Ağ Evdə Tramp Netanyahu zirvəsi başladı


Dünya 29 Sen 2025 22:15:00 58 0

Ağ Evdə Tramp Netanyahu zirvəsi başladı

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş başlayıb.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp görüş öncəsi jurnalistlərin "Qəzzada sülh olacaqmı?" sualına qısa və konkret cavab verib: "Bəli."

Tarixi görüş zamanı Tramp Netanyahunu Ağ Evin qarşısında şəxsən qarşılayıb. Daha sonra iki lider "Qəzza" mövzusunda bağlı qapılar arxasında danışıqlara keçib.

Jurnalistlərə qısa açıqlama verən Tramp, "Qəzzada sülh olacaqmı?" sualını "Bəli" cavabı ilə təsdiqləyib. Bu, danışıqların sülh istiqamətində aparılacağına işarə kimi qiymətləndirilir.

Mətbuata sızan məlumatlara görə, Tramp administrasiyasının Qəzzaya dair planı aşağıdakı mərhələləri əhatə edir:

Atəşkəs və əsirlərin təhvil verilməsi: Həmas və İsrail razılığa gəldikdən sonra hücumlar dayandırılacaq, 48 saat ərzində Qəzzada olan bütün israilli əsirlər - həm sağ, həm də həlak olmuşlar - geri qaytarılacaq.

Müvəqqəti idarəetmə: Qəzza texnokratlardan ibarət müvəqqəti hökumət tərəfindən idarə olunacaq. Təhlükəsizliyi beynəlxalq sülhməramlı qüvvələr təmin edəcək, İsrail ordusu isə mərhələli şəkildə tamamilə bölgədən çıxacaq.

Hökumət dəyişikliyi və Həmas: Müvəqqəti idarəetmə Ramallah rəhbərliyi lazımi islahatları həyata keçirdikdən sonra idarəni onlara təhvil verəcək. Həmas silahlarını təhvil verəcək, bölgədə qalmaq istəyən Həmas rəhbərlərinə toxunulmayacaq, getmək istəyənlərə isə ölkəni tərk etməyə icazə veriləcək.

Fələistinlilərin vəziyyəti: Qəzzadakı fələstinlilər bölgədə qalmağa təşviq ediləcək, məcburi köçürülmə olmayacaq. İstəyənlər getsə də, sonradan geri dönmək hüququna malik olacaqlar.

Zirvə görüşü, Qəzza müharibəsinin gündəmin mərkəzində olduğu və İsrailin tez-tez tənqid edildiyi BMT Baş Assambleyasının Nyu-York iclasından sonra baş tutur.

Tramp və Netanyahu bir çox məsələdə eyni mövqeni paylaşsalar da, bəzi mövzularda fikir ayrılıqlarının üzə çıxacağı gözlənilir.

Xüsusilə Tramp ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra İsrailin Qərbi Şəriəni Qəzza və Şərqi Qüds ilə birləşdirərək ilhaq etməsinə icazə verməyəcəyini bildirmişdi. Analitiklərə görə, belə bir addım Trampın ilk prezidentliyi dövründə vasitəçiliyi ilə imzalanan və İsraillə bir sıra ərəb ölkələri arasında diplomatik əlaqələr qurulmasına səbəb olan tarixi İbrahim Sazişlərini poza bilər. Lalə Qüdrətova Son.az

"Əri evinieşiyini satıb həbsdən buraxdırsın" like
  • 29 Sen 22:12  
Şou-biznes "Əri evinieşiyini satıb həbsdən buraxdırsın"

Tarix Əliyev aparıcısı olduğu verilişdə açıqlaması ilə diqqət çə

arrow Ətraflı
Bu ərazilərdə işıq olmayacaq like
  • 29 Sen 21:58  
Digərləri Bu ərazilərdə işıq olmayacaq

Kəngərli rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr

arrow Ətraflı
“Oxumağımı Zeynəb Xanlarova özü istədi” like
  • 29 Sen 21:39  
Şou-biznes “Oxumağımı Zeynəb Xanlarova özü istədi”

Xəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarovanın adını daşıyan n�

arrow Ətraflı
Cabir İmanovun vəfatına tanınmış simalardan kədər dolu PAYLAŞIMLAR like
  • 29 Sen 21:36  
Digərləri Cabir İmanovun vəfatına tanınmış simalardan kədər dolu PAYLAŞIMLAR

Azərbaycanın sevilən aktyoru, "Şən və Hazırcavablar Klubu" (ŞH

arrow Ətraflı
Cabir İmanovla vida mərasiminin yeri məlum oldu like
  • 29 Sen 21:34  
Digərləri Cabir İmanovla vida mərasiminin yeri məlum oldu

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Tə

arrow Ətraflı
“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?" like
  • 29 Sen 21:33  
Digərləri “Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım?"

"Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaş

arrow Ətraflı
Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz  Açıqlama like
  • 29 Sen 21:18  
Digərləri Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

Soyuqdəymə zamanı fastfud, şirniyyat və qırmızı ət zərərlidir. Bu dö

arrow Ətraflı
İllər sonra küsülülük iddiasına son qoydu  Foto like
  • 29 Sen 20:58  
Şou-biznes İllər sonra küsülülük iddiasına son qoydu Foto

Əməkdar artist Mehriban Xanlarova illər sonra ilk dəfə bibisi, Xalq artisti

arrow Ətraflı
Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək? like
  • 29 Sen 20:54  
Digərləri Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək?

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobusların�

arrow Ətraflı
Nəfəs geyimi ilə müzakirələr yaratdı like
  • 29 Sen 20:43  
Şou-biznes Nəfəs geyimi ilə müzakirələr yaratdı

Müğənni Nəfəs səhnə tərzi ilə diqqət çəkib.

arrow Ətraflı
Cabir İmanov dünən bu toyda imiş like
  • 29 Sen 20:29  
Digərləri Cabir İmanov dünən bu toyda imiş

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib.

arrow Ətraflı
Salman Məmmədliyə yüksək vəzifə verildi like
  • 29 Sen 20:24  
Digərləri Salman Məmmədliyə yüksək vəzifə verildi

Naxçıvan Beynəlxalq Hava Limanının yeni direktoru müəyyənləşib.

arrow Ətraflı
“Onlara səhv etmək imkanı verməliyik”  Nazir like
  • 29 Sen 20:21  
Digərləri “Onlara səhv etmək imkanı verməliyik” Nazir

"Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı ve

arrow Ətraflı
Botoksdan sonra görmə və nitq pozuntusu riski artır like
  • 29 Sen 20:15  
Digərləri Botoksdan sonra görmə və nitq pozuntusu riski artır

Son illərdə estetik prosedurlar arasında geniş istifadə olunan botoks inyek

arrow Ətraflı