Tanınmış həkim uşaqlarına aliment vermir?


Digərləri 31 Yan 2023 07:05:00 266 0

Tanınmış həkim uşaqlarına aliment vermir?

Tanınmış estetik cərrah Ruslan Rəsulun ailəsinə fiziki şiddət göstərməsi ilə bağlı iki il öncə yayılan iddialar yenidən gündəmə gəlib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı feminist fəal Gülnarə Mehdiyeva sosial şəbəkə hesabında məlumat paylaşıb. Belə ki, o, iki il öncə paylaşdığı məlumatlarda həkimin həyat yoldaşına və iki azyaşlı övladına qarşı fiziki və psixoloji zorakılıq etdiyini, onları neçə gün işıqsız, qazsız qoyduqdan sonra yaşadıqları birgə nikah dövründə əldə edilmiş evdən çıxarılmaqlarına nail olduğunu yazmışdı. İddiaya görə, evdən heç nə götürmədən çıxan qadın sonradan geyim və əşyalarını tələb etsə də, götürə bilməyib. Bundan əlavə, aktivistin sözlərinə görə, hətta uşaqlarının dəftər-kitabını da qaytarmadığı üçün onlar məktəbə gedə bilməyiblər.

Mövzu ilə bağlı yenidən paylaşım edən Gülnarə Mehdiyeva hazırda həkimin övladları üçün ödəməli olduğu alimenti də vermədiyini deyir: "Bir əməliyyatının qiyməti 3000 manatdan başladığı halda, o, öz gəlirini rəsmi olaraq işlədiyi klinikada 150 manat göstərib və iki uşağa görə ona ən minimum - 350 manat aliment təyin olunub. Amma adam keçmiş arvadına zülm etmək məqsədilə bu məbləği də bütöv şəkildə deyil, 50, 30 manat olaraq hissə-hissə verir və hər dəfə qadını ona yalvarmağa məcbur edir".

G.Mehdiyevanın sözlərinə görə, həkimin yaşadığı ev əslində məhkəmə vasitəsilə keçmiş həyat yoldaşı ilə arasında bölünüb. Lakin Ruslan Rəsul o evdə özü yaşayır və yoldaşına düşən payı vermək istəmir: "O keçmiş həyat yoldaşına atdığı səs yazısında 4 aydır ki, heç bir əməliyyat etmədiyini və bir qəpik pulu olmadığını deyib. Lakin bu yaxınlarda mətbuatda gedən xəbərlərdə və nişanlısının açıq profilində yayımlanan fotolara əsasən, o, nişanlısına olduqca bahalı hədiyyələr alır və öz həyatında da maddi korluq çəkmir. Yanvarın 31-i alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə olacaq. Vəkilimiz onun gəlirlərinin müəyyən edilməsi üçün lazımi yerlərə müraciət edəcək".

İddialarla bağlı Ruslan Rəsulla əlaqə saxladıq. Həkim bildirib ki, haqqında yazılanlar tamamilə yalandır: "2021-ci ildə Yevlax Rayon Məhkəməsinin qərarı ilə boşanmışıq. Boşanmaq üçün müraciəti də mən etmişəm. Şiddət görən bir xanım idisə niyə boşanmırdı? Şiddət görən mənəm. Bütün gün haqqımda yalan məlumatlar paylaşırlar. Elə həmin il məhkəmə qərarı ilə aliment də kəsilib və hər ay ödənişi edirəm. Onlar düz bir il mənə uşaqlarımı göstərməyiblər. İndi özü xaricdədir. Uşaqları da qoyub burda gedib. 8 aydır uşaqlardan uzaqdadır. Hansı ki, vaxtilə uşaqların ölkədən getməsi ilə bağlı müraciət olunmuşdu və mən icazə vermişdim. Amma özü ilə aparmadı. Mən həftədə iki dəfə uşaqlarımla görüşürəm, nəyə ehtiyacları varsa onu da edirəm. Yazırlar ki, mən onun əşyalarını, paltarlarını verməmişəm. Onun heç nəyi məndə qalmayıb. Dövlətin qanunları var və mən hamısına riayət edirəm. Aliment üçün məhkəməyə müraciət ediblər. Qalxacaq, onu da ödəyəcəm. Mən hazırda subay adamam, evlənə bilərəm. Öz işləri ilə məşğul olsunlar".

Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı? like
  • 31 Yan 07:01  
Digərləri Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı?

Hər bir qadın doğuşdan sonra əvvəlki çəkisinə qayıtmaq istəyir. Bəz�

arrow Ətraflı
Pnevmotoraks like
  • 31 Yan 06:05  
Digərləri Pnevmotoraks

Pnevmotoraks- döş qəfəsi yarası və ya ağ ciyərlərin bronxlarının zəd

arrow Ətraflı
Kəskin pnevmoniya like
  • 31 Yan 05:04  
Digərləri Kəskin pnevmoniya

Pnevmoniya - ağciyərlərin müxtəlif dərəcəli tənəffüs çatışmazlığ

arrow Ətraflı
“Hər kəs öz işiylə məşğul olsa...”  FOTO like
  • 31 Yan 04:44  
Şou-biznes “Hər kəs öz işiylə məşğul olsa...” FOTO

Məşhur teleaparıcı Afaq Gəncəli moderator.az-ın suallarını cavablandır

arrow Ətraflı
Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər like
  • 31 Yan 03:03  
Digərləri Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər

Hamiləlik zamanı hansı bitki çaylarından içilə bilər. Hamiləlik dövr�

arrow Ətraflı
Qazanılmış ürək qüsurları like
  • 31 Yan 02:02  
Digərləri Qazanılmış ürək qüsurları

Qazanılmış ürək qüsurları kəskın və xroniki xəstəliklər və ya trav

arrow Ətraflı
Afaq Gəncəlidən sevgi etirafı like
  • 31 Yan 01:22  
Şou-biznes Afaq Gəncəlidən sevgi etirafı

"Bu gözəl günü mənə yaşadan insan var ki, onun sayəsində özümü

arrow Ətraflı
Qəfləti koronar ölüm like
  • 31 Yan 01:01  
Digərləri Qəfləti koronar ölüm

Qəfləti ürək ölümü və qəfləti koronar ölüm arasında fərq böyükd�

arrow Ətraflı
Meqan Foks yeni görünüşü ilə də heyran etdi  FOTO like
  • 31 Yan 00:44  
Şou-biznes Meqan Foks yeni görünüşü ilə də heyran etdi FOTO

Məşhur ulduz Meqan Foks görünüşündəki dəyişikliklə gündəmə gəlib

arrow Ətraflı
Günün qoroskopu: Səhhətinizə fikir verin like
  • 31 Yan 00:01  
Digərləri Günün qoroskopu: Səhhətinizə fikir verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Makron: Verdiyimiz silahlarla Rusiyanı vurmayın like
  • 30 Yan 23:59  
Dünya Makron: Verdiyimiz silahlarla Rusiyanı vurmayın

Ukrayna Qərbin verdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməməlidir.

arrow Ətraflı
Peyvənd olunanların sayı açıqlanıb like
  • 30 Yan 23:57  
Digərləri Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

arrow Ətraflı
Britaniya: Tanklar bu tarixdə Ukraynaya veriləcək like
  • 30 Yan 23:48  
Dünya Britaniya: Tanklar bu tarixdə Ukraynaya veriləcək

"Challenger 2" tanklarının may, yaxud Pasxa bayramı ərəfəsində

arrow Ətraflı
"WhatsApp"dan daha bir like
  • 30 Yan 23:43  
Digərləri "WhatsApp"dan daha bir

"WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək müm

arrow Ətraflı