 4 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.  Əvvəlcə MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb. O, ən qədim milli musiqi alətlərimizdən olan balabanla bağlı ustad dərsinin dahi bəstəkarın ocağında təşkilinin rəmzi məna daşıdığını bildirib. "Üzeyir bəy musiqi yaradıcılığında Şərqlə Qərbin sənət ənənələrinin uğurlu sintezinə nail olub, əbədiyaşar əsərlər yadigar qoyub", - deyə şöbə müdiri əlavə edib. Sonra qeyd olunan təhsil ocaqlarından bir neçə şagirdin balabanda ifası dinlənilib. Ş.Fətəliyev balaban alətinin ifaçılıq imkanları barədə söhbət açıb, şagirdlərə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb.  Sənətkar həmçinin öz ifası ilə tədbir iştirakçılarının könlünü oxşayıb. Oktyabrın 11-də Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın iştirakı ilə violin ixtisası üzrə ustad dərsi keçirilib.  Ustad dərsinə adıçəkilən təhsil ocağı ilə bərabər, Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli,  Müslüm Maqomayev adına 26 onbirillik, eləcə də Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəblərinin müəllim və şagirdləri qatılıb. Əvvəlcə şagirdlər öz ifalarını təqdim ediblər. H.Əliyeva violin ifaçılığının əsas xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüb, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıb, öz məsləhətlərini verib. Xatırladaq ki, tanınmış mütəxəssislər tərəfindən aparılan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

İnstaqramda yeni məhdudiyyət like
  • 14 Okt 21:27  
Digərləri İnstaqramda yeni məhdudiyyət

"Meta" şirkəti instaqramda 18 yaşdan aşağı istifadəçilərin ya

arrow Ətraflı
Tovuzda qatar kişini vuraraq öldürdü like
  • 14 Okt 21:18  
Digərləri Tovuzda qatar kişini vuraraq öldürdü

Xəbər verdiyimiz kimi, Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib

arrow Ətraflı
“Xatirə olacaq səhnələr” adlı sərgi açıldı  FOTO like
  • 14 Okt 21:08  
Kriminal “Xatirə olacaq səhnələr” adlı sərgi açıldı FOTO

Azyaşlıların kollektiv sosiallaşmalarına xidmət, həmçinin, valideynləri

arrow Ətraflı
Bakıda 20dən çox restoran və şadlıq sarayı CƏZALANDIRILIB  SİYAHI like
  • 14 Okt 20:48  
Digərləri Bakıda 20dən çox restoran və şadlıq sarayı CƏZALANDIRILIB SİYAHI

Cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 52

arrow Ətraflı
İrana qarşı 3 böyük hücum təşkil olunub like
  • 14 Okt 20:23  
Digərləri İrana qarşı 3 böyük hücum təşkil olunub

"Bu yaxınlarda İranın infrastrukturunu hədəf alan üç böyük kiberh�

arrow Ətraflı
Bakının bu ərazisində park salınacaq  FOTO like
  • 14 Okt 20:08  
Digərləri Bakının bu ərazisində park salınacaq FOTO

Bakı şəhərinin 2040-cı il baş planına əsasən Zığ və Hövsan ərazisi

arrow Ətraflı
Narkotikə görə saxlanılan Ziynet Sali günlər sonra DANIŞDI like
  • 14 Okt 19:51  
Şou-biznes Narkotikə görə saxlanılan Ziynet Sali günlər sonra DANIŞDI

Türkiyəli məşhurları hədəf alan narkotik əməliyyatında adı hallanan Z

arrow Ətraflı
"Niva" məhəllədə dəhşət saçdı like
  • 14 Okt 19:30  
Digərləri "Niva" məhəllədə dəhşət saçdı

Sosial şəbəkədə "Niva" markalı avtomobilin sürücüsünün təh

arrow Ətraflı
Bakı metrosunda izdiham  Saatlardır kart işləmir like
  • 14 Okt 19:27  
Digərləri Bakı metrosunda izdiham Saatlardır kart işləmir

Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemind

arrow Ətraflı
Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb like
  • 14 Okt 19:20  
Digərləri Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin x

arrow Ətraflı
Bakıda taksi icazələrinin sayı tənzimlənir like
  • 14 Okt 19:14  
Digərləri Bakıda taksi icazələrinin sayı tənzimlənir

Bakı şəhərində taksi icazələrinin sayı tənzimlənir.

arrow Ətraflı
Aysel “ayrılıq” paylaşımına aydınlıq gətirdi like
  • 14 Okt 19:12  
Şou-biznes Aysel “ayrılıq” paylaşımına aydınlıq gətirdi

Bloger Aysel Şükür son paylaşımı ilə izləyicilərini çaşdırıb.

arrow Ətraflı
Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək! like
  • 14 Okt 19:00  
Digərləri Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək!

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekolog

arrow Ətraflı
Bulvarda atraksionlardan birdəfəlik istifadənin qiyməti açıqlandı like
  • 14 Okt 18:56  
Digərləri Bulvarda atraksionlardan birdəfəlik istifadənin qiyməti açıqlandı

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan bi

arrow Ətraflı
Dünyanın ən böyük qızıl yatağı tapıldı  1100 ton, 83 milyard dollar... like
  • 14 Okt 18:47  
Digərləri Dünyanın ən böyük qızıl yatağı tapıldı 1100 ton, 83 milyard dollar...

Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar.

arrow Ətraflı