Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edilib
Kriminal 23 Sen 2025 19:39:00 61 0
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının izləyicilərinə hazırladığı maraqlı təqdimatlardan biri də "Zamansız və məkansız" sərgidir.
Bu xəbəri də oxu: Vəzifəyə keçmək üçün xadiməyə 10 minə yaxın pul verdi
Son.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində təqdim edilir.
Ekspozisiyada Nəsimi poeziyası və onun dini-fəlsəfi ideyaları, həmçinin sufi ənənələri müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə tərənnüm edilir. Bu məqsədlə nümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib. Sərgi izləyicilərə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında və Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri ilə, eləcə də Ankaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyindən, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanışlıq imkanı yaradır. Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətli eksponatlar sərgilənir. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşması və ruhi yüksəliş məqamlarını izah edir. Sərgi Azərbaycan və Türkiyə arasında tarixi və mənəvi bağları vurğulayan, eyni zamanda İmadəddin Nəsiminin poeziyası və fəlsəfəsinin müasir dövrdəki əhəmiyyətini göstərən mühüm mədəni hadisədir. Ziyarətçilər ekspozisiyanı bir ay ərzində - oktyabrın 23-dək izləyə biləcəklər. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə baş tutan Nəsimi Festivalı sentyabrın 25-dək davam edəcək. Bakı və Şamaxı şəhərlərini əhatə edən festival Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir sayılır. Festival? həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır. Son.az
Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosi

Müğənni Əminə Şirin ARB TV-də "qara siyahı"ya salınmasından

ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 80-ci sessiyasında çıxış

19:11 Lənkəran rayonu ərazisində yerləşən "Hirkan" qazpaylay

BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan arasında ABŞ-ın

Tayvanlı alimlərin apardığı araşdırmaya görə benzoad natriya adlı qida

Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak

Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.

Quba rayonunda ayılar iki kəndə hücum ediblər. Belə ki, ayılar rayonun Xa

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşk

Xalq artisti Faiq Ağayev etirafı ilə diqqət çəkib.

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlı�

Populyar yapon yeməyi kişilərdə erkən ölüm riskini artırır.

Fələstin Prezidenti Mahmud Abbas bəyan edib ki, HƏMAS artıq Qəzza zolağı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq
