Bakıda bağçada uşaq xəsarət alıb, təcili yardım çağırılmayıb
Digərləri 04 Okt 2025 23:39:00 83 0
Bakıdakı 291 saylı körpələr evi-uşaq bağçasında üç yaşlı körpə yıxılaraq ağır xəsarət alıb.
Bu xəbəri də oxu: Faciəvi şəkildə ölən qadın qardaşı ilə dalaşıb qaçırmış...
Son.az-ın "Xəzər" TV-yə istinadən xəbərinə görə, uşağın atası Elcan İdrisbəyli iddia edir ki, yıxılaraq sifəti çapılan körpəyə nə ilkin tibbi yardım göstərən, nə də təcili yardım çağıran olub.
"Hadisə baş verəndən sonra onu anasına elə üzüqanlı halda təhvil veriblər. Gəldim ki, bağçanın qabağında anası ilə uşaq çöldə qalıb. Apardıq "Semaşko"ya. Elə yolda direktor bizə zəng elədi, heç uşağı soruşmadan dedi ki, bağçanın adını çəkmə", - deyə Elcan İdrisbəyli bildirib.
Valideynlərinin təcili xəstəxanaya çatdırdığı uşağın sifətinə iki tikiş qoyulub, gözünə yaxın hissəyə isə tikiş atmaq mümkün olmayıb, həkimlər bunun təhlükəli olduğunu bildiriblər.
"Gəldik direktora deməyə ki, bizə kamera görüntüsünü təqdim edin. Direktor bildirdi ki, dövlət bağçanı kamera ilə təmin etməyib", - deyə Elcan İdrisbəyli əlavə edib.
Bağçanın direktoru Sahibə xanım hadisədən vaxtında xəbərdar edilmədiyini, bütün məsuliyyətin müəllimdə olduğunu bildirib: "Müəllim mənə vaxtında xəbər verməyib. İzahatını da almışam.
Anası Elnarə xanım dedi ki, uşaq elə dünən də evdə yıxılıb, olacağa çarə yoxdur. Müəllimin günahıdır".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə məsələ ilə bağlı başqa açıqlama verilib.
Bildirilib ki, 30 sentyabr saat 11:00 radələrində 291 saylı körpələr evi-uşaq bağçasının orta yaş qrupunda uşaqlardan biri yıxılıb və xəsarət alıb. Dərhal bağçanın tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərilib və uşağın valideyninə xəbər verilib. Uşaq valideyni ilə səhiyyə müəssisəsinə aparılıb. Bağçanın tərbiyəçi-müəllimi ilə bağlı tənbeh tədbiri görülüb. Valideynlə əlaqə saxlanılıb, uşağın vəziyyəti qənaətbəxşdir.
Daha ətraflı videomaterialda:
Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Marneuli şəhəri meri və

Tanınmış türkiyəli müğənni Lara çətin müalicə prosesindən keçdikd�

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Mu

"Avropa İttifaqının Gürcüstandakı səfiri Tbilisidə baş verənlər�

Yeni aparılan araşdırmaya görə, yuxu keyfiyyəti aşağı olan insanların

ABŞ Prezidenti Donald Trampın III Dünya müharibəsi başlanacağı təqdird�

Səhər süfrələrinin rəngli bəzəyi, salatların sevimli tərkib hissəsi o

Regionda siyasi münasibətlər kəskinləşib, buna görə İran hücum gözlə

Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkil olunub.

Gürcüstan Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə seçkilərl

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını bitirdim"

Müğənni Afət Fərmanqızının səhnə aldığı toya dava düşüb.

"Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə eht

İmişlidə 4 yaşlı qıza iynə vuraraq, ölümünə səbəb olan həkimə hö
