Digərləri
2023-01-25 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-01-24 23:55:00
İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik:
2023-01-24 23:51:00
Bəzi insanlar məsafəli davranmağı sevirlər, səmimi olmurlar. Əgər kimsə xoşlarına gəlmirsə, heç bir səbəbə görə həmin insanla yaxınlıq qurmağa çalışmırlar. Onlar çox vaxt özlərini sosial həyatdan uzaq tutur və tək vaxt keçirmək istəyirlər.
2023-01-24 23:50:00
İmam Sadiq (ə) nəql edir: "Həzrət İmam Həsən (ə) öz əhli-beytinə belə buyurmuşdu: "Mən Peyğəmbər (s) kimi zəhərlə şəhid olacağam". Və soruşurlar ki, bu işi kim görəcəkdir? Həzrət buyurur: Bu işi həyat yoldaşım Cödə - Əşəs ibni Qeysin qızı görəcəkdir. Müaviyyə gizli şəkildə ona zəhər göndərəcəkdir və ona əmr edəcəkdir ki, bu zəhəri mənə içizdirsin". Deyirlər ki, onu evindən çıxart. Buyurur: "Onu evimdən necə çıxardım ki, hələ bir iş görməmişdir. Əgər onu evimdən çıxartsam, ondan qeyrisi məni öldürməyəcəkdir. İnsanların yanında (Cödənin) üzrlü səbəbi olacaqdır ki, cinayət etmədən məni evindən çıxartdı".
2023-01-24 23:45:00
Oksitosin beyində həyatdan zövq, xoşbəxtlik hisslərini yaradan hormondur.
2023-01-24 23:44:00
Məlum olduğu kimi, ötən ilin oktyabrından etibarən ölkədə jurnalistlər və media subyektləri üçün Media Reyestri fəaliyyətə başlayıb.
2023-01-24 23:40:00
Məsum İmamlar (ə) tarix boyu insanlar üçün əxlaq nümunəsi olmuşdular. İmam Həsən (ə) də bu cür İmamlardan biri idi. İmam Həsənin (ə) şəxsiyyətinin uca məqamını o halda görmək olur ki, kiçik yaşlarından Peyğəmbərdən (s) eşitdiklərini insanların ixtiyarına qoyurdu. İbni Zəbağ Maliki bu xeyir və bərəkət sahibi haqqında belə yazır: "Həsən ibni Əli (ə) haqqında belə yazırlar ki, Peyğəmbərin (s) məscidində əyləşmişdi. İslam maarifinə susuzlayanlar da ətrafında əyləşmişdi. O, elə danışırdı ki, bu susuzları doyuzdururdu. Düşmənlərin gətirdiyi bürhanları batil edirdi".
2023-01-24 23:40:00
Aşağıdakı ayədə uyğun əhvalata işarə olunur: Yusif onların yüklərini bağladığı vaxt "padşah piyaləsini" qardaşının yükünün içinə qoydu. Sonra bir carçı haray çəkib dedi: "Ey karvan əhli siz həqiqətən oğrusunuz." Ayədə bildirilir ki, piyaləni qardaşının yükünə Yusif qoydu. Oğurluq haqqında car çəkən isə başqa bir şəxs idi. Bu nöqtəni nəzərdən qaçırмaq olмaz.
2023-01-24 23:35:00
Mədəaltı vəz problemlərində hər qida həzm olunmur.
2023-01-24 23:30:00
Ürək və sinə ağrıları ən çox rast gəlinən xəstəliklərdən biridir. Bəs, bu sancıları təbii üsullarla aradan qaldırmaq mümkündür?
2023-01-24 23:25:00
Qrip və koronavirusun yeni ştammına yoluxanlar xəstəlik dövrü və sonra alkoqollu içkilərdən uzaq durmalıdır.
2023-01-24 23:20:00
Atəştpərəsliyin qədim tarixə malik olmasına baxmayaraq, Zərdüştün doğum tarixini miladdan öncə VII əsr hesablasaq, onda bu ayinin məhdəviyyət barədə dedikləri elə də qədim hesab olunmaz. Çünki yəhudiyyət ondan öncə vəd olunmuş xilaskar barədə söz açmışdır. Lakin Zərdüştün doğum tarixi birmənalı qəbul olunmur və tarixçilər arasında bu barədə müxtəlif fikirlər söylənilir. Hətta bəziləri onun miladdan 11000 il öncə yaşadığını da qeyd etmişlər. Buna əsasən, zərdüştlüyün həm yəhudiyyət, həm də İslamdan öncə məhdəviyyət mövzusunda danışdığını deyə bilərik. Qeyd olunanları nəzərə alsaq, zərdüştlük - məhdəviyyət barədə heç bir təsəvvürlərin olmadığı bir zamanda ilk söz açan bir ayindir .
2023-01-24 23:15:00
Xərçəng yaranmasına səbəb olan daxili və xarici faktorların təsir dərəcəsini ölçən riyazi model hazırlanıb.
2023-01-24 23:10:00
Zülmün dünyanı son dərəcə əhatə etməsindən sonra xilaskarın zühur edərək dünyanı ədalətlə dolduracağı barədə inanc əksər təkallahlı dinlərin inancı hesab edilir. İslam dininin inancına görə bu xilaskar Həzrət İmam Mehdidir (ə.f): "O, bir kəsdir ki, öz rəsulunu hidayət və doğru dinlə göndərdi. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərə qalib edər." ("Tövbə", 33). Ayəni təfsir edən müfəssirlər, sonda İslam dininin digər dinlər üzərində qalibiyyəti və adıçəkilən dinin yer üzərinə yayılıb hakim kəsiləcəyini qeyd ediblər. Avropa, Amerika, Afrika və dünyanın digər nöqtələrində insanlarınn sürətlə İslam dininə tərəf axışması, bu dinin insanı xilas edəcək yeganə faktor kimi qəbul etmələri deyilənlərə əyani sübutdur. Amma etibarlı hədislərə qeyd edilir ki, bu proses İmamın (ə.f) zühuru zamanı daha da sürətlənəcək və İslam dini bütün dünyanı tam şəkildə əhatə edəcəkdir. İmam Muhəmməd Baqir (ə) yuxarıdakı ayənin təfsirində belə buyurmuşdur: "Bu ayədə verilən vəd Muhəmməd (s) ailəsindən olan Mehdinin (ə.f) zühuru zamanı həyata keçəcəkdir. Həmin gün yer üzündə Muhəmməd (s) həqiqətini təsdiq etməyən bir nəfər də qalmayacaq." ("Məcməul-Bəyan"). "Tövbə" surəsi 33-cü ayənin təfsirində İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib. O zaman gerçəkləşəcək ki, Mehdi (ə) zühur edəcək və dünyada bir nəfər də olsun kafir qalmayacaq." Hədislərdə həzrəti Mehdinin (ə) zühur əlamətləri geniş şəkildə açıqlanmışdır. Qısaca, deyə bilərik ki, zühurdan qabaq, yer kürrəsində küfr, zülm, sitəm, günah son hədə çatacaqdır. Zühurun dəqiq tarix və vaxtı barədə heç kəs qəti bir fikir deyə bilməz. Allah-Taaladan başqa, bu haqda qəti hökm söyləyən kəs yanlış və səhv iş görmüş, yalançılıq etmiş sayılacaqdır. Çünki zühur Allahın ixtiyarındadır.
2023-01-24 23:05:00
Şəkidə qızdırması olduğu üçün sistem vurulduqdan sonra həyatını dəyişən 5 yaşlı uşaqla bağlı rəsmi açıqlama verilib.
2023-01-24 23:01:00
Mütəxəssislər genetik modifikasiya olunmuş siçanlar üzərində tədqiqat aparıblar. Bu tədqiqat insanlar üçün həyata keçirildiyi zaman oxşar bir nəticə əldə edilib. Nəticəyə görə uşaqlar ağıllarını analarının genlərindən alırlar.
2023-01-24 22:55:00
Bir çox insanların zehnini məşğul edən suallardan biri də budur ki, görəsən heyvanlar öləndən sonra məhşur olacaqlarmı? Onların da hesabı vardırmı?
2023-01-24 22:50:00
İnsan bu dünyanı ana bətnində böyüyərək dərk edər. Bu, elə bir evdir ki, kiçik və dardır. Bayırda olanlarla rabitəsi yoxdur. Bu, elə bir aləmdir ki, ondan xaricdə olan aləmdən insan xəbərsiz olur. Elə bilir ki, bütün ömrünü bu qaranlıq otaqda keçirəcəkdir.
2023-01-24 22:45:00
"Müəllim heyətinin getdikcə qadınlardan ibarət olması xalqa 20-30 il sonra qaça bilməyəcəyi ciddi bir problemlər yaşadacaq. Məktəblərə kişi müəllimləri qaytarmaq, siniflərdə kişi görmək üçün müəllimlərin əmək haqqına mütləq yenidən baxılmalıdır".
2023-01-24 22:40:00
Müsəlman Şərq xalqlarının, o cümlədən, Azərbaycan xalqının izdivacla bağlı qədim adət-ənənələri çoxdur. Bunların bir qismi tərəf-müqabilini seçməklə bağlıdır. Keçmişdə bir qayda olaraq ana öz oğlu üçün həyat yoldaşı seçirdi. Bu zaman ana öz gələcək gəlininin həm zahiri görünüşünü, həm xasiyyətini, həm də evdarlıq vərdişlərinə nə dərəcədə bələd olmasını əyani olaraq müşahidə edə bilirdi. Bəzən isə oğlanla qızın bir-birini görüb bəyənmələri üçün onları guya təsadüfi bir şəraitdə (məsələn, qohumlardan birinin evində) görüşdürürdülər.
2023-01-24 22:35:00
Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biridir. Azərbaycanda hər il təxminən 1000 uşaq anadangəlmə ürək qüsuru ilə doğulur. Ürək xəstəlikləri əsasən ürək qüsurları və uşaqların sonrakı yaşam tərzində məruz qaldıqları infeksiyaları, dərman pereparatları, ətraf amillər nəticəsində qazanılmış ürək xəstəlikləri qruplarına ayrılır.
2023-01-24 22:30:00
Xərçəngin bir çox mümkün əlamətləri var, baxmayaraq ki, onlar müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilə bilər.
2023-01-24 22:25:00
Bitki tərkibli olması dərmanları tam zərərsiz və güvənli etmir. Əksinə, bitkisəl dərmanların saflaşdırılması, standartlaşmanın olmaması, onların tərkibinə müxtəlif farmaseptik maddələrin qarışması, ağır metallarla kontaminasiya olunması, ehtimalları artır. Bu da gözlənilməyən əks təsirlərin ortaya çıxmasına səbəb olur.
2023-01-24 22:23:00
Bakıda sevgi münasibətində olduğu qızı və rəfiqəsini intihara cəhd həddinə çatdıran, eləcə də onların görüntülərini xüsusi proqramlarda hazırlayaraq sosial şəbəkə və porno saytlarda yaydığı üçün məhkum edilən 1997-ci il təvəllüdlü Sadıq Hüseynov Ali Məhkəməyə müraciət edib.
2023-01-24 22:20:00
İmam Sadiq (ə) buyurub: فَأمَّا مَن کَانَ مِن الفُقِهَاءِ صائِناً لِنَفسِهِ حَافِظاً لِدِينِه مُخَالِفاً لِهَواه مُطيعاً لِاَمرِ مُولاَه فَلِلعَوامِ اَن يُقَلّدُوهُ وَ ذَلِکَ لاَ يَکُونَ إلاّ بَعضَ فُقَهاءِ الشِيعَةِ لاَ کُلَهُم "Fəqihlərdən hər hansı biri öz nəfsini ehtiras və nəfsani istəklərdən saxlayarsa, dinini mühafizə edərsə, həvayi-nəfsinə müxalif olarsa, mövlasının əmrinə müti olsa, avam camaat gərək onlara təqlid etsinlər. Bu xüsusiyyətlər də hamıda deyil, şiə fəqihlərindən bəzilərində olur." (Vəsailüş-şiə, c/18, səh/95)
2023-01-24 22:15:00
Demensiya və onkologiyadan yayınmaq üçün hər gün əla keyfiyyətli qara çay içmək lazımdır.
2023-01-24 22:10:00
İmamın (ə.f) qeybdə olması heç də Həzrətin (ə.f) vücudunun görünməz bir ruha yaxud ilğıma və bu kimi şeylərə çevrilməsi mənasında deyil. Əksinə o da təbii həyat sürür, sadəcə olaraq onun ömrü uzundur. Həzrət (ə.f) camaat arasında, cəmiyyət içərisindədir. Müxtəlif yerlərdə yaşayır, lakin naməlum şəkildə. Naməlum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır (Mehdi(ə.f)-böyük bir inqilab, səh/250). İmam Sadiq (ə) buyurardı: "Bizim Qaimimizin iki dəfə qeybəti olacaq. Onlardan birində o, həcc mərasimində hazır olacaqdır. O, insanları görür, insanlar isə onu görmürlər". (Üsuli-kafi, c.1, Səh/339.) Həzrətin (ə.f) həcc mərasimində iştirakı onun təbii, adi ömür sürməyinə dəlalət edir. Belə düşünülür ki, İmam Sadiqin (ə) kəlamında "xalqın onu görə bilməməsi"deyildikdə, təbii baxışla ayırd və seçə bilməmələri nəzərdə tutulmuşdur.
2023-01-24 22:05:00
Beldən yuxarı hissədə, qollarda, kürəkdə qırmızı xətlər, cızıqlar qaraciyərdə problem olduğunu göstərir və yubatmadan həkimə getmək lazımdır.
2023-01-24 21:56:00
Sabah gecə saatlarında Bakıda 3 dərəcə şaxta olacaq.
2023-01-24 21:55:00
İmam Sadiq (ə) buyurur: "Hər bir müsəlmana lazımdır ki, namazını şükür səcdəsi ilə sona çatdırsın". Əgər namazını bu səcdə ilə sona çatdırsan, Allah Təalanı razı etdiyin halda mələkləri də özünə qarşı heyrətləndirirsən. Bəndə o zaman ki, namazını bitirər və sonra səcdə edərsə, Allah buyurar: "Ey Mənim mələklərim! Mənim yanımda indi hansı mükafata malikdir?". Mələklər (mükafatların) onların adını çəkərlər. Bu zaman Allah Təala buyurar: "Necə ki, o, Mənim şükrümü yerinə yetirdi, Mən də ona təşəkkür edəcəyəm. Öz fəzlimlə ona üz çevirəcəyəm və ona rəhmətimi göstərəcəyəm".
2023-01-24 21:50:00
Allah Təala Qurani-Kərimi Lövhi-məhfuzdan nazil etmişdir. Heç kəs Quranda dəyişiklik edə bilməz. Quran buyurur ki, biz səmanı hər cür qovulmuş şeytandan qoruyuruq. Bura vəhyin gəldiyi yerdir və şeytanlar ona nüfuz edə bilməzlər. Quranı həml edən mələk Cəbrayil Əmindir (ə). Peyğəmbər (s) ilk dəfə onu görən zaman heyrətlənmişdi. Peyğəmbər (s) Allahın əmanətini Cəbrayildən (ə) alıb, insanlara çatdırmışdır. Ondan bir şeyi silib və ya ona bir şeyi əlavə etməmişdir. Quran möminlər üçün rəhmət və şəfa, kafirlər üçün xusrandır. (Tebyan) Həzrət Peyğəmbər (s) Qiyamət günü öz ümmətindən şikayət edəcək və deyəcəkdir: "Bu ümmət Quranı tərk etmişdir. Quranı hifz edən insanın işi tamam olmaz, bəlkə yolun əvvəlində olar. Əvvəl gərək Quranı hifz edəsən, sonrakı addım Quran haqqında təfəkkür etməkdir. Ondan sonrakı addım təzəkkürdür. Ona görə də Qurana əməl etmək - hər şeydən mühümdür". "(Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: "Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Qur'anı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi)"". ("Furqan" 30). Quran bu hadisənin Qiyamətdə baş verəcəyini bir daha təsdiq edir. Burada məqsəd bütün İslam ümmətidir, xüsusi qəbilə deyildir. Həzrət Peyğəmbər (s) Qiyamət günü o kəslərdən şikayət edəcəkdir ki, Quranı evlərində xəzinə kimi saxlayarlar. Onu oxumaz və onun haqqında təfəkkür etməzlər. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Quranı öyrənər və onu tilavət edə bilər, ancaq Quran oxumazsa, Qiyamət günü Quran ətəyindən yapışar və deyər: "Pərvərdigara! Sənin bu bəndən məni tərk etmişdir. Özün mənimlə onun arasında hökm ver!"". Allah Təala bizləri Quranı oxuyanlardan və onun barədə təfəkkür edənlərdən qərar versin.