Tramp: “Qəzzada ikinci mərhələ indi başlayır”
Digərləri 14 Okt 2025 22:08:00 73 0
ABŞ Prezidenti Donald Tramp, İsrail və Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi anlaşması ilə bağlı açıqlama verib. Tramp bildirib ki, "Qəzzada ikinci mərhələ indi başlayır. 20 girov geri qaytarıldı, amma iş hələ bitməyib."
Bu xəbəri də oxu: "Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi və KOBİAnın fəaliyyəti barədə süjet yayımlanıb VİDEO
Son.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp sosial şəbəkədə yaydığı bəyanatda qeyd edib: "Qəzzada ikinci mərhələ indi başlayır. 20 əsir geri döndü və vəziyyətləri yaxşıdır. Böyük bir yük aradan qalxdı, amma hələ işimiz bitməyib. Həlak olan əsirlərin cəsədləri söz verildiyi kimi tam qaytarılmayıb. İkinci mərhələ başlayır."
Həmas dünən səhər 20 israilli əsiri azad etdikdən sonra İsrail hücumlarında ölən 28 əsirdən 4-nün nəşini Qırmızı Xaç vasitəsilə İsrailə təhvil verib. Bu gün isə daha 4 cəsədin təhvil veriləcəyi açıqlanıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sözçüsü Kristian Kardon bildirib ki, atəşkəs çərçivəsində 20 israilli və 1809 fələstinli əsirin mübadiləsi zamanı ciddi insident qeydə alınmayıb.
Donald Tramp daha əvvəl İsrail və Həmasın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini elan etmişdi. Həmas da Türkiyə, Qətər, Misir və ABŞ-ın vasitəçilik səylərini müsbət qiymətləndirdiyini açıqlamışdı. İsrail Baş naziri Benqamin Netanyahu isə Misirdə aparılan danışıqlardan sonra əsirlərin geri qaytarılması üçün atəşkəsin kabinetdə təsdiqlənəcəyini bildirmiş və anlaşma rəsmi şəkildə qəbul edilmişdi.
Trampın təqdim etdiyi 20 maddəlik Qəzza planının əsas bəndləri
Birləşmiş Ştatlar tərəfindən açıqlanan plana görə:
Qəzza silah və radikal qruplardan təmizlənmiş, təhlükəsiz zona elan ediləcək.
Ərazi yenidən qurulacaq və yerli əhalinin rifahına yönəlmiş infrastruktur bərpa ediləcək.
Atəşkəs qəbul edildiyi anda hərbi əməliyyatlar tam dayandırılacaq, İsrail qüvvələri müvəqqəti sərhədə çəkiləcək.
72 saat ərzində bütün girovlar - sağ və ya vəfat etmiş - geri qaytarılacaq.
Girovların geri qaytarılmasından sonra İsrail 250 ömürlük həbsdə olan məhbusu və 1700 fələstinlini, o cümlədən qadın və uşaqları azad edəcək.
Silahı yerə qoyub birgə dinc yaşamı qəbul edən Həmas üzvlərinə amnistiya veriləcək, ayrılmaq istəyənlərə təhlükəsiz çıxış təmin olunacaq.
BMT və Qırmızı Xaç nəzarətində Qəzzaya daimi humanitar yardım daxil olacaq.
Qəzzada müvəqqəti, siyasi cəhətdən neytral idarəetmə komitəsi qurulacaq - "Sülh Şurası" adlanan bu quruma Tramp rəhbərlik edəcək, beynəlxalq fiqurlar da iştirak edəcək.
Əraziyə beynəlxalq sabitlik qüvvələri (ISF) göndəriləcək, yerli polis birləşmələri Misir və İordaniya təcrübəsi ilə təlim keçəcək.
Heç bir tərəf Qəzzaya sahiblik etməyəcək, İsrail ərazini işğal və ya ilhaq etməyəcək.
Qəzza tədricən silahsızlaşdırılacaq, tunellər və hərbi infrastruktur tam dağıdılacaq.
İqtisadi inkişaf planı çərçivəsində xüsusi "azad iqtisadi zona" yaradılacaq.
İstəyən sakinlərin bölgəni tərk və ya geri qayıtma azadlığı olacaq.
Sülh və birgəyaşayış üçün dini dialoq proqramı işə salınacaq.
Bütün bu mərhələlərdən sonra Fələstin dövlətçiliyi üçün real siyasi yol xəritəsi formalaşdırıla bilər. Lalə Qüdrətova Son.az
"Singapore Airlines" aviaşirkətinə məxsus, Mançester-Sinqapur mar

"Bu qidaları yeyən gənclərin ürəyi "saatlı bomba" kimidir&

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliy

Sosial şəbəkələrdə "Beauty Time" adlı gözəllik salonunda laze

Fələstindən olan Şadi Əbu Seydo adlı məhbus əsirlikdə ağır psixoloji

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

"Meta" şirkəti instaqramda 18 yaşdan aşağı istifadəçilərin ya

Xəbər verdiyimiz kimi, Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib

Azyaşlıların kollektiv sosiallaşmalarına xidmət, həmçinin, valideynləri

Cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 52

"Bu yaxınlarda İranın infrastrukturunu hədəf alan üç böyük kiberh�

Bakı şəhərinin 2040-cı il baş planına əsasən Zığ və Hövsan ərazisi

Türkiyəli məşhurları hədəf alan narkotik əməliyyatında adı hallanan Z
