Tiktoker "Roşka" ilə bağlı qərar verildi
Digərləri 23 Sen 2025 18:23:00 64 0
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.
Bu xəbəri də oxu: Bu yemək kişiləri vaxtından tez öldürür
Son.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktokeri saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirən polis əməkdaşları sərbəst ifadə veriblər.
Nəsimi RPİ-nin əməliyyatçısı ifadəsi zamanı vurğulayıb ki, Rövşən Süleymanov əməliyyat məlumatı əsasında saxlanılıb.
"Rövşən Süleymanovun üzərində narkotik maddə olması ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradıldı. Qrupun üzvlərindən biri də mən idim. Rövşəni 1 saylı Şəhər Klinik Xəstəxananın yanında saxladıq. Onun üzərinə baxış zamanı narkotik maddəyə bənzər əşya tapıldı. Özü ifadəsi zamanı həmin əşyanın həqiqətən də narkotik maddə olduğunu və onu yaxınlıqdakı qəsəbələrdən birindən aldığını dedi".
Şahid qismində prosesdə iştirak edən digər polis əməkdaşı da həmkarının dedikləri ilə razılaşdığını, Rövşən Süleymanov saxlanılarkən onun üzərindən narkotik maddənin aşkar olunduğunu təsdiqləyib.
Təqsirləndirilənin vəkili müvəkkilin ev dustaqlığına buraxılmasi ilə bağlı yenidən vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.
Vəkilin növbəti vəsatəti isə digər polis əməkdaşlarının əlavə şahid kimi ifadə vermələri ilə bağlı olub.
Məhkəmə vəkilin bu vəsatətini təmin edib və növbəti proseslərdə onların iştirakı təmin ediləcək.
Proses qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xalq artisti Faiq Ağayev etirafı ilə diqqət çəkib.

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlı�

Populyar yapon yeməyi kişilərdə erkən ölüm riskini artırır.

Fələstin Prezidenti Mahmud Abbas bəyan edib ki, HƏMAS artıq Qəzza zolağı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq

Bir vaxtlar həftəsonları izdihamla dolub-daşan "maşın bazarı" i

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək ist�

Cari ilin noyabrında Ağdam şəhərinə ilk köç planlaşdırılır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiri

"Bakubus" avtobusunda sərnişinlər arasında dava olub.

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və B

Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır. Qonşu ölkədə Azə

"Vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət

Meyxanaçı Balaəli Maştağalı efirlərin birində qonaq olub.

Sosial şəbəkədə yayılan video görənləri duyğulandırıb.
