İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
Siyasət 23 Sen 2025 21:02:00 55 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.
Bu xəbəri də oxu: İlham Əliyev Keniya Prezidenti ilə görüşüb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yunanıstanın Baş naziri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Vaşinqtonda keçirilmiş tarixi görüş münasibətilə təbriklərini çatdırdı, əldə olunmuş nailiyyətlərin regional sülhün gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev Vaşinqtonda keçirilmiş görüşün Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxundu və bu prosesdə ABŞ Prezidenti Donald Trampın mühüm rolunu qeyd etdi. Vaşinqton görüşündə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat dəhlizinin yaradılmasına dair əldə olunmuş razılaşmanın regional bağlantılar baxımından mühüm əhəmiyyət daşıdığı vurğulandı.
Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edildi, iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılmasının vacibliyinə toxunuldu.
Gecə yaranan ayaq qıcolmaları ürək və beyin xəstəliklərinin siqnalı ol

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

Xəbər verdiyimiz kimi, kəşfiyyatçı "Xanı" kimi tanınan Səyyaf

Uşaqların gündəlik kofein qəbulu onların diqqətinə və beyin fəaliyyət

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının izləyicilərinə

Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosi

Müğənni Əminə Şirin ARB TV-də "qara siyahı"ya salınmasından

ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 80-ci sessiyasında çıxış

19:11 Lənkəran rayonu ərazisində yerləşən "Hirkan" qazpaylay

BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında ABŞ-ın

Tayvanlı alimlərin apardığı araşdırmaya görə benzoad natriya adlı qida

Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak

Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.

Quba rayonunda ayılar iki kəndə hücum ediblər. Belə ki, ayılar rayonun Xa

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşk
