Maaş gecikəndə işçiyə əlavə faiz verilməlidir QANUN
Digərləri 07 Okt 2025 12:30:00 71 0
Bəzi hallarda işçilərin maaşlarının gecikməsi halları ilə qarşılaşırıq.
Bu xəbəri də oxu: Yeni çin markası yaradıldı İçinə bir adam güclə sığışır
Son.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq maaş verilməlidir.
Əgər işçi maaşı gec alıbsa, bu zaman gecikdirilmiş hər günə görə maaşdan əlavə faiz verilməlidir.
Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən (əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda) gecikdirildikdə, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, onda hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 (bir) faizi məbləğində əlavə verilməlidir.
Bu hal əmək mübahisəsi yaratdıqda isə, məsələ əmək mübahisələri kimi nəzərdə tutulan qaydada həll edilir.
Əməkhaqqının gecikdirilməsi işəgötürənin təqsiri olmadan (təşkilatın müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi) baş verərsə, onda heç bir faiz hesablanılmır.
Mehman Əsədov Son.az
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətl�

Azərbaycanın bank və qeyri-bank sektorlarının tikinti seqmentinə yönəltd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbəl

Bakı-Quba yolunda yüksək sürət faciəyə səbəb olub.

Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Salman Babazadəyə y

Xəbər verdiyimiz kimi, "Apple" sentyabr ayında böyük maraqla göz

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) SƏTƏMM (Sağlamlıq, təh

Şirvanda şəxsin öldürülməsinə cəhd faktı üzrə cinayət işi başlan�

Türkiyənin İzmir vilayətinin Urla rayonunda dəhşətli hadisə baş verib.

Populyar mesajlaşma tətbiqi "WhatsApp" üzərindən yayılan yeni t�

Türkiyədə "Cəhənnəm Necati" ləqəbli məşhur kriminal avtorite

Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qü

Azərbaycanda əməkhaqlarının vahid sistemdən tənzimlənməsi məsələsi g

Teleaparıcı Elgiz Əkbər başına gələn hadisədən danışıb.
