Enerji içkilərinə qatılan bu maddə qorxulu xəstəliyin dərmanı imiş
Digərləri 23 Sen 2025 19:00:00 72 0
Tayvanlı alimlərin apardığı araşdırmaya görə benzoad natriya adlı qida konservantı Alzheimer xəstəliyinə qarşı təsirli ola bilər.
Bu xəbəri də oxu: Təhsilsiz insanların "bu işlərdə" daha üstün olduğu üzə çıxdı Araşdırma
Son.az xəbər verir ki, nəticələr "Translational Psychiatry" jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, benzoad natriya həmçinin darçının metaboliti hesab olunur və orqanizmdə Alzheimerlə əlaqəli zülalların səviyyəsini azalda bilir. Xüsusilə də qanda amiloid-beta 1-42 göstəricisi yüksək olan pasiyentlərdə zehni fəaliyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığı müşahidə olunub.
Xatırladaq ki, Alzheimer xəstəliyi yaddaş itkisi və idrak qabiliyyətlərinin zəifləməsi ilə müşayiət olunan proqressiv neyrodegenerativ pozğunluqdur. Bu xəstəliyin əsas səbəblərindən biri beyin hüceyrələrinə zərər verən amiloid peptidlərinin toplanması hesab olunur. Mövcud müalicə üsulları bu zülalları bədəndən xaric edə bilir, lakin bahalıdır, venadaxili tətbiq olunur və beyin ödemi, qanaxma kimi ciddi fəsadlara səbəb ola bilər.
Araşdırmada 50-100 yaş aralığında olan 149 Alzheimer xəstəsi iştirak edib. Onlara 24 həftə ərzində müxtəlif dozada benzoad natriya və ya plasebo verilib. Həm idrak qabiliyyətləri, həm də qandakı amiloid səviyyələri mütəmadi olaraq izlənilib.
Məlum olub ki, Benzoad natriya həm təhlükəsiz, həm də istifadəsi rahat olan müalicə variantı kimi diqqət çəkir. O, amiloid zülallarını azaldaraq idrak qabiliyyətlərinin qorunmasına kömək edə bilər.
Ən yaxşı nəticələr gündə 750 və ya 1000 mq preparat qəbul edən pasiyentlərdə qeydə alınıb. Onlarda amiloid-beta 1-40 və ümumi amiloid zülallarının səviyyəsi azalıb. Amiloid-beta 1-42 göstəricisi yüksək olan şəxslərdə isə idrak funksiyalarında daha güclü irəliləyiş müşahidə olunub.
Qeyd edək ki, benzoad natriya daha çox qazlı içkilərdə, meyvə şirələrində və nektarlarda, ketçup, mayonez və soya kimi müxtəlif souslarda, həmçinin mürəbbə, cem, kompot və konservləşdirilmiş tərəvəzlərdə istifadə olunur. Bununla yanaşı, jelə tipli şirniyyatlarda, hazır desertlərdə, enerji içkilərində və turş dadlı məhsullarda da rast gəlinir.
Lakin, yüksək temperatur və C vitamini ilə qarşılıqlı təsirdə benzoad natriya zərərli hesab edilən benzol maddəsinə çevrilə bilər. Buna görə də bir çox ölkələrdə onun istifadəsinə sərt normativ məhdudiyyətlər qoyulub.
İsmayıl Son.az
Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak

Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.

Quba rayonunda ayılar iki kəndə hücum ediblər. Belə ki, ayılar rayonun Xa

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşk

Xalq artisti Faiq Ağayev etirafı ilə diqqət çəkib.

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlı�

Populyar yapon yeməyi kişilərdə erkən ölüm riskini artırır.

Fələstin Prezidenti Mahmud Abbas bəyan edib ki, HƏMAS artıq Qəzza zolağı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq

Bir vaxtlar həftəsonları izdihamla dolub-daşan "maşın bazarı" i

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək ist�

Cari ilin noyabrında Ağdam şəhərinə ilk köç planlaşdırılır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiri

"Bakubus" avtobusunda sərnişinlər arasında dava olub.

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və B
