Digərləri
2023-01-31 09:00:00
Türkiyə və Oman arasında 2025-ci ildən başlayaraq Türkiyəyə ildə 1 milyon ton mayeləşdirilmiş təbii qazın tədarükü haqqında müqavilə imzalanıb.
2023-01-31 08:59:00
Vərəm yoluxucu xəstəlik olub, sağlam adamlara mikrobun hava-damcı vasitəsilə yoluxması nəticəsində meydana çıxır. Xəstənin öskürəyi və asqırması nəticəsində havaya saçılan vərəm çöpləri sağlam adamın orqanizminə düşdükdə həmin zaman xəstəliyin əmələ gəlməsinə səbəb olmur. Mikroblar xəstələyi törətmək üçün orqanizmin müqavimətinin aşağı düşməsini gözlyirlər. Xəstəliyin ilkin əlamətləri yorğunluq, nəfəs çatmazlığı, arıqlama, quru, sonra isə bəlğəmli öskürəkdir. Vərəm xəstəliyinin əlamətləri ortaya çıxana qədər xəstəlik artıq öz işini görmüş olur. Xəstəliyə yoluxmaq üçün kimlər risk altındadır? * 0-5 yaş arası uşaqlar * 65 yaşdan yuxarı qocalar * xərçəng xəstələri * xroniki ürək, böyrək, AİDS xəstələri * aşağı həyat tərzi yaşayanlar * immuniteti aşağı olanlar. Vərəm mikrobları hamının orqanizminə düşə bilər. Onların inkişaf etməsi, orqanizmdə patoloji dəyişikliklərə səbəb olması üçün münbit şərait olmalıdır. Çalışın vərəmin inkişaf etməsi üçün bu şəraiti yaratmayın. Sağlamlığınızın qeydinə qalın!
2023-01-31 08:55:00
Ət və ət məhsulları. Hamilə qalmaq istəyənlər hər qida qəbulu zamanı bol protein qəbul etməlidir. Protein hormonların əmələ gəlməsində və sağlam hüceyrələrin yaranmasında vacib rol oynayan amillərdən biridir. Açıq havada və hində böyüyən ev quşları, onların yumurtaları, yağsız ət, təbii süd və süd məhsulları balıq proteinlə çox zəngindir. Yağlar. Mütəxəssislər hamilə qalmaq istəyən qadınlara təbii və sağlam yağlardan istifadə etməyi məsləhət bilir. Avokado yağı, kətan toxumu yağı, balıq yağı, müxtəlif quru meyvə yağları hamilə qalanların sağlam orqanizmə sahib olacaqlarının təminatıdır. Taxıl bitkiləri. Hamilə qalmaq istəyənlərə təbii düyü, yulaf və buğdadan istifadə etmək məsləhət görülür. Mərci, quru meyvələr, bitki toxumları orqanizmim proteinə olan təlabatını ödəyir. Meyvə və tərəvəzlər. Hamilə qalmaq istəyən qadınlara göy qurşağı rəngində olan meyvə və tərəvəzlərdən yemək məsləhət görülür. Göyərti. Tərkbində fol turşusu olan və həzmi sürətləndirən göyərtilərdən bol-bol istifadə etmək məsləhət görülür. Qidalanmada yavaş-yavaş yeməyə üstünlük verin. Hər bir qidanı çoxlu çeynədikdən sonra udun. Çalışın hər bir meyvə və tərəvəzi öz mövsümündə yeyin. Qəbul elədiyiniz qidalar sizin hormonal sisteminizin fəaliyyətini normya sala bilmədikdə həkimə müraciət edin.
2023-01-31 08:51:00
Ağciyərlərin absesi ağciyərlərdə qranulasion toxuma və fibroz liflər qatından əmələ gəlmiş piogen membran ilə hüdudlanan və içərisi irinlə dolmuş boşluqdur. Ağciyərin qanqrenası ağciyər toxumasının sağlam hissədən sərhəddi ölmüş və çürümüş parçalanmada sürətli irinli əriməsi və qopması ilə olan həddən artıq patoloji vəziyyətdir. Bu ağciyər toxumasının ölməsidir ki, bu zaman boşluq formalaşan demarkasiya prosesində ağciyər toxunmasının divaryanı və sərbəst yerləşən və tədricən təmizlənməyə meyilliyi ilə ölməsidir. Ağciyərin absesi ümumi əhali arasında 20-50 yaşlı kişilərdə 3-5 dəfə çox təsadüf edilir. Son 40 ildə ağciyərlərin absesı 10 dəfə azalsa da xəstələr arasında ölüm faizi 4-7% təşkil edir. Qrammənfi mikrofloraya malik turş reaksiyalı mayenin aspirasiyasında ölüm 20%-dən artıq olur. Ağciyərlərin absesi birincili və ikincili olur. Absesin əmələ gəlməsinə istənilən mikroorqanizmlər və ya onların assosiyasiyasi səbəb ola bilər. Xəstəliyin əmələ gəlməsində orqanizmin müdafiə qüvvələrinin azalması və patogen mikrobların tənəffüs yollarına düşməsidir. Alkoholizm, yüksək dozalarda narkotikərin qəbulu, uzunmüddətli qusma, nevroloji pozğunluqlar, tənəffüs yoluna yad cisim düşən zaman, ağciyərlərin şiş xəstəlikləri zamanı ağciyərin absesinə daha tez-tez rast gəninir. Xəstəlik zamanı təngnəfəslik, zəiflik, əzginlik, hərarət, döş qəfəsində ağrı, bəzən qanhayxırma müşahidə edilir.
2023-01-31 08:25:00
Pnevmosistoz ağciyərlərin zədələnməsini, bəzən yorğunluq və arıqlama verən göbələk xəstəliyidir. Etiologiyası - pnevmosistozu Pneumocystis carinii törədir. Epidemiologiyası: Pneumocystis carinii xarici mühitdə geniş yayılıb uşaqlıq vaxtından ağciyərlərə düşür. O ancaq anadangəlmə immundefisitli bir yaşa qədər uşaqlarda, KSH müalicəsi alan, bədxassəli şiş xəstəlikləri və İİV- infeksiyası olanlarda, limfositar 1 mm3 qanda 200-dən aşağı düşdükdə xəstələnmə baş verir. Patogenezi və patoloji anatomoyası. Pneumocystis carinii hüceyrə daxilinə keçə bilmir, ağ ciyərlərə qarşı yüksək tropizmə malik olduğundan bütün yaşayış dövrünü alveollarda başa çatdırır. Bununla o alveollarda mononuklear, interstisial toxumada plazmatik hücerə infiltirasiyası əmələ gətirir. Nəticədə alveolların divari xeyli qalınlaşır, alveolyar-kapilyar blok, tənəffüs çatışmazlığı əmələ gətirir. Klinikası: Pnevmosistozun əsas təzahürü pnevmoniya, qızdırma, davamlı öskürək, tənginəfəslik, tənəffüsün çətinləşməsidir. Xəstələr yorğun olurlar, tədricən arıqlayırlar. Bədən temperaturu tez-tez artıb-azalır. Öskürək əvvəl quru olur, sonralar köpüklü bəlğəmlə olur, sianoz, döş qəfəsinin genişlənməsi, tənəffüsün çətinləşməsi baş verir. Qanda az miqdar leykositoz, eozinofiliya, EÇS-in artması xarakterikdir. Diaqnoz - ağ ciyər sekretindən Pneumocystis carinii sistlərinin və ya trofozoidlərinin tapılması ilə mümkün olur. Müalicəsi: Pnevmosist pnevmoniyasının müalicəsində pentamidin, tripetoprim və sulfometaksazol yaxud primetamin sulfanilamidlə birlikdə təyin edilir. Ağırlıq dərəcəsindən asılı olaraq müalicə 10-12 gün davam etdirilir. Profilaktikası: Immunçatışmazlıq vəziyyətində antibiotikterapiyasız kandidoz inkişaf edərsə pnevmosist pnevmoniyasının profilaktikası üçün pentamidin aerozolu təyin edilməlidir. Bəzən bu preparatın dapsonla, sulfometaksazolla birgə qəbulu məsləhət görülür.
2023-01-31 08:21:00
Yuxarı tənəffüs yollarının xəstəlikləri uşaqlarda tez-tez rastlanan xəstəlıklərdəndir.Bu xəstəliyə səbəb yuxarı tənəffüs orqanlarına infeksiyanın düşməsidir.Xəstəlik 38* və ondan da yuxarı yüksələn qızdırma ilə müşayət olunur.Xəstəliyin aşağıdakı əlamətləri vardır: -Asqırma -Burun tutulması və ya axması -Öskürək və boğazda qızartı -Tempratur -Bədəndə ağrı -Üşütmə -Halsızlıq -Boğaz ağrısı Yuxarı tənəffüs orqanlarının xəstəliyi zamanı uşaqlarda halsızlıq ,üşütmə olur ki , bu əlamətlər adətən onların yataq şəraitində müalicə olunmasının qaçılmaz olduguna səbəb olur .Əgər xəstəlik vaxtında və düzgün müalicə olunmazsa bəzi ağırlaşmalar baş verir.Bu ağırlaşmalar aşağıdakılardır: -orta qulağın iltihabı -sinusit -faringit -angina - bronxit - sidik yollarının infeksiyası ORTA QULAĞIN İLTİHABI Orta qulağın iltihabı xəstənin burnu tutulu olduğu zaman asqıranda və ya hıçqıranda infeksiyanın qulağa keçməsi sayəsində baş verir.Xəstəliyin olub olmamasını bilmək üçün uşağın sakit vəziyyətində qulağına toxunmaq kifayət edər . SİNUSİT Burun ətrafı ciblərin iltihabıdır Uşaqlarda ən çox rast gəlinən xəstəliklədəndir.Bu zaman burun tıxanır üz sümüklərində ağrılar olur. FARİNGİT Bu zaman burunun tutulması səbəbli boğazdan içəri axan selik boğaz divarında ilhihabi prosesin əmələ gəlməsinə səbəb olur. ANGİNA Bu xəstəliyi demək olar ki bütün uşaqlar keçirir.Badamcıqlara düşən infeksiya badamcıqların iltihablaşmasına səbəb olur ki , bu da xəstədə yüksək qızdırma və udma aktı zamanı ağrı hissinin olmasına səbəb olur. BRONXİT: Virus və mikrobların qıtlaq və səs tellərini iltihablaşdırması bronxların iltihabına səbəb olur.
2023-01-31 08:18:00
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:54-də İsmayıllı stansiyasından 20 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
2023-01-31 08:15:00
Donorun sperması ilə süni inseminasiya mütləq və nisbi olan tibbi göstərişlərə əsasən aparılır. Mütləq göstərişlərə azoospermiya, nisbilərə isə aşağıdakılar daxildir: 1. Spermatozoidlərin morfoloji dəyişiklikləri və onların hərəkətliyinin pozulması ilə müşayiət olunan, müalicəyə cavab verməyən oliqozoospermiya və oliqostenotetratozoospermiya. 2. Kişi ilə arvadın rezus faktorunun uyğun gəlməməsi. 3. Kişinin irsi xəstəlikləri. Donorun sperması ilə süni mayalanma aparılması həm də əks göstərişlərə malikdir. Proseduranı narkoz altında, ərlə arvadın hər ikisinin süni mayalanmaya yazılı razılığı olmadan, onların hərtərəfli müayinəsi olmadan və müdaxiləyə qəti göstərişlər müəyyənləşdirilmədən, hamiləlik üçün əks göstəriş olduqda aparılması yol verilməzdir. Süni mayalandırmanın əks göstərişləri qadının əlilliyi və onun həyatı üçün təhlükə yarada biləcək ümumi xəstəliklərdir. Süni mayalanmadan əvvəl 2-3 aybaşı tsikli ərzində funksional diaqnostika testləri ilə müayinə və qanda progestronun səviyyəsini müəyyənləşdirmək lazımdır. Bu ovulyator tsikllərinin olmasını, eləcə deperiovulyator günləri təyin etməyə imkan verir.
2023-01-31 08:11:00
Hamiləliyin diaqnostikası şübhəli və şübhəsiz əlamətlərə əsasən təyin edilir. Bəzən əlamətlər aldadıcı ola bilir. Ona görə də diaqnozun tam təsdiq olunması üçün bir müddət gözləmək və bəzi müayinələrdən keçmək lazımdır. Belə ki, hamiləliyin əsas əlamətləri hamilə qaldığı andan bir-neçə ay sonra tam təsdiq edilir. Bu dölün hissələri, ürək döyünməsi, sklet sistemi, USM -in müayinə təyin edildikdən sonra tam təsdiq edilir. Hamiləliyin ilk müddətinin təyini isə əsasən aşağıdakı əlamətlərlə müəyyən edilir: - dadbilmənin dəyişməsi - iybilmə qabiliyyətinin dəyişməsi - əsəbilik, yuxusuzluq - üz və bədənin dərisində baş verən dəyişikliklər - aybaşının kəsilməsi - uşaqlıq yolu və uşaqlıq boynu selikli qişasının göyərməsi - döş giləsini barmaqla basdıqda ifrazatın gəlməsi. Hamiləliyin təyini bioloji metodlarla da aparılır. Bu zaman qadına kliniki müayinələr tətbiq edilir və müayinələrin nəticələrinə baxılır. Hamiləlik zamanı orqanizmdə hormonların miqdarında dəyişikliklər baş verdiyinə görə qanın analizlərinə əsaslanaraq hamiləliyi təyin etmək mümkün olur. Bəzən patoloji hamiləlik zamanı hamiləliyə diaqnoz qoymaq çətin olur. Bu adətən boru hamiləliyi zamanı baş verir. Buna görə də qadının hamilə olub-olmamasını təyin etmək üçün dəqiq müayinələr aparmaq və nəticələri diqqətlə yoxlamaq lazımdır.
2023-01-31 08:05:00
Hamiləlik zamanı böyrəklərin zədələnməri müxtəlif cür ola bilər. Yumaqcıq kapiliyarlarının endotelisinin şişməsi nəticəsində, onların mənfəzinin daralmasına səbəb olan qlomerulyar - kapilyar endotelioz tipik dəyişikliklərdən sayılır. Bu qayıdan proses olub, doğuşdan sonra keçir. Ağır nefropatiyalarla doğuşdan sonra aparılan müayinələrdə yüngül əlamətlərin qaldığı görülür. Hamiləlikdən sonra müşahidə olunan qlomerulonefrit adətən xoşxassəli olur. Hamiləlik zamanı böyrəklərdə olan ağır zədələnmələr fibrinoid nekroz və böyrəklərin payarası arteriyalarının sklerozuna səbəb ola bilir. Doğuşdan sonrakı dövrdə payarası sklerozu olan xəstələrin 75%-də davamlı, bədxassəli təzyiq müşahidə edilir. Əksər hallarda belə qadınlarda atrerial təzyiq doğuşdan sonra da qalır. Hamiləlik zamanı böyrək zədələnmələrinin əsas klinik əlaməti proteinuriyadır. Proteinuriyanın başladığı ilk günlərdə hamilələrdə ödem olmur. Sonrakı günlərdə isə ödemlər özünü göstərməyə başlayır. Nefrotik ödemlər damar mənşəli ödemlərə nisbətən daha massiv olub topuq və obma nahiyyəsində görünür, hətta assit və hidrotoraks baş verə bilir. Ödemin baş verməsi və artması yumaqcıq filtirasiyasının sürətinin azalmasına səbəb olur. Hamiləlik zamanı böyrəklərin zədələnməsinin əlamətlərindən biri də qan zərdabında sidik turşusunun normadan çox olmasıdır. Bu erkən əlamət olub böyrəklərin perfuziyasının pisləşməsi nəticəsində baş verir. Hamiləlik zamanı böyrəklərin zədələnməsinin ağırlaşması kimi böyrək çatışmazlığı, kəskin kanalcıq nekrozu və kəskin kortikal nekroz inkişaf edə bilir.
2023-01-31 08:01:00
Normal zahılıq dövrü son, uşaqlıqdan qovulub xaric olan andan başlayır və 6-8 həftə davam edir. Hamiləlik və doğum zamanı qadın orqanizmində baş verən bütün dəyişikliklər zahılıq dövründə geriyə inkişaf edir. Bu zaman qadın cinsiyyət orqanı hamiləliyə qədərki vəzityyətini tam bərpa edir. Bir sıra qadınlarda zahılıq dövrünün qurtarması, aybaşı tsiklninin başlaması ilə biruzə verir. Döz əmizdirən analarda isə aybaşı tsikli gec başlayır. Bəzi qadınlarda isə bu müddət doğuşdan 6-8 həftə sonra başlayır. Zahılıq dövründə uşaqlığın həcmi kiçilir və uşaqlığın daxilində yara səthi sağalır. Uşaqlığın tutumu uşaqlıq əzələlərinin yığılması nəticəsində baş verir. Bu əzələ liflərinin yağ distrofiyasına və qansızlaşmasına səbəb olur. Uşaqlığın yığılması 10-12 gün, hər gün isə 1-2 sm baş verir. Zahılıq dövründə uşaqlığın eni və çəkisi azalır. Uşaqlığın yığılması ilə eyni vaxtda uşaqlığın daxili qatının bərpa olunması baş verir. Doğuşdan sonra daxili səthin epitelizasiyası, doğuşdan 10 gün sonra baş verir və uşaqlıq bərpa olunur. Uşaqlığın tez bərpa olunması aşağıdakılardan asılıdır: - doğan qadının ümumi vəziyyətindən - yaşından - usagı döşlə əmizdirməsindən - doğuşun xarakterindən. Çox doğan və zəif qadınlarda uşaqlığın yığılması ləng, uşaq əmizdirən qadınlarda isə sürətli gedir. Uşaqlıq yığıldıqdan sonra çanaq dibi əzələlərin tonusunun bərpası baş verir, bəzi hallarda isə çanaq dibi əzələlərin tonusu azalır. Bu zaman onu müxtəlif massaj və idman hərəkərləri ilə bərpa eləməli mümkün olur.
2023-01-31 07:55:00
ABŞ-li məşhur müğənni Selena Qomezin əllərinin tez-tez titrəməsi pərəstişkarlarını qorxudub.
2023-01-31 07:51:00
Hamiləlik zamanı orqanizmdə bəzi funksional dəyəşəkliklər baş verir. Bu dəyişikliklər ana bətnində dölün böyüməsi ilə əlaqədar olur. Döl böyüdükcə ananın həyati vacib orqanlarının da işi artır. Əgər hamiləlik baş verənə qədər ana tamamilə sağlam olubsa, ananın səhhətində heç bir patoloji dəyəşəkliklər baş vermir. Yox əgər ananın ürəyində, böyrəklərində, qara ciyərində müxtəlif xəstəliklər olubsa və ya anada xroniki xəstəlik varsa hamiləlik zamanı onların əlamətləri özünü daha qabarıq göstərir. Belə problemlərlə üzləşməmək üçün hamilə qalmaq istəyən hər bir qadın əvvəlcədən həkim müayinəsindən keçməlidir. Bəs qadında müəyyən xəstəliklər varsa və hamiləlik baş veribsə nə etmək lazımdır? * Hamiləliyin olduğu təsdiqlənibsə qadın məsləhətxanasına vaxtında müraciət etmək lazımdır. * Hansı rejimlə yaşamaq lazımdırsa, ona əməl etmək lazımdır. * Qidalanmanı, müalicə-bədən tərbiyəsini dəqiq və düzgün yerinə yetirmək lazımdır. * Həkimlə vaxtlı-vaxtında görüşüb, məsləhətlərinə əməl etmək lazımdır. *Lazım gələrsə doğulacaq körpəsinin sağlamlığı üçün xətəxana şəraitində müalicə almaq lazımdır. Səhhətində problemləri olan hamilə qadınlar tez-tez analizlər verməli və daima həkimin nəzarəti altında olmalıdırlar.
2023-01-31 07:41:00
Normal hallarda cift uşaqlıq divarından uşaq doğulduqdan sonra ayrılır. Əgər döl doğulmazdan əvvəl cift yerindən ayrılarsa, buna ciftin vaxtından qabaq ayrılması deyilir. Bu patologiyaya əsasən təkrar hamiləlik keçirənlərdə rast gəlinir. Buna aşağıdakılar səbəb ola bilir: - iltihabi proseslər - selikaltı fibroma - abort zamanı zədələnmələr - ağır, gecikmiş toksikozlar - qorxu, sarsıntı - nefrit. Ciftin uşaqlıqdan ayrılması tam və ya hissəvi ola bilir. Hissəvi ayrılma qadın orqanizmində xüsusi bir pozğunluq törətmir. Ciftin tam ayrılması qadın və döl üçün təhlükə törədir, ana qanaxmadan şoka düşür, döldə isə asfiksiya olur. Ciftin tam və ya qismən ayrılması qəflətən qarında yaranan kəskin ağrılar, arterial təzyiqin enməsi, nəbzin sürətlənməsi ilə özünü ifadə edir. Ciftin vaxtından əvvəl ayrılmasının əsas diaqnozu USM vasitəsilə qoyulur. Əgər ciftin erkən ayrılması zamanı qanaxma baş verərsə və hamilə qadının vəziyyəti pisləşərsə, bu zaman ləngitmədən Kesar əməliyyatı tətbiq edilir.
2023-01-31 07:21:00
Ağciyərlərin idiopatik hemosiderozu alveollara təkrari qansızmalar və dalğavari residivləşən gedişlə xarakterizə olunan ağciyər xəstəliyidir. Xəstəlik ən çox uşaqlarda və gənclərdə təsadüf edilir. Xəstəliyin etiologiyası məlum deyil. Xəstəlik mikrosirkulyator hövzənin damarlarının elastik liflərinin anadangəlmə keyfiyyətsizliyi, ağciyər kapilyarlarının dilatasiyasına, qanaxmanın kəskin ifadə olunan yavaşımasına, eritrositlərin alveollara, sonradan ağciyər parenximasında çökməsi ilə diapedezinə gətirib çıxarır. Xəstəliyin əmələ gəlməsində bronx arteriyaları ilə ağciyər venaları arasında anadangəlmə damar anomaliyaları əsas rol oynayır. Immun limfositlərin damar divarına sitotoksik təsirinin böyük rolu da istisna edilmir. Idiopatik ağciyər hemosiderozunun verdiyi dəyişikliklər aşağıdakılardır: *alveolların eritrositlərlə dolması *alveol yollarında və respirator bronxiollarda mikrofaqların tapılması *alveolların və alveollararası arakəsmənin qalınlaşması *xəstəlik proqressivləşdikcə diffuz pnevmosklerozun inkişafı *alveollararası çəpərin strukturunun pozulması. Idiopatik ağciyərin hemosiderozu kəskin və xroniki olur. Kəskin gediş adətən uşaq yaşlılar üçün xarakterikdir. Xəstəliyin əsas əlaməti qanlı-bəlğəmli öskürəkdir. Xəstələri qanhayxırma çox narahat edir. Bundan başqa xəstələr baş hərlənməsi, tənginəfəslik, baş gicəllənməsindən, qulaqlarda küydən, gözün qabağında nöqtələrdən şikayət edirlər. Göstərilən şikayətlər əsasən uzunmüddətli qanhayxırmalar zamanı olur. Xəstələrin çoxunda döş qəfəsində, oynaqlarda, qarında ağrılar olur. Bədən hərarəti qalxır, xəstələr həddən artıq arıqlayırlar. Baxış zamanı xəstələrin dərisi və gözlə görünən selikli qişaların avazıması diqqəti cəlb edir. Diaqnoz:
2023-01-31 07:15:00
"Mənim oğlum baş leytenant idi, Şuşada qəhrəmancasına şəhid olub".
2023-01-31 07:11:00
Qrip. Hamilə qadınlarda ən çox rast gəlinən infeksion xəstəliklərdən biri qripdir. Qrıp virusu vaxtından əvvəl doğuşa səbəb ola bilir. Bu əsasən hamiləliyin son aylarında qrip virusuna yoluxma baş verdikdə baş verə bilir. Doğuşa yaxın qriplə xəstələnən hamilə qadınlarda doğuş zamanı ağırlaşmalar baş verə bilir. Uşaqsalma ağrılı tutmalar zamanı doğuş qüvvələrinin zəifləməsi səbəbindən baş verir. Vərəm. Hamilə qadınlar arasında vərəm xəstəliyinə də rast gəlinir. Hamiləlik ağciyər vərəminin gedişini ağırlaşdırır və onun aktiv formasına keçməsinə səbəb olur. Bu zaman ağciyərlərdə xəstəliyin digər formaları meydana gəlir. Vərəm xəstəliyi intoksikasiyaya, oksigen çatmazlığına səbəb olur ki, bu da hamiləliyin gedişini ağırlaşdırır və uşaqsalmaya səbəb olur. Amma müalicə edilərək vərəmin dölə təsirinin qarşısını almaq mümkündür. Malyariya. Malyariya xəstəliyi uşaqsalmaya və vaxtından əvvəl doğuma səbəb olur. Malyariya zamanı ciftdə qansızma sahələri və digər dəyişikliklər dölün hərəkətinin pisləşməsinə səbəb olur. Bəzən bətndaxili dölün yoluxması baş verir. Toksiplazmoz. Bu xəstəlik insanlara xəstə heyvanlardan və xəstə quşlardan keçir. Törədicilər hamilə qadının orqanizminə yaxşı bişirilməmiş qida məhsullarından, zədələnmiş dəridən və selikli qişalardan keçir.
2023-01-31 07:05:00
Tanınmış estetik cərrah Ruslan Rəsulun ailəsinə fiziki şiddət göstərməsi ilə bağlı iki il öncə yayılan iddialar yenidən gündəmə gəlib.
2023-01-31 07:01:00
Hər bir qadın doğuşdan sonra əvvəlki çəkisinə qayıtmaq istəyir. Bəzən isə doğuşdan sonra bir çox analar çəkilərinin artdığını görüb əvvəlki bədən quruluşuna necə sahib olacaqları barədə düşünürlər. Belə analara bir-neçə məsləhət: 1. Hamiləlik vaxtı artan çəkinizi qısa bir zamanda azaltmağa çalışmayın. 2. Doğuşdan sonra tez bir zamanda idman zalına üz tutmayın. 3. Bir müddər orqanizminizin özünə gəlməsini mütləq göləməlisiniz. Bu sahə üzrə işləyən mütəxəssislər arıqlamaq iatəyən analara ən azı 6-8 həftə gözləməyi məsləhət bilirlər. Bəzən elə olur ki, uşaq əmizdirən analar hamiləlik zamanı qazandıqları çəkini itirə birilər. Bəzən də, uşaqəmizdirmə dövründə hormonlarda baş verən dəyişikliklərlə əlaqədar olaraq anaların çəkisi bir az da arta bilir. Amma hər iki halda yeni ana olmuş qadının idman zalına getməyi düzgün hesab edilmir. Bəs nə etməli? - Gün ərzində ən azı 15-30 dəqiqə piyada gəzin. - Stressdən uzaq durun, sinir sisteminizə nəzarət edin. - Yuxunuzu normallaşdırın. Bu həm sizin rahatlığınız, həm də südünüzün bol olması üçün lazım olan ən vacib məsələdir. - Çəkini artırmayan, lakin südün artmasına səbəb olan qidalardan istifadə edin. - Səbirli olun, çünki dietoloqlar doğumdam sonra 3 kq-dan artıq çəki verməyi məsləhət bilmirlər. - Ev şəraitində bəzi yüngül idman hərəkətləri edə bilərsiniz. - Tam diet saxlamayın. - Gün ərzində 5 dəfə yeyin. Çəkinizin artmaması üçün yediyiniz qidalar, qanda şəkərinizin, enerjinizin, gücünüzün azalmasına səbəb ola bilər. Bunun olmaması üçün yemək aralarında aşağıdakı qida vasitələrindən mütləq istifadə edin: - Bir ovuc badam və ya qoz - Fındıq və kişmiş - Armud, portağal suyu, pendir - Alma, çiyələk - Soyutma yumurta - Az yağlı qatıq.
2023-01-31 06:05:00
Pnevmotoraks- döş qəfəsi yarası və ya ağ ciyərlərin bronxlarının zədələnməsi ilə bağlı olan plevral boşluqda havanın olması deməkdir.
2023-01-31 05:04:00
Pnevmoniya - ağciyərlərin müxtəlif dərəcəli tənəffüs çatışmazlığı, yerli bronx-ağciyər sindromu, həmçinin onların rentgenoloji şəklinin infiltrativ, ocaqlı, yaxud seqmentar dəyişilikləri ilə müşayiət olunan kəskin infeksion xəstəlikdir. SƏBƏBLƏRİ: Pnevmoniya xəstəliyində əsas rolu pnevmokokklar, yaşılımtıl və hemolitk streptokokklar, eləcə də qram-mənfi flora-klebsiella və s. oynayır. Xəstəlik kəskin başlanır. Temperatur 38-39 dərəcəyə qədər yüksəlir. Xəstələrdə yuxunun pozulması, başağrıları, narahatlıq, tormozlanma, meningeal əlamətlər olur. Həkim müayinə etdikdə auskultasiyada tənəffüsün zəifləməsi, quru və xırda qabarcıqlı yaş xırıltılar eşidilir. DİAQNOSTİKASI: Diaqnostikada rengenoloji metoddan istifadə olunur. Rentgenoloji şəklə əsasən müvafiq diaqnoz qoyulur. MÜALİCƏSİ: Bu xəstəlik zamanı toksikoz, tənəffüs çatışmazlığı, ağırlaşma olmadıqda evdə müalicə etmək olar. Müalicə əsasən yerli antibakterial terapiya təşkil edir. Simptomatik müalicə də əsas rol oynayır. Xəstəliyin dinamikası yaxşı olduqda temperatur normallaşdıqdan 2-3 gün sonra antibiotikləri kəsmək olar.
2023-01-31 03:03:00
Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər. Hamiləlik dövründə hamilə qadın istədiyi hər bitki çayını içə bilməz. O içdiyi bitki çaylarına diqqət yetirməli və dietoloqla məsləhətləşməlidir. Çünki bitki çaylarının tərkibində müxtəlif cür maddələr ola bilər və bu maddələr dölə mənfi təsir edər. Amma aşağıda adları çəkilən bitkilərdən dəmlənən çayı içməkdə heç bir zərər yoxdur. Bu çaylara aiddir: * limon * nanə * zəncəfil * alma * portağal * narıngi * itburnu * çobanyastığı * razyana * yaşıl çay. Hamiləlik zamanı aşağıdakı bitki çaylarından istifadə edilməməlidir. Çünki aşağıda adları yazılan çaylar uşaqlığın əzələsinə qıcıqlandırıcı təsir edə bilir: * aloe * qərənfil * kimyon * lavanda * darçın * zəfəran * kəklikotu * kərəviz * mələkotu * yasəmən. Həkimlər hamilə qadına qara çaydan az, yaşıl çaydan çox istifadə etməyi məsləhət görürlər. Belə ki, qara çayın tərkibində olan kofeinin miqdarı, yaşıl çayda olan kofeinin miqdarından daha çox olduğu üçün bunu deməyə əsas verir.
2023-01-31 02:02:00
Qazanılmış ürək qüsurları kəskın və xroniki xəstəliklər və ya travmalar nəticəsində inkişaf edən bir xəstəlikdir.Bu xəstəliyin əsasında qapaqların morfoloji və ya funksional pozğunluğu durur ki bu da ürəkdaxili dəyişiklikliyi ilə xarakterizə olunur. Mitral stenoz Mitral stenoz sol atrioventrikulyar dəliyin daralması olubsol qulaqcıqdan qanın boşalmasını çətinləşdirir Bu da öz növbəsində sol qulaqcıqla sol mədəciyin arsındakı diastolik təzyiqi artırır. Mitral stenoz üçün səciyyəvi olan bütün hemodinamik dəyişikliklər sol atrioventrikulyar dəliyin daralması Mitral stenoz xəstəliyinin daralma dərəcəsinə görə 3 növü var 1 yüngül stenoz 2 mötədil stenoz 3 ağır stenoz Xəstəliyin əlamətləri: Təngnəfəslik- xəstəliyin əsas simptomlarından biridir.Qan dövranının pozulması nəticəsində əmələ gəlir Boğulma tutmaları-mitral stenozu olan xəstələrdə ağ ciyərlərdə baş verən durğunluq nəticəsində meydana gəlir Qanhayxırma-mitral stenozun vacib əlamətlərindən biridir.Ağ ciyər şaxələrinin tromboemboliyası və ağ ciyər infarktı ilə əlaqədardır. Halsızlıq. əzələ zəifliyi -mitral stenozun xarakterik və erkən klinik əlamətlırindən olub, fiziki iş zamanı meydana çıxır. Ürəkdöyünmə-mitral srenozun çox təsadüf edilən əlamətlərindən olub ürəyin ritm pozğunlu ilə əlaqədar olur Ürək nahiyəsində ağrı - bu əlamət az xəstələrdə rast gəlinir Mitral qapaq çatmazlığı Mitral qapaq çatmazlığı sol mədəciyin sistolası zamanı qapaq taylarının örtülməsi olub .qanın sol mədəcikdən sol qulaqcığa requrgitasiyası ilə müşayət olunur Etialogiyası: -Mitral çatmazlığın 2 forması ayırd edilir: 1Üzvi çatmazlıq 2Funksional mitral çatmazliq Mitral qapaq çatmazlığının kliniki əlamətləri aşağıdakılardır - tez yorulma - əzələ zəifliyi - ayaqlarda ağırlıq - ürəkdöyünmə - təngnəfəslik - ürək astma tutmaları - quru öskürək - az miqdarda bəlğəm ifrazı - ayaqlarda ödem - sağ qabırğaaitı nahiyədə ağrı Müayinəsi:Mitral qapaqların müayinəsində EKQ və exokardiyaqrammanın nəticələri və xəstənin şikayətləri əsas götürulür. Müalicəsi cərrahi yolla aparılır.
2023-01-31 01:01:00
Qəfləti ürək ölümü və qəfləti koronar ölüm arasında fərq böyükdür.Qəfləti ürək ölümü daha geniş yaylmış bir fikirdir.Qəfləti ürək ölümündə ölümün səbəbi ürəyin işemik xəstəliyindən başqadigər xəstəliklər də ola bilər. Bu xəstəliklərə aiddir: 1) Miokardın hipertrofiyasi ilə müşayət olunan ürık xəstəliyi 2) Aortanın stenozu 3) Durğunluq səbəbli ürək çatmamazlığı 4) Kardiogen şok 5) Ürəyin tamponadası 6) Ağciyər artereiyasının tomboemboliyasl Qəfləti koronar ölüm ürəyin işemik xəstəliyinin sürətlə inkişaf edən ağır kliniki variantı olub bütün qəfləti ürək ölümlərinin 80-90%-ni təşkil edir. Qəfləti ürək ölümündən fərqli olaraq qəfləti koronar ölümün səbəbi bütüb hallarda ürəyin işemik xəstəliyidir. Özünü tam sağlam hesab edən, heç vaxt heç bir narahatlığı olmayan psixoloji və fizioloji stabillik vəziyyətində olan şəxslərdə baş verən ölümlər qəfləti ğlüm hesab edilir. Alimlərin fikirlərinə görə qəfləti koronar ölüm üçün aşağıdakı əlamətlər səciyyəvidir: 1) ölüm şahidlərin iştirakı ilə birinci təhlükəli simptomların yaranmasından sonra 1 saat ərzində baş verir 2)ölüm baş verməmişdən əvvəl ətrafdakılar xəstənin vəziyyətinin stabil olduğunu və qorxulu heç bir şey gözlənilmədiyini deyirlər. 3)ölüm törədə biləcək digər səbəblər inkar olunmalıdır. Buraya travmalar, ölümlə nəticələnə biləcək digər xəstəliklər, güc tətbiq etməklə ölüm daxildir. Ürək tutmasının başlanması ilə ölümün baş verməsi arasında olan vaxta görə qəfləti koronar ölümün iki forması ayırd edilir: 1) ani koronar ölüm - bu ölüm bir neçə saniyə müddətində baş verir 2) sürətli koronar ölüm - bu zaman hadisənin əlamətləri ölümnən 1 saat əvvəl başlayır. Qəfləti koronar ölüm istənilən yaşda, o cümlədən gənclərdə hətta uşaq yaşlarında da baş verə bilər. Ümumidunya Səhiyyə Təşkilatının məlumatına görə qəfləti koronar ölümün rastgəlmə tezliyi hər həftədə 1milyon əhaliyə 30 ölüm hadisəsi təşkil edir. Qəfləti koronar ölümün inkişafında aşağıdakı risk amillğərinin rolu təsdiq olunmuşdur. -kəskin miokard infarktı -qeyri-stabil stenokardiya -yüksəkqradasiyalı mədəcik aritmiyaları ilə müşayət olunan ürəyin işemik xəstəliyi -kardiomeqaliya və qan dövranı çatmazlığı -bir neçə əsas risk amilləri olan ürəyin işemik xəstələriş Bunlara arterial təzyiqi, şəkərli diabedi,lipid mübadiləsinin pozulması və s. olan xəstələr daxilir. Qeyd etmək lazımdır ki, miokard infarktının başlanğıc fazasında baş vermiş ölüm qəfləti ölüm kimi qiymətləndirilmir. Belə ölüm infarktdan ölüm kimi qiymətləndirilir. Statistikaya görə qəfləti koronar ölümün səbəbləri aşağıdakılardır: -mədəcillərin fibrilyasiyası (80%) -asistoliya (20%) -mədəcik taxikardiyası (nadir hallarda) -kəskin bradikardiya (nadir hallarda) Ürək ritminin pozulmaları, miokardın qeyri-sabitliyi, epikardial koronar arteriyaların hemodinamik əhəmiyyətli daralması nəticəsində baş verir. Əksər hallarda qəfləti ölümnən bir neçə gün hətta bir həftə əvvəl qəfləti ölümün bəzi simptomlarını aşkar etmək olur. Bu əlamətlər aşağıdakılardır: -zəiflik -döş qəfəsində ağrılar -əhval-ruhiyyınin pozulması Xəstədə bu hallar müşahidə edildikdə ona sutkalıq elektrokardioqrafiya monitoru, elektrofizioloji müayinə, veloerqometrik sınaq keçirilməlidir. Bu xəstələrə intensiv antiangial terapiya tətbiq olunmalıdır. Ürəkdə olan dəyişikliklər vaxtında yoxlanılar və müalicə olunarsa xəstəliyin qarşısını almaq olar.
2023-01-31 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-01-30 23:57:00
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
2023-01-30 23:43:00
"WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək mümkün olacaq.
2023-01-30 23:33:00
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
2023-01-30 23:05:00
Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır və bu dəhlizlə hərəkət məhdudlaşdırılmır.
2023-01-30 23:00:00
Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yeni görüntülər yayılıb.
2023-01-30 22:55:00
https://az.trend.az/azerbaijan/society/3702898.html