Botoksdan sonra görmə və nitq pozuntusu riski artır
Digərləri 29 Sen 2025 20:15:00 203 0
Son illərdə estetik prosedurlar arasında geniş istifadə olunan botoks inyeksiyaları ilə bağlı yeni narahatlıqlar ortaya çıxıb. Mütəxəssislər botulinum toksininin sinir sisteminə mənfi təsirlər göstərə biləcəyini bildirirlər.
Bu xəbəri də oxu: Mayonezlə bağlı şok araşdırma – Sağlamlığa ciddi təhlükə imiş...
Son.az xəbər verir ki, araşdırmalara əsasən, yüksək dozada və ya qeyri-peşəkar şəkildə vurulan botoks sinir impulslarının ötürülməsini ləngidə və ya bloklaya bilər. Bu isə bəzi hallarda əzələ zəifliyi, görmə problemləri, nitq və udqunma çətinliyi kimi nevroloji əlamətlərlə müşahidə oluna bilər.
Nevroloqlar qeyd edir ki, botoks əslində sinir-əzələ əlaqəsini müvəqqəti dayandıraraq əzələlərin hərəkətini məhdudlaşdırır:
"Lakin bu müdaxilə bəzən orqanizmin başqa hissələrində də təsir göstərə və gözlənilməz nəticələrə səbəb ola bilər. Xüsusilə botoks toksini sinir uclarından mərkəzi sinir sisteminə keçərsə, ciddi fəsadlar yarana bilər".
Qeyd edək ki, hazırda dünya üzrə bir sıra ölkələrdə botoksun yan təsirləri ilə bağlı məhkəmə işləri aparılır. ABŞ Qida və Dərman Administrasiyası da bu məsələyə diqqət ayıraraq, botoks məhsulları üzərində xəbərdarlıq etiketlərinin olmasını tövsiyə edib.
Mütəxəssislər bildirirlər ki, botoks prosedurlarını yalnız sertifikatlı və təcrübəli həkimlər həyata keçirməlidir. Həmçinin, pasiyentlər inyeksiyadan öncə öz tibbi keçmişlərini və sinir sistemi ilə bağlı hər hansı problemi həkimə bildirməlidirlər.
Asya Son.az
Müğənni Ofelya Şabanova qonaq olduğu Space TV-də canlı yayım zamanı əs
 Ətraflı
 Ətraflı
                                                Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
 Ətraflı
 Ətraflı
                                                "PAŞA Holding"in təşkilatçılığı ilə "INMerge" İnno
 Ətraflı
 Ətraflı
                                                ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı sülh danışıqlarının son m
 Ətraflı
 Ətraflı
                                                Uşağın rasionundan tamamilə şirniyyatları çıxarmaq düzgün deyil.
 Ətraflı
 Ətraflı
                                                M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
 Ətraflı
 Ətraflı
                                                Mərhum sənətkar paytaxtdakı Qurd Qapısı qəbiristanlığında torpağa tap
 Ətraflı
 Ətraflı
                                                Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Gəzinti" adlı mu
 Ətraflı
 Ətraflı
                                                Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov paytaxtın Səba
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Cabir İmanovun ölüm anının videosu yayılıb.
 Ətraflı
 Ətraflı
                                                "Elçin Moskvadan özünü öldürür. Çox çətindir, çox".
 Ətraflı
 Ətraflı
                                                Övladlığa verilmə prosesi cəmiyyətin ən həssas mövzularından biridir.
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Natiq Şirinovun oğlu Ümid bu gün vəfat edən Əməkdar artist
 Ətraflı
 Ətraflı
                                                Türkiyə musiqisinin sevilən adlarından olan Özcan Dəniz dünən axşam İs
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                         
                                         
                                         
                                         
                                         
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            