Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?


Digərləri 07 Okt 2025 11:10:00 54 0

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir. 

Bu, vətəndaşlar üçün əlavə vaxt itkisi və bürokratik çətinliklər yaradır, həmçinin korrupsiya risklərini artırır. Sabiq maliyyə naziri, professor Saleh Məmmədov sosial şəbəkə hesabında bildirib ki, Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir və bu, vətəndaşlar üçün bir sıra çətinliklərə səbəb olur. 

Dünyanın digər 192 ölkəsində isə belə bir sistem artıq ləğv edilib və avtomobil idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayət edir. O, həmçinin qeyd edib ki, Azərbaycan istisna olaraq bu sistemi qoruyub saxlayır və gündəlik praktikada tətbiq edir.  Sezar pizza

Bu, vətəndaşlar üçün xərclərin artmasına, vaxt itkisinə və narazılığa səbəb olur. Etibarnamə kimi köhnəlmiş və formal prosedurların ləğvi, xərclərin isə onlayn şəkildə dövlət büdcəsinə yönəldilməsi həm vətəndaş, həm də dövlət üçün daha sərfəlidir. 

Azərbaycanda bu qaydanın aradan qaldırılması nə dərəcədə realdır? 

Son.az xəbər verir ki, mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, onlayn avtomobil paylaşımı etibarnaməni artıq lazımsız edir: 

"Bizim ölkəmizdə "car sharing", yəni avtomobil paylaşımı layihəsi artıq fəaliyyət göstərir. Burada istənilən şəxs mobil tətbiq vasitəsilə distant, onlayn olaraq təklif olunmuş maşını kirayə götürə bilir. Bu zaman hər hansı yazılı etibarnaməyə də ehtiyac olmur. Artıq bu sistem ölkəmizdə mövcuddursa, bu, o deməkdir ki, etibarnamələr ləğv edilə, sadəcə hüquqi şəxslərdə, yəni şirkət maşınlarında bu sistem qala bilər. Şirkət avtomobilləri öz əməkdaşlarına etibarnamə ilə və ya digər vasitələrlə təqdim oluna bilər". 

Onun sözlərinə görə, fiziki şəxslər arasında etibarnaməyə ehtiyac qalmayıb: 

"Düşünürəm ki, fiziki şəxslər arasında etibarnamə verilməsi artıq keçmişdə qalıb. Texnologiyalar inkişaf edib və bu səbəbdən artıq etibarnaməyə ehtiyac yoxdur. Hesab edirəm ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edilməlidir".

Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişikliklər olunmalıdır". 

Ekspert qeyd edib ki, hazırda qüvvədə olan yol hərəkəti ilə bağlı qanunvericilik müasir texnologiyalara uyğun yenilənməlidir: 

"Ümumiyyətlə, nəzər yetirdikdə görürük ki, hazırda qüvvədə olan "Yol hərəkəti haqqında" Qanun və İnzibati Xətalar Məcəlləsi bir çox hallarda köhnə Sovet dövründən qalan hüquqi normaların təkrarından ibarətdir. 

Bu səbəbdən də bu qanunlara yenidən baxılmalı və müasir dövrün reallıqlarına uyğun əlavələr edilməlidir. Dövr dəyişir, yeni texnologiyalar meydana çıxır. Etibarnamələrin ləğv edilməsi də məhz bu dəyişikliklərə uyğun atılacaq addım olardı". 

Dövlət işində olanların NƏZƏRİNƏ: Vahid maaş sistemi olacaq like
  • 07 Okt 11:02  
Digərləri Dövlət işində olanların NƏZƏRİNƏ: Vahid maaş sistemi olacaq

Azərbaycanda əməkhaqlarının vahid sistemdən tənzimlənməsi məsələsi g

arrow Ətraflı
"Soruşdum ki, mən oğurluğa çıxmışam?" like
  • 07 Okt 10:40  
Şou-biznes "Soruşdum ki, mən oğurluğa çıxmışam?"

Teleaparıcı Elgiz Əkbər başına gələn hadisədən danışıb. 

arrow Ətraflı
TRIPP marşrutu regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır  Nazir like
  • 07 Okt 10:35  
Siyasət TRIPP marşrutu regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır Nazir

Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün

arrow Ətraflı
Tikinti bazarında durğunluqdur  Evlər ucuzlaşa bilər like
  • 07 Okt 10:30  
Digərləri Tikinti bazarında durğunluqdur Evlər ucuzlaşa bilər

Tikinti materialları bazarında qiymətlər mütəmadi dəyişir. Lakin sahibka

arrow Ətraflı
Lamiyəyə 11 bıçaq zərbəsi vuran keçmiş əri intihara cəhd etdi like
  • 07 Okt 10:27  
Digərləri Lamiyəyə 11 bıçaq zərbəsi vuran keçmiş əri intihara cəhd etdi

Şirvanda keçmiş həyat yoldaşı, "Şirvan şəhər mərkəzi xəstəxan

arrow Ətraflı
Ukrayna yeni qoşun növü yaradır like
  • 07 Okt 10:17  
Dünya Ukrayna yeni qoşun növü yaradır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynada silahlı qüvvələr

arrow Ətraflı
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib  FOTO like
  • 07 Okt 10:10  
Siyasət Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib FOTO

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk D

arrow Ətraflı
Oktyabrın qalibləri bu 5 bürcdür  Sevgi, pul və şans dolu ay... like
  • 07 Okt 10:04  
Digərləri Oktyabrın qalibləri bu 5 bürcdür Sevgi, pul və şans dolu ay...

Oktyabr ayı bəzi bürclər üçün həyatın müxtəlif sahələrində - sevgi

arrow Ətraflı
MDB Oyunlarına görə bəzi yollar bağlanacaq like
  • 07 Okt 09:52  
Digərləri MDB Oyunlarına görə bəzi yollar bağlanacaq

III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi y

arrow Ətraflı
Türkiyədə avtobus xəndəyə yuvarlandı  5 ölü, 10dan çox yaralı var like
  • 07 Okt 09:50  
Digərləri Türkiyədə avtobus xəndəyə yuvarlandı 5 ölü, 10dan çox yaralı var

Türkiyənin Mersin vilayətində kənd təsərrüfatı işçilərini daşıyan

arrow Ətraflı
"Azeri Light" markalı neftin qiyməti artdı like
  • 07 Okt 09:40  
Digərləri "Azeri Light" markalı neftin qiyməti artdı

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı

arrow Ətraflı
DSX “Horadiz”də əməliyyat keçirdi like
  • 07 Okt 09:32  
Digərləri DSX “Horadiz”də əməliyyat keçirdi

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

arrow Ətraflı
TDTnin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir like
  • 07 Okt 09:22  
Siyasət TDTnin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirlə

arrow Ətraflı
Rubl və avro yenə ucuzlaşdı  Dollar və lirə isə... like
  • 07 Okt 09:18  
Digərləri Rubl və avro yenə ucuzlaşdı Dollar və lirə isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
“Uşaqların yanında 11 bıçaq vurub, başını divara çırpıb”  Lamiyənin dayısı danışdı like
  • 07 Okt 09:17  
Digərləri “Uşaqların yanında 11 bıçaq vurub, başını divara çırpıb” Lamiyənin dayısı danışdı

Xəbər verdiyimiz kimi, Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyət

arrow Ətraflı