Cabir İmanovun vəfatına tanınmış simalardan kədər dolu PAYLAŞIMLAR
Digərləri 29 Sen 2025 21:36:00 66 0
Azərbaycanın sevilən aktyoru, "Şən və Hazırcavablar Klubu" (ŞHK) komandasının üzvü, Əməkdar artist Cabir İmanovun vəfatı bütün sənət aləmini dərindən sarsıdıb.
Bu xəbəri də oxu: Oktyabrda sevgiyə qovuşacaq 3 bürc: Həsrət bitir!
Son.az xəbər verir ki, tanınmış aktyor və aparıcı Fərda Xudaverdiyev Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı dərin kədərini ifadə edib.
Fərda Xudaverdiyev bu acı xəbərlə bağlı sosial media hesabında yazıb.
O, Cabir İmanova müraciətlə "Bir tək olan Allah şahiddir və özün də bilirdin ki, səni nə qədər çox istəyirdim" deyərək, onların arasındakı qardaş münasibətini vurğulayıb.
Aktyor anasının vəfatından sonra Cabir İmanovun ona zəng edib təsəlli verməsini xatırlayaraq bu cümləni yazıb: "Nə bilərdik ki, cəmisi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan, əziz qardaşım".
Həmçinin Azərbaycanın bir çox məşhur simaları öz kədərlərini sosial media hesablarından etdikləri paylaşımla bildiriblər.
Cabir İmanovun vəfat xəbəri sənət dünyasının digər tanınmış üzvlərini də dərindən təsirləndirib.
Müğənni Röya Ayxan bu xəbərə inanmaqda çətinlik çəkdiyini ifadə edərək, "Dünən bir yerdə idik.. bu gün isə. Dəli olmuşam, söz tapmıram" şəklində yazıb.
Xalq artisti Aygün Kazımova da dostunun itkisi ilə bağlı kədərini bölüşərək, "Əziz dostum. Bu çox ağır xəbər oldu. Hər zaman üzümüzü güldürən istedadlı insan, qəfil gedişin səni sevənləri çox üzdü. Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin" sözlərini qeyd edib.
Müğənni Abbas Bağırov isə bu xəbərin doğru olmamasını arzulayaraq, "Bu xəbər kaş doğru olmayaydı. Cabir İmanov Allah sənə rəhmət eləsin. Sən çox yaxşı insan, çox yaxşı dost idin" deyib.
Digər tanınmış simalar da İmanovun itkisindən duyduqları kədəri ifadə ediblər. Müğənni Nigar Camal "Çox pis oldum, Allah rəhmət eləsin!" yazıb, Eyyub Yaqubov və Rafael İsgəndərov da "Allah rəhmət eləsin" yazaraq mərhuma rəhmət diləyiblər. Nura Suri də eyni kədəri paylaşaraq, "Çox pis oldum bu xəbərə. Allah rəhmət eləsin" yazıb.
Cabir İmanov sənətdəki yaddaqalan rolları və istedadı ilə Azərbaycan incəsənət tarixində dərin iz buraxıb. Son.az
Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Tə

"Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaş

Soyuqdəymə zamanı fastfud, şirniyyat və qırmızı ət zərərlidir. Bu dö

Əməkdar artist Mehriban Xanlarova illər sonra ilk dəfə bibisi, Xalq artisti

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobusların�

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib.

Naxçıvan Beynəlxalq Hava Limanının yeni direktoru müəyyənləşib.

"Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı ve

Son illərdə estetik prosedurlar arasında geniş istifadə olunan botoks inyek

Müğənni Ofelya Şabanova qonaq olduğu Space TV-də canlı yayım zamanı əs

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

"PAŞA Holding"in təşkilatçılığı ilə "INMerge" İnno

ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı sülh danışıqlarının son m

Uşağın rasionundan tamamilə şirniyyatları çıxarmaq düzgün deyil.
