Şabranda ölümlə nəticələnən ağır qəzanın
Digərləri 07 Okt 2025 12:17:00 73 0
Bakı-Quba yolunda yüksək sürət faciəyə səbəb olub.
Bu xəbəri də oxu: Avtobusda qadın sərnişin sürücü ilə qırğına çıxdı
Son.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 6-sı, saat 12:45-də Bakı-Quba avtomobil yolunun 136-cı kilometrliyində, Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobilin sürücüsünün manevr qaydasını pozub. Onun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirib ki, sükan arxasında hər bir qərar məsuliyyət tələb edir, manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.
Sürücülərin bir daha diqqətinə çatdırılır ki:
- yolda hərəkət edərkən manevr etməzdən əvvəl arxa və yan görünmə güzgülərinə diqqətlə baxsınlar;
- qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirsinlər;
- yorğun, halsız və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçməsinlər;
- təhlükəsizlik kəmərindən mütləq istifadə etsinlər və avtomobildə olan sərnişinlərin də bu qaydaya əməl etmələrini təmin etsinlər.
Yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, həm öz həyatımızı, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaq üçündür".
Həmin qəzanın anbaan görüntülərini sizə təqdim edirik:
Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Salman Babazadəyə y

Xəbər verdiyimiz kimi, "Apple" sentyabr ayında böyük maraqla göz

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) SƏTƏMM (Sağlamlıq, təh

Şirvanda şəxsin öldürülməsinə cəhd faktı üzrə cinayət işi başlan�

Türkiyənin İzmir vilayətinin Urla rayonunda dəhşətli hadisə baş verib.

Populyar mesajlaşma tətbiqi "WhatsApp" üzərindən yayılan yeni t�

Türkiyədə "Cəhənnəm Necati" ləqəbli məşhur kriminal avtorite

Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qü

Azərbaycanda əməkhaqlarının vahid sistemdən tənzimlənməsi məsələsi g

Teleaparıcı Elgiz Əkbər başına gələn hadisədən danışıb.

Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün

Tikinti materialları bazarında qiymətlər mütəmadi dəyişir. Lakin sahibka

Şirvanda keçmiş həyat yoldaşı, "Şirvan şəhər mərkəzi xəstəxan

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynada silahlı qüvvələr
