Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir


Digərləri 04 Okt 2025 21:45:00 58 0

Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir

Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkil olunub.

Bu xəbəri də oxu: Bakıda nəhəng gəmi qurulur

Son.az xəbər verir ki, oktyabrın 4-ü Şamaxının Meysəri kəndində başlayan festival iki gün davam edəcək.

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalı Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, "Abqora" restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunub.

Festivalda 30-dan çöx ölkədən məşhur şeflər - Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink (Willem Vink), Dünya Barbekü Assosiasiyasının baş hakimi Kristofer Sandford (Chirstopher Sandford), Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazlar, bir çox ölkələrin kulinariya assosiasiyalarının prezidentləri, "Michelin" mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri iştirak edir.

Festivalın açılış mərasimində beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilov (Don David), Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink, Dünya Aşpazlar Assosiasiyasının (WACS) vitse-prezidenti Uve Fridrix Herbert Mişel (Uwe Friedrich Herbert Micheel) festival qonaqlarını salamlayıb, festivalın məqsədi barədə danışıblar.

Möhtəşəm barbekü təqdimatları ilə yadda qalacaq bu beynəlxalq tədbirin əsas məqsədinin mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaq olduğunu bildirən çıxışçılar ziyarətçilərə xoş həftəsonu arzulayıblar. Sonra qonaqlar qurulan pavilyonlarda müxtəlif mədəniyyətlərin mətbəxi ilə tanış olublar və fərqli təamları dadıblar.

Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim eidb. Qurulan pavilyonları gəzən qonaqlar ayrı-ayrı restoran və brendlərin təqdimatları ilə tanış olublar.

Şef-aşpazlar uşaqlar üçün ustad dərsləri də keçib. Əyləncə şəklində təşkil edilən həmin ustad dərsləri zamanı mətbəxin kralları sayılan kulinarlar azyaşlılarla birgə burgerlər hazırlayıb.

Festival zamanı komandalar arasında yarış da təşkil olunub. Hər komanda onlara verilən resept üzərində yemək bişirib. Yarışda dad, bişirmə dərəcəsi və təqdimat forması üzrə fərqlənən komandalar sertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrunda mübarizə aparıb.

Gün ərzində festivalın səhnəsində müxtəlif musiqiçilərin ifaları səslənib. Ziyarətçilər dadlı təqdimatları yerli və xarici kompozisiyalar fonunda izləyiblər.

Festival oktyabrın 5-də davam edəcək. Son.az 

Kaxa Kaladze 3cü dəfə Tbilisinin meri seçildi like
  • 04 Okt 21:39  
Digərləri Kaxa Kaladze 3cü dəfə Tbilisinin meri seçildi

Gürcüstan Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə seçkilərl

arrow Ətraflı
Paşinyanın arvadından Ərdoğanla bağlı məsləhət like
  • 04 Okt 21:29  
Digərləri Paşinyanın arvadından Ərdoğanla bağlı məsləhət

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim"

arrow Ətraflı
Afətin səhnə aldığı toya dava düşdü like
  • 04 Okt 21:19  
Şou-biznes Afətin səhnə aldığı toya dava düşdü

Müğənni Afət Fərmanqızının səhnə aldığı toya dava düşüb.

arrow Ətraflı
İranda tarixi qərar: Hicab qanunu ləğv edildi like
  • 04 Okt 21:08  
Digərləri İranda tarixi qərar: Hicab qanunu ləğv edildi

"Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə eht

arrow Ətraflı
4 yaşlı qızın ölümünə səbəb olan həkimə hökm oxundu like
  • 04 Okt 20:54  
Digərləri 4 yaşlı qızın ölümünə səbəb olan həkimə hökm oxundu

İmişlidə 4 yaşlı qıza iynə vuraraq, ölümünə səbəb olan həkimə hö

arrow Ətraflı
İsmayıllıda ağır qəza  Yaralılar var like
  • 04 Okt 20:52  
Digərləri İsmayıllıda ağır qəza Yaralılar var

İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzası

arrow Ətraflı
"Gürcü Arzusu" seçkilərdə qalib gəldi like
  • 04 Okt 20:49  
Digərləri "Gürcü Arzusu" seçkilərdə qalib gəldi

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkil�

arrow Ətraflı
Tanınmış polkovnik qəfil vəfat etdi  FOTO like
  • 04 Okt 20:47  
Digərləri Tanınmış polkovnik qəfil vəfat etdi FOTO

Azərbaycanın tanınmış polkovniki qəfil vəfat edib. 

arrow Ətraflı
İlkin efirə qayıdır like
  • 04 Okt 20:45  
Şou-biznes İlkin efirə qayıdır

Aparıcı İlkin Həsəni efirə qayıdır.

arrow Ətraflı
Tramp: “Hamas tez hərəkət etməlidir, gecikməni bağışlamayacağam” like
  • 04 Okt 20:28  
Dünya Tramp: “Hamas tez hərəkət etməlidir, gecikməni bağışlamayacağam”

ABŞ Prezidenti Donald Tramp, İsrailin Qəzzaya qarşı bombalama əməliyyatla

arrow Ətraflı
Yaponiya sahillərində 6 ballıq zəlzələ oldu like
  • 04 Okt 20:14  
Dünya Yaponiya sahillərində 6 ballıq zəlzələ oldu

Yaponiyanın Honsyu adasının sahillərində 6 maqnitudada zəlzələ qeydə al

arrow Ətraflı
"OpenAİ" Maskın şirkətini geridə qoydu like
  • 04 Okt 20:06  
Dünya "OpenAİ" Maskın şirkətini geridə qoydu

"OpenAI" "ChatGPT" istehsalçısı, işçilər üçün ikinc

arrow Ətraflı
Məşhur aktyor Dilan Polatı qındadı like
  • 04 Okt 19:20  
Şou-biznes Məşhur aktyor Dilan Polatı qındadı

Türk aktyor Tamer Levent sosial media fenomeni Dilan Polatı tənqid edib.

arrow Ətraflı
Kobaxidze: "Gürcü Arzusu" seçkilərdə qalib gəlir like
  • 04 Okt 19:07  
Digərləri Kobaxidze: "Gürcü Arzusu" seçkilərdə qalib gəlir

"Gürcü Arzusu" bütün şəhər və bələdiyyələrdə inamla qalib

arrow Ətraflı