Ermənistanın Bərdəni raket atəşinə tutmasından 5 il ötür


Digərləri 05 Okt 2025 00:03:00 58 0

Ermənistanın Bərdəni raket atəşinə tutmasından 5 il ötür

Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutmasından 5 il ötür.

Bu xəbəri də oxu: Bakıda "Santafe" alışdı VİDEO

Son.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin gedişində - oktyabrın 5-də Bərdə şəhərini atəşə tutub. Bərdənin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Vətən müharibəsinin gedişində Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.

2020-ci il oktyabrın 5-də Ermənistan Gəncə şəhərini də atəşə tutub. Səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə atılan raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, "Yevlax avtovağzalı" adlandırılan əraziyə və Mərkəzi bazara düşüb.

Nəticədə 3 mülki şəxs yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Vətən müharibəsi dövründə Gəncə ümumilikdə 5 dəfə Ermənistanın terror hücumuna məruz qalıb. Şəhər 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya atəşinə tutulub.

Bu dəhşətli terrorlar nəticəsində Gəncədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

5 oktyabr 2020-ci ildə Bərdə, Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl və Tərtər rayonları da atəşə məruz qalıb.

Ermənistan Cenevrə Konvensiyasının tələbləri pozaraq dinc əhalini atəşə tutmaqla növbəti müharibə cinayəti törədib.

Ümumilikdə, Vətən müharibəsinin gedişində Ermənistan Gəncə və Bərdə ilə yanaşı, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonları da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

Ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Son.az  

Günün qoroskopu: Gözlənilməz xəbər planlarınızı dəyişə bilər like
  • 05 Okt 00:01  
Digərləri Günün qoroskopu: Gözlənilməz xəbər planlarınızı dəyişə bilər

Son.az 5 oktyabr üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Cabir İmanovun atası vəzifəli şəxs imiş  FOTO like
  • 04 Okt 23:49  
Digərləri Cabir İmanovun atası vəzifəli şəxs imiş FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bir neçə gün öncə i

arrow Ətraflı
Gəncədə zəncirvari qəza  xəsarət alanlar var like
  • 04 Okt 23:46  
Digərləri Gəncədə zəncirvari qəza xəsarət alanlar var

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bakıda bağçada uşaq xəsarət alıb, təcili yardım çağırılmayıb like
  • 04 Okt 23:39  
Digərləri Bakıda bağçada uşaq xəsarət alıb, təcili yardım çağırılmayıb

Bakıdakı 291 saylı körpələr evi-uşaq bağçasında üç yaşlı körpə y

arrow Ətraflı
Rasim Balayevin nəvəsinin toyudur like
  • 04 Okt 23:27  
Şou-biznes Rasim Balayevin nəvəsinin toyudur

Xalq artisti Rasim Balayevin evində xeyir işdir.

arrow Ətraflı
Marneulinin meri seçildi like
  • 04 Okt 23:18  
Digərləri Marneulinin meri seçildi

Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Marneuli şəhəri meri və

arrow Ətraflı
Beynində şiş aşkarlanan məşhur müğənni hər kəsi duyğulandırdı like
  • 04 Okt 23:11  
Şou-biznes Beynində şiş aşkarlanan məşhur müğənni hər kəsi duyğulandırdı

Tanınmış türkiyəli müğənni Lara çətin müalicə prosesindən keçdikd�

arrow Ətraflı
Səhhəti pisləşən Əməkdar artist xəstəxanaya yerləşdirildi like
  • 04 Okt 23:07  
Kriminal Səhhəti pisləşən Əməkdar artist xəstəxanaya yerləşdirildi

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Mu

arrow Ətraflı
Kobaxidze Tbilisidə baş verənlərə görə onu günahlandırdı like
  • 04 Okt 23:06  
Digərləri Kobaxidze Tbilisidə baş verənlərə görə onu günahlandırdı

"Avropa İttifaqının Gürcüstandakı səfiri Tbilisidə baş verənlər�

arrow Ətraflı
Elmi araşdırma: Pis yuxu beyni sürətlə qocaldır like
  • 04 Okt 23:00  
Digərləri Elmi araşdırma: Pis yuxu beyni sürətlə qocaldır

Yeni aparılan araşdırmaya görə, yuxu keyfiyyəti aşağı olan insanların

arrow Ətraflı
III Dünya müharibəsi olarsa, Trampın sığınacağı məkan açıqlandı like
  • 04 Okt 22:45  
Dünya III Dünya müharibəsi olarsa, Trampın sığınacağı məkan açıqlandı

ABŞ Prezidenti Donald Trampın III Dünya müharibəsi başlanacağı təqdird�

arrow Ətraflı
Səhər yeməyində bəhbəhlə yeyirlər, fayda yox, zərər verirmiş like
  • 04 Okt 22:03  
Digərləri Səhər yeməyində bəhbəhlə yeyirlər, fayda yox, zərər verirmiş

Səhər süfrələrinin rəngli bəzəyi, salatların sevimli tərkib hissəsi o

arrow Ətraflı
İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri necə olacaq? like
  • 04 Okt 21:50  
Dünya İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri necə olacaq?

Regionda siyasi münasibətlər kəskinləşib, buna görə İran hücum gözlə

arrow Ətraflı
Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir like
  • 04 Okt 21:45  
Digərləri Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir

Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkil olunub.

arrow Ətraflı
Kaxa Kaladze 3cü dəfə Tbilisinin meri seçildi like
  • 04 Okt 21:39  
Digərləri Kaxa Kaladze 3cü dəfə Tbilisinin meri seçildi

Gürcüstan Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə seçkilərl

arrow Ətraflı