Digərləri

Putin mənim üçün heç kimdir Zelenski

2023-01-26 13:41:00

Putin mənim üçün heç kimdir, onunla danışıqlar maraqlı deyil.

Qohum uşağı övladlığa götürənlərin sayı artıb VİDEO

2023-01-26 13:40:00

Qohum uşağı övladlığa götürmək istəyənlərin sayı artıb. Ötən il sosial xidmətlər Agentliyinə bununla bağlı 122 müraciət daxil olub.

Bu yolda yeni qayda

2023-01-26 13:31:00

8 noyabr (keçmiş Nobel) prospektində bir neçə gündür dəyişiklik edilib.

Nazirlikdən bahalaşmaya

2023-01-26 13:11:00

Bu gün dünyada gedən geosiyasi vəziyyət, eləcə də qlobal iqlim dəyişmələri ərzaq məhsullarının bahalaşmasında özünü göstərir. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə işlər görür.

Bakıda gecə yenə şaxta olacaq

2023-01-26 13:09:00

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

“Bakı KOB evi”ndə aqrar sahə üzrə informasiyaməsləhət xidmətləri göstərilir

2023-01-26 12:40:00

"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin müxtəlif istiqamətlərinə dair informasiya və məsləhət xidmətləri göstərilir.

“Instagram”dan daha bir yenilik VİDEO

2023-01-26 12:30:00

Dünya miqyasında milyonlarla istifadəçiyə malik sosial media platforması "Instagram" daha bir yenilik təqdim edib.

Hacı Mövsümün azadlığına görə məclis keçirdi Həbs edildi

2023-01-26 12:20:00

Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədovun azadlığa çıxması münasibətilə evində dini məclis təşkil edən şəxs saxlanılıb.

"Şlyapa Zahid" ev dustaqlığına buraxılmasını istəyir MƏHKƏMƏ

2023-01-26 11:59:00

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan sabiq gizir Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Bu sərhəd niyə açılmır” erməni deputat Ərdoğana yalvarır

2023-01-26 11:51:00

Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən olan erməni deputat Qaro Paylan Türkiyə-Ermənistan sərhədinə gələrək iki ölkə arasında sərhədlərin açılması ilə bağlı açıqlamalar verib.

Naxçıvanın sabiq DİN rəhbərinin şikayəti ilə bağlı qərar...

2023-01-26 11:10:00

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.

Aqrar sahədə yeni vəzifələr müəyyənləşdiriləcək

2023-01-26 11:09:00

Milli Məclis dövlət orqanları ilə birlikdə aqrar sahədə yeni vəzifələr müəyyənləşdirəcək.

Bakının bu ünvanında evlər söküləcək Kvadratına

2023-01-26 10:58:00

Bakının Yasamal rayonu ərazisində daha bir ərazidə fərdi evlər söküləcək.

"Sülhməramlılar erməniləri Xankəndidə girov saxlayır" Polkovnikdən maraqlı təhlil VİDEO

2023-01-26 10:39:00

Ehtiyatda olan polkovnik Şair Ramaldanov TV Müsavat-ın canlı efirinə qoşulub. 

15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” Qərbi azərbaycanlının evi olub VİDEO

2023-01-26 10:38:00

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi "hərbi hissə" ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Marketlərdə bu məhsulun qiyməti 9 manat oldu FOTO

2023-01-26 10:31:00

Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində süni bahalaşma müşahidə olunub.

Baş Prokurorluq Dövlət Gömrük Komitəsində korrupsiya əməliyyatı keçirir

2023-01-26 10:29:00

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Müəllimlərin maaşları nə vaxt artacaq?

2023-01-26 10:20:00

Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrin maaşları Vahid Tarif Cədvəli (VTC) ilə tənzimləndiyi üçün onların əmək haqqları yanvarın 1-dən etibarən artırılıb. Bununla bağlı, Nazirlər Kabineti tərəfindən qərar da qəbul olunub. Bundan sonra isə müəllimlərin maaş artımı ilə bağlı suallar yaranıb.

Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb

2023-01-26 10:20:00

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.

Rusiya muzdlularının Bakıdakı məzarlığı 2 dəfə böyüdü FOTO

2023-01-26 10:19:00

Ukrayna ilə müharibənun uzanması Rusiyaya canlı qüvvə sarıdan ciddi problemlər yaratmaqda davam edir. Məsələn, Krasnodar diyarının Bakı kəndi yaxınlığındakı qəbirstanlıqlardan birində son iki ay ərzində təzə məzarların sayı 7 dəfə artaraq 170-ə çatıb.

Polkovnikleytenantın oğlu Türkiyədə vəfat etdi

2023-01-26 10:11:00

Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı dünyasını dəyişib.

Abşeronda 23 yaşlı qızın asılmış meyiti tapıldı

2023-01-26 10:10:00

Abşeronda 23 yaşlı qız evdə ölü tapılıb.

Generaldan Paşinyana: Ermənistan məhv olacaq

2023-01-26 09:58:00

Ermənistan nə qədər zəifdirsə, onun məhv edilməsi imkanları da o qədər böyükdür.

Xankəndi yolunda etirazlar 46 gündür davam edir FOTO

2023-01-26 09:09:00

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 46 gündür ki, davam edir.

Uşaqlarda yaranan ishalın müalicəsi

2023-01-26 08:59:00

Uşaqlarda müşahidə olunan ishal əsas problemlərdən biridir. İshal olan uşaqlar ilk olaraq pediatra müraciət etməlidirlər. Çünki əsas səbəb araşdırılmalıdır.

Qara qarağat

2023-01-26 08:55:00

Qara qarağat haqqında ümumi məlumat Qara qarağat hündürlüyü 1,5-2 metrə qədər qalxa bilən qarağat kolunun meyvəsidir. Qarağat kolunun sarı-boz zoğları yayın sonlarına yaxın onların rəngi dəyişərək qəhvəyi olur.Qara qarağat yarpaqları beş ədəd üçbucağın birləşməsindən əmələ gələn formaya bənzəyir və kol budaqlarının üstündə sıra ilə düzülərək böyüyür. Onun saplaqları 12 sm uzunluğunda və xüsusi qoxuya malik olur. Saplaqlardan 7-9 mm ölçüdə açıq-bənövşəyi və ya çəhrayının boz çalarında olan çiçəklər açır. Qara qarağatın tünd bənövşəyi və ya qara rəngli giləmeyvələri olur. Qara qarağat may-iyun aylarında çiçək açır və iyun-avqust aylarında meyvələri yetişir. Qara qarağata Rusiyanın, Azərbaycanın, Ukraynanın, Orta Asiya ölkələrinin əksər ərazilərində rast gəlmək mümkündür. O meşələrdə, düzənlik ərazilərdə, nəmişlik yerlərdə, bataqlıq kənarlarında, yol kənarlarında yabanı halda bitir. Qara qarağatın yarpaqlarından, meyvələrindən, bəzi hallarda isə toxumlarından istifadə olunur. Qara qarağatnın Tərkibi Qara qarağat azkalorili giləmeyvələrdəndir. 100 qram giləmeyvədə 63 kKal var. 100 qram qara qarağatın qida dəyəri: - Zülallar - 1 qr - Yağlar - 0,4 qr - Karbohidratlar - 7,3 qr - Su - 83 qr - Kalori - 63. Qara qarağatın Xeyri Qara qarağat vitamin küpüdür. Onun tərkibi C, B1, B6, B9, D, E, K, P, A vitaminləri, pektin, karotinoidlər, şəkər, təbii və fosfor turşuları,tanin maddələr, efir yağları, fosfor, dəmir və kalium duzları ilə zəngindir. Qara qarağatın tərkibində C, E vitamini, fitonsidlər, maqnium, marqanes, gümüş, qurğuşun, kükürd və efir yağları var. Təzə dərilmiş qarağat giləmeyvəsi əvəzolumaz vitaminlərlə doludur. Bu səbəbdən də avitaminozdan, mədə turşuluğunun az olmasından, mədə yarasından, bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qara qarağat yemək çox faydalıdır. Qara qarağat hemoqlobinin miqdarını artırmaq qabiliyyətinə malikdir. Bu məqsədlə 1:1:1 şəkər tozu, qara qarağat və qarabaşaq ununu qarışdıraraq bişirib az-az yemək lazımdır. Qara qarağatdan orqanizmin tonusunu yüksəltmək, mübadilə prosesini yaxşılaşdırmaq, qanı təmizləmək, qan əmələ gətirmək, iltihab əleyhinə, iştahaçıcı məqsədlə qəbul edilir. Bu giləmeyvə böyrəküstü vəzin, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, şəkəri diabet xəstəliyinin əlamətlərini azaldır, limfa düyünlərində olan xəstəlikləri sağaldır, atereskleroz əlamətlərini aradan qaldırır. Qan təzyiqi, arterial təzyiq, radiasiya zəhərlənmələri zamanı qara qarağatdan istifadə eləmək çox faydalıdır. Qara qarağat yarpaqlarından dəmlənən çay çox ətirli və dadlı olur. Bu çayın tərkibi isə bioloji aktiv maddələr, tanin maddələri, efir yağları, vitaminlər və fitonsidlərlə zəngin olur. Yarpaqlarının tərkibində olan C vitaminin miqdarı giləmeyvələrinin tərkibində olan C vitamininin miqdarından çoxdur. Bu səbəbdən də yarpaqlarının dəmləməsi iltihab əleyhinə, revmatizm əleyhinə, sidikqovucu və oirqanizmi təmizləyici təsirə malikdir. Qastrit, podaqra və ürək-damar xəstələrinin hər gün qara qarağat yarpaqlarından dəmlənmiş çay içmələri onlardakı xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur. Bu dəmləmə soyuqdəymə, bronxit, öskürmə zamanı da sağalmanı sürətləndirir. Qara qarağat dəmləməsi baş ağrıları, yuxu pozğunluqları və nevroloji xəstəliklər zamanı sakitləşdirici təsir göstərir. Qara qarağatın Ziyanı Tromboflebit, mədə turşuıuğunun çoxluğu, mədə və onikibarmaq bağırsaq yarasından əziyyət çəkənlərə qara qarağatdan istifadə eləmək məsləhət görülmür. Qara qarağatın qara ciyər fəaliyyətini artırmağına baxmayaraq, hepatit xəstələrinə ondan istifadə eləmək məsləhət görülmür. Həddindən çox qara qarağat və ya onun yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə eləmək qanın laxtalanmasına səbəb ola bilir.

Qara zirə yağı

2023-01-26 08:51:00

Qara zirə ən çox Efiopiyada, Səudiyyə Ərəbistanında, Hindistanda, Orta Asiyada, Qafqaz bölgələrində, Aralıq dənizi ölkələrində bitir. Ondan ədviyyat vasitəsi kimi istifadə edilir. Qara zirə toxumlarından əldə edilən yağdan 3 min ildən çox bir zamandır ki, istifadə edilir. Bu yağın unikal və faydalı tərkibi onun orqanizm üçün lazımlı olduğunun göstəricisidir. Qara zirə yağı barədə Hippkratın əlyazmalarında da yazılara rast gəlinib. Qədin zamanlarda bu yağdan bağırsaq qurdalarının tökülməsi, qara ciyər, böyrək və ağ ciyərlərin fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilib. İbn Sinanın əlyazmalarında qara zirə yağı orqanizmi bütün xəstəliklərin qoruyan yağ kimi qeyd edilib. Onun əlyazmalarında qara zirə yağının insana həyat enerjisi, sağlamlıq bəxş etdiyi yazılıb. Qədim xalq təbabətində qara zirə yağından yorğunluğu aradan qaldırmaq məqsədilə və xəstəliklərin müalicəsində istifadə edilib. Qara zirə yağının tərkibində olan bioloji aktiv maddələr, vitaminlər, minerallar orqanizm üçün inanılmaz təsir göstərir. Qara zirə yağının faydalı tərkibi Qara zirə yağının tərkibində 26 nov yağ turşusu var. Onlardan 18-i doymamış, 8-i isə doymuş yağ turşularıdır. Bu yağın əsas tərkibini palmit, stearin, Omeqa3, Omeqa6 və Omeqa9 yağı təşkil edir. Qara zirə yağının tərkibində fosfolipidlər, fitosterollar, fosfor, kalsium, kalium, dəmir, E, C, D, A, B qrup vitaminlər var. Tərkibində olan makro və mikro elementlər, enzimlər, alkoloidlər, saloninlıər, efir yağları qara zirə yağını insan orqanizmi üçün əvəzedilməz müalicəvi təbii dərman maddəsi edir. Müalicəvi xüsusiyyətləri Qara zirə yağından bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Şərq təbabətində onu bütün xəstəliklərin dərmanı hesab edirlər. Qara zirə yağı orqanizmə ağrıkəsici, spazmoliitik, iltihab əleyhinə, antiseptik, bakteriasid, bronxgenəldici, yarasağaldıcı, regenerasiyaedici, möhkəmləndirici təsir göstərir. Qara zirə yağı immuniuteti yüksəltmək, orqanizmin tonusunu artırmaq, ödqovucu, damargenəldici təsirlərə malikdir. O orqanizmə skleroz əleyhinə və bağırsaq yumşaldıcı təsir göstərir və qəbizliyin aradan qalxmasına səbəb olur. Qara zirə yağı immunitetin artmasına səbəb olur. Həzm sistemini, mədə şirəsini normallaşdırmaq, mədə-bağırsağın florasını normallaşdırmaq və immuniteti artırmaq üçün qara zirə yağından istifadə etmək lazımdır. Qara zirə yağından istifadə eləmək qıcqırmanın, hıçqırmanın, ürək bulanmanın, diareyanın, meteorizmin aradan qalxmasına səbəb olur. O öd daşı, xolisistit, qastrit, sirroz, xolisistit, mədə-bağırsaq xəstəlikləri və disbakteriozun aradan qalxmasına səbəb olur. Qara zirə yağını təbii antibiotik hesab eləmək olar. O orqanizmdə olan iltihabi xəstəliklərin sağalmasına səbəb olur. Qara zirə tromb yaranmasının qarşısını alır, qan damarlarında olan xolesterinin təmizlənməsinə, damarlarda olan iltihabi proseslərin aradan qalxmasına, ürək-damar fəaliyyətinin yaxşılaşmasına səbəb olur. O beyin qan dövranının yaxşılaşmasına səbəb olmaqla yanaşı, varikozun əmələ gəlməsinin qarşısını alır, arterial təzyiqi nəzarət altında saxlayır. Davamlı olaraq qara zirə yağı içmək işemik xəstəliklərin, infarktın, vegetativ damar distrofiyasının müalicə və profilaktikasında mühüm rol oynayır. Qara zirə yağı orqanizmə qızdırmasalıcı və bəlğəmgətirici təsir göstərir. O soyuqlama xəstəliklərinin, bronxitin, qrippin, pnevmoniyanın, sinusitin, haymoritin, bronxial astmanın sağalmasını sürətləndirir. Şəklərli diabet xəstələrinə, artıq çəkidən, sidik kisəsi sistemi xəstəliklərindən(nefrit, sistit, uretrit və s.) əziyyət çəkənlərə qara zirə yağından istifadə etmək məsləhət görülür. Qara zirə yağı cinsiyyət orqanların baş verən xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur, prostatitin, prostat adenomasının əlamətlərini azaldır. Qara zirə yağı orqanizmdə olan virus və mikroblara qarşı mübarizə aparır. Qara zirə yağı oynaqlarda və əzələlərdə baş verən ağrıların aradan qalxmasına səbəb olur. Kosmetologiyada tətbiqi Qara zirə yağından dərinin qidalanması, toxumaların yenilənməsi və təravətlənməsi məqsədilə istifadə edilir. Onun tərkibində olan kollagenlər dərinin elastikləşməsinə səbəb olur. Qara zirə yağı yağlı dəri problemlərinin həll olmasına səbəb olur. Bu yağ dəridəki quruluğun aradan qalxmasına səbəb olur, dəridəkim piy vəzilərinin fəaliyyətini normallaşdırır, dərin tonuslandırır, onu ultrabənövşəyi şüalanmadan qoruyur. Saç dərisinə qara zirə yağı sürtmək seboreya, kəpəklənmə, qaşınma əlamətlərinin aradan qalxmasına səbəb olur. İstifadə etdiyiniz şampun, krem, balzam və s. kosmetik vasitələrə qara zirə yağı damızdırmaqda fayda var. Bu yağla dekolte bölgəsini silmək dərinin parlaq və gözəl görsənməsinə səbəb olur. Qara zirə yağının zərərli xüsusiyyətləri Qara zirə yağı bəzi hallarda allergik reaksiyaların meydana çıxmasına səbəb olur. Bəzən qara zirə yağı sürtülən yerlərdə qızartı, qaşınma meydana gələ bilir.  Hamilə qadınlara qara zirə yağından istifadə etmək məsləhət görülmür. Onu qanda qlükozanın miqdarını aşağı salan dərmanlarla birlikdə qəbul etmək olmaz.

Narıngi haqqında bilmədikləriniz

2023-01-26 08:46:00

Narıngi 4 metrə qədər hündürlüyə yüksələ bilən həmişəyaşıl ağacın meyvəsidir. Narıngi ağacının yarpaqları sərt, sivri uca malik olub, kiçik ölçülü, ellips və ya yumurta formasında olur. Narıngi meyvələri 4-6 sm diametrə malik olub, narıncı rəngdə qalın və asan soyula bilən qabığa malik olur. Narınginin gözəl ətri və dadı olur. Narınginin vətəni Çin və Koxinxin hesab edilir. Avropa ölkələrinə naringi XIX əsrin əvvəllərində gətirilib. İndi İspaniyada, Əlcəzairdə, bütün Aralıq dənizi sahili ölkələrində, Çində, Fransada, Yaponiyada geniş miqyasda narinci yetişdirilir. MDB ölkələrinə əsasən naringi əsasən Argentinadan, Çindən gətirilir. Bizim ölkmizin də Cənub bölgəsində yetərində naringi yetişdirilir. Ən yaxşı naringi növü böyük ölçüyə malik olan naringilər hesab edilir. Ondan daha şirəli, daha dadlı olurlar.  Narıngini dərdikdən sonra ev şəraitində 1 ay saxlamaq mümkündür. Soyuducuda isə onun uzun müddət saxlanılması mümkündür. Narınginin tərkibi təbii turşularla zəngindir. Onun şirəsinin tərkibində limon və digər meyvə turşuları, vitaminlər (A, D, K, B4, tiamin, ribofllvin, rutin, askorbin turşusu), fitonsidlər var. Narınginin qabığı efir yağları ilə zəngindir. Bu yağların tərkibində çoxlu A vitamini və karotin, naringiyə sarı rəng verən maddələr var. Naringinin tərkibi kalium, kalsium, maqnium, dəmir, fosfor və natriumla zəngindir. 100 qram naringidə 55-57 qram su və 53 kkalori var. Narıngi qiymətli dietik məhsul hesab edilir. O maddələr mübadiləsini yaxşılaşdırır, davamlı olaraq yedikdə orqanizmi möhkəmləndirir. Narıngidən salatların, şirniyyatların, desertlərin hazırlanmasında geniş istifadə edilir. Ondan hazırlanan içkilər və konfetlər isə dünanın hər yerində süfrələrin bəzəyidir. Narıngini yeyərək siz, orqanizminizi möhkəmləndirə bilərsiniz. Naringinin Ziyanı Naringini çox yedikdə bəzən mədə-bağırsağın selikli qişasında və böyrəklərdə qıcıqlanmalar meydana çıxır. Bu ən çox mədə-bağırsaq yarasından əziyyət çəkən xəstələrdə baş verir. Kəskin nefrit, kəskin pankreatit xəstəliyindən də əziyyət çəkənlərə də naringi yemək məsləhət deyil. Allergiyadan da əziyyət çəkənlərə çoxlu miqdar naringi yemək məsləhət deyil.

Qarnı necə əritməlisiniz?

2023-01-26 08:25:00

Pəhriz və idmanla vücudun hansısa nahiyəsini əritmək, arıqlamaq təəssüf ki, mümkün deyil.

Qara tut (Lat.Morus) haqqında bilmədikləriniz

2023-01-26 08:21:00

Qara tut 2-3 sm uzunluğunda yumşaq və dadlı meyvədir. O hündür tut ağacının dadlı və ətirli giləmeyvəsidir. Qara tut ağacının meyvələri tünd bənövşəyi, tünd qırmızı və ya qara-qırmızı rənglərdə olur. Qara tut meyvələri sulu və dadlı olur və hər il yetişir. Tam böyümüş tut ağacından il ərzində 200 kiloqrama qədər meyvə tollamaq mümkündür. Tut meyvəsi iyun ayının ortalarından yetişməyə başlayır və vaxtında toplanmadıqda tökülür. Tutun elmə 16 növü məlumdur. O Asiya, Afrika, Şimali Amerika, Bolqariya, Rumıniya, Rusiya və Ukraynada geniş yayılmışdır. MDB ölkələri arasında tut ən çox Azərbaycanda bitir. Qara tut isə ən çox Azərbaycan və Çində yetişir. Qara tutun 4000 ilə yaxın yaşı vardır. Bu giləmeyvə barədə Bibliyada da yazılara rast gəlmək mümkündür. Qara tut tez yetişən və tez xarab olan meyvələrdəndir. Onu əsasən yığan kimi yemək lazımdır. Zədəsiz halda yığılan qara tutu polietilen paketdə 3 gün saxlamaq mümkündür. Qara tutu uzun müddətli saxlamaq istədikdə isə onu qurudub saxlamaq lazımdır. Bunun üçün tut meyvələrini isti havalarda 1-2 həftə qurutmaq, sonra isə xüsusi sobada 30-40*C-də bir müddət saxlamaq lazımdır. Bəzi insanlar tutu dondurucuda da bir müddət saxlayırlar. Qara tut (Lat.Morus)nın Tərkibi 100 qram tutda olan qida dəyəri: - Zülallar - 0,7 qr - Yağlar - 0,4 qr - Karbohiodratlar - 1,8 qr - Su - 82,6 qr - Kalori - 50,5 kKal. Qara tut (Lat.Morus) Xeyri Qara tutun tərkibi A, B1, B2, B6, E, C, K vitaminləri, dəmir, marqnes, sink, selen mikroelementləri, kalsium, nartium, maqnium, fosfor makroelementləri ilə zəngindir. Hipokaliemiya zamanı qara tut yeməyin faydası çoxdur. Buna görə də həkimlər orqanizmdə kalium mübadiləsinin pozulmaları zaman xəstələrə qara tutdan hazırlanmış ekstrakt təyin edirlər. Qara tutdan ürək xəstəlikləri(miokardiodistrofiya, müxtəlif dərəcəli ürək qüsurları və s.) və böyrək xəstəlikləri səbəbindən əmələ gələn xroniki şişkinliklər zamanı istifadə edirlər. Qara tutun tərkibində olan kalium bu xəstəliklərin əmələ gətirdiyi əlamətlərin aradan qalxmasına səbəb olur. Davamlı olaraq qara tut yemək təngnəfəsliyin aradan qalxmasına səbəb olur, ürəkdə baş verən ağrıların azalmasına və ürək ritmlərinin normallaşmasına səbəb olur. Maddələr mübadiləsi pozğunluqları və qanazlığı zamanı da qara tut yemək faydalıdır. Onun faydasını görmək üçün ən azı iki həftə müəyyən miqdarda tut yemək lazımdır. Qara tut mədə-bağırsaq sisteminin işinə də təsir edir. Qara tutu kal halda yedikdə ishalın kəsilməsinə səbəb olur. Tam yetişmiş tut isə bağırsaqları yumşaldır. Qəbizlik zamanı dəymiş tut, ishal zamanı isə kal tut yemək əlamətlərin aradan qalxmasına səbəb olur. Prostatit əlamətlərini aradan qaldırmaq və kişi gücünü bərpa eləmək üçün qara tut yemək lazımdır. Bunun üçün 1 kq qara tutun üzərinə 200 qram bal əlavə edilib bir-neçə gün soyuducuda saxlamaq və yatmazdan əvvəl 1 xörək qaşığı yemək lazımdır. Qara tutun bakteriasid və antiseptik xüsusiyyəti var. Onun şirəsi ilə ağız boşluğu və boğazı qarqara eləmək iltihabın və ağrıların azalmasına səbəb olur. Qara tutun(2 xörək qaşığı) üzərinə qaynar su(200 ml)töküb 4 saat saxladıqdan sonra içmək və ya onunla ağız boşluğunu yaxalamaq boğaz ağrılarının azalmasına səbəb olur. Əsəb gərginliyi, yorğunluq, yuxusuzluq zamanı qara tut dəmləməsinin faydası çox böyükdür. Bunun üçün 1 kq qara tutu 500 ml suda zəif odun üzərində 30 dəqiqə qaynatmaq lazımdır. Bu zaman rəngli maddə alınır. Soyuduqdan sonra bu maddənin üzərinə 300 qram bal əlavə edib yenidən 80*C-ə qədər qızdırmaq və qarışımdan gündə 1 çay qaşığı olmaqla 3 dəfə içmək lazımdır. Kulinariyada qara tutdan desertlər, piroqlar, mürəbbələr, kompotlar, kisellər, şərbətlər, bulkalar hazırlanır. Qara tut (Lat.Morus)nın Ziyanı Həddindən çox qara tut yemək ishala səbəb ola bilir. Yüksək təzyiqli xəstələrə, şəkərli diabet xəstələrinə çoxlu miqdarda qara tut yemək olmaz.

Bu il ABŞda artım cəmi

2023-01-26 08:18:00

2023-cü ildə ABŞ və Avropa ölkələri öz iqtisadiyyatlarının artımında kəskin ləngimə ilə üzləşəcəklər - ABŞ-da bu 0,4%, Aİ-də 0,2% artım, Böyük Britaniyanın ÜDM-i isə 0,8% azalacaq.