Xəbərlərin siyahısı
2023-09-10 16:00:00
İyulun sonunda hakimiyyəti ələ keçirdiyini elan edən Niger xuntası Fransanı sonrakı hərbi müdaxilə üçün qüvvə toplamaqda ittiham edib.
2023-09-10 15:49:00
"Ya çok seversen" serialında sevgili obrazına həyat verən cütlük Kərəm Bürsinlə Hafsanur Sancaktutan eşq yaşamağa başlayıb.
2023-09-10 15:38:00
Sentyabrın 8-də axşam saatlarında Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub. Bu, fəlakətin episentrinə ən yaxın şəhər olan beynəlxalq əhəmiyyətli turizm mərkəzi və krallığın mədəniyyət paytaxtı olan Mərakeşin timsalında ən aydın şəkildə görünür.
2023-09-10 15:27:00
İrəliləmək çətinləşsə belə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı havalar soyuduqdan sonra da davam edəcək.
2023-09-10 15:19:00
Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
2023-09-10 15:16:00
ABŞ hava məkanının təhlükəsizliyini təmin etmək üçün Rumıniya ərazisində bir neçə "F-16" döyüş təyyarəsi yerləşdirməyə qərar verib.
2023-09-10 15:05:00
Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5 faizə yaxınlaşıb.
2023-09-10 14:54:00
Ər arvadının başını kəsərək öldürməkdə şübhəli bilinir.
2023-09-10 14:43:00
Ürək xəstələrində gözlənilən infarkt bir gün əvvəl bəzi əlamətlərlə müəyyən edilə bilər.
2023-09-10 14:32:00
Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Əsəd tanışı İlhaməni (adlar şərti verilib - red.) fotoları ilə şantaj edib.
2023-09-10 14:21:00
Qərb ölkələri ilin əvvəlindən Ukraynaya 30 milyard dollar yardım edib.
2023-09-10 14:10:00
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcədə bütün hərəkət iştirakçılarına müraciət edib.
2023-09-10 14:02:00
"Xankəndidə qondarma "prezident seçkiləri"nin heç bir hüquqi əsası yoxdur".
2023-09-10 13:59:00
Son.az Kulis.az-a istinadən Fidan Əzraqın publisist Cəfər Bünyadzadə haqqında yazısını təqdim edir.
2023-09-10 13:48:00
Türkiyəli aktyor Aytaç Şaşmazın yeni layihəsi bəlli olub.
2023-09-10 13:45:00
Ötən gün Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə daxil olan Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR hələ də Xankəndinə keçə bilməyib.
2023-09-10 13:37:00
Yaponiyanın e-ticarət şirkəti olan "Rakuten"in qurucusu və icraçı direktoru Hiroşi Mikitani "Viber" platformasının Rusiyanın təbliğatına sinə gərə biləcəyini bildirib.
2023-09-10 13:35:00
Ermənistan rəsmilərinin Rusiyanın Qarabağı Azərbaycana "təslim etməsi" ilə bağlı açıqlamaları reallığa uyğun gəlmir.
2023-09-10 13:26:00
Bəzən uşaqlarımız oxuyub-yazmaqda çətinlik çəkirlər. Biz isə uşaqlarımızın yaşıdlarından heç nədə geri qalmamasını istəyirik. Bəzən övladımız kitab və ya hər hansı mətni oxuyanda sözləri səhv tələffüz edir. Düşünürük ki, tənbəllik edirlər, ya da oxumaq istəmirlər. Belə olan halda ağıla bu sual gələ bilər: bəlkə mənim övladım disleksiyadır?
2023-09-10 13:15:00
Böyük Britaniyanın "BAE Systems" şirkəti Ukraynada artilleriya üçün ehtiyat hissələrinin istehsalına başlamağı planlaşdırır.
2023-09-10 13:04:00
Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Valeh şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Ramilə (adlar şərti verilib - red.) xəsarət yetirib.
2023-09-10 12:53:00
Soyuq havalarda orqanizm zəifləyir, imminutet düşür. Bu isə xəstəliklərin meydana gəlməsinə gətirib çıxarır.
2023-09-10 12:42:00
Kiyevdə silsilə güclü partlayış səsləri eşidilib. Sentyabrın 10-na keçən gecə pilotsuz təyyarənin hücumu nəticəsində Kiyevin üç rayonunda dağıntıların yaranıb. Yanğınlar baş verib, ölənlər var.
2023-09-10 12:38:00
9 sentyabrda BQXK-sinin (Beynəlxalq Qırmızı Xaç Komitəsi) humanitar yükü Samur keçid məntəqəsindən daxil olanda biz hesab edirdik ki, bu beynəlxalq təşkilatın eqidası altında gələn yüklər hardan gəlməsindən asıllı olmayaraq öz ünvanına çatacaqdır. Yəni bizim düşüncəmiz təmiz olduğundan yanaşmalarımız da ədalət üzərində qurulmuşdur. Hesab edirdik ki, BQXK-sinin ofisinin hansı ölkədə yerləşməsi əsas şərt deyil. Ona görə də Laçın yolu vasitəsilə BQXK-sinə xəstələrin və həyatı vacib vasitələrin daşınmasına icazə verilmişdir. Amma hadisələrin inkişafı BQXK-sinin də düşündüyümüz kimi saf niyyətli fəaliyyətlə məşğul olmadığını sübut edir. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, belə ki, Rusiya BQXK-nin yükü də Bərdədə otelin qarşısında gözləyir və buraxılmır. "Bu o deməkdir ki, humanitar yüklərin daşınması üçün BQXK-nin hansı ölkələrə aid olması əsas şərtdir. İlk baxışda BQXK-si eyni konvensiya altında fəaliyyət göstərdiyi görünsə də reallıqda isə selektiv yanaşmalar mövcuddur və Xankəndinə humanitar yükü göndərdiyinə görə Rusiya BQXK-nə təzyiqlər göstərilir. Bu bir daha BQXK-nin əsil məramını üzə çıxardır. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdik. O vaxtı BQXK-si erməni silahlıları Füzulidən çıxartmağa cəhd etmişdi və kəşfiyyat məlumatları toplayaraq düşmənə ötürürdü. Müharibə başa çatandan sonra da BQXK-si Ermənistandan Xankəndinə intensiv şəkildə daşımalar həyata keçirirdi. Amma bu yüklər yoxlanılmadığından avtomobillərdə nə daşındığı suallar doğurur. Hətta sərhəd xidmətimiz tərəfindən BQXK-sinin qaçaqmalçılıqla məşğul olduğunu ifşa etmişik", - deyə deputat bildirib. O əlavə edib ki, indi də BQXK-si Xankəndinə ancaq Ermənistandan humanitar yüklərin daşıya biləcəyi kimi fikir ortaya qoyur. "Bu, humanitar yardımlarla bağlı neytral fəaliyyətlə məşğul olmalı olan beynəlxalq təşkilatın siyasi məsələlərə və öz çirkin niyyətlərin reallaşdırılmasına cəlbi deməkdir. Əgər BQXK-sinin məramı ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsindən ibarətdirsə, onun hansı istiqamətdən göstərilməsinin nə əhəmiyyəti var? Amma hadisələrin inkişafı bir daha sübut edir ki, BQXK-si Qərbin əlində siyasi manipulyasiyalar etmək üçün alətə çevrilib. BQXK-sinin ofisi birmənalı şəkildə bilməlidir ki, hətta Ağdam-Xankəndi yolu açıldığı təqdirdə onlar öz emblemi altında əvvəllər olduğu kimi öz çirkin niyyətlərinı davam etdirə bilməyəcəklər", - deyə A.Badamov vurğulayıb.
2023-09-10 12:31:00
VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşım edib.
2023-09-10 12:23:00
Bərdə-Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç komitəsinin avtomobillərinin hərəkət etməsi Azərbaycan konstitusiyasına tam uyğundur.
2023-09-10 12:20:00
Britaniya polisi parlamentin əməkdaşını Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlayıb.
2023-09-10 12:09:00
Amerikalı məşhur bodibilder və model-aktrisa Liza Layon vəfat edib.
2023-09-10 12:00:00
Son.az Kulis.az-a istinadən Xalq artisti Tamilla Ağamirova haqqında maraqlı faktları təqdim edir.
2023-09-10 11:57:00
Bu gün saat 10.00 - da Ağdamdan Ağdərə istiqamətinə humanitar yükün keçidi nəzərdə tutulub. Hazırda yük maşını Bərdədə dayanıb və girişi gözləyir.
2023-09-10 11:49:00
Valeh Hüseynov 1968-ci ildə Xocalıda anadan olub. O, orta məktəbi burada oxuyub və burada da boya-başa çatıb.
2023-09-10 11:38:00
ABŞ-li Armando Ramos Filippinə səfəri zamanı müəmmalı xəstəliyə tutulub və hazırda həyatı ilə mübarizə aparır.
2023-09-10 11:31:00
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki "seçki" təxribatını kəskin pisləməyə çağırıb.
2023-09-10 11:16:00
Tavriya istiqamətində Ukrayna Müdafiə Qüvvələri üç yüzdən çox Rusiya hərbçisini və çox sayda texnikanı məhv edib.
2023-09-10 11:05:00
Qərbi Azərbaycan İcması Argentina Prezidentinin sentyabrın 9-da səsləndirdiyi qərəzli fikirləri kəskin şəkildə pisləyib.
2023-09-10 11:03:00
Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün, göndərdiyi ərzaq dolu TIR-ın Xankəndinə keçidi gecikir.
2023-09-10 10:43:00
İldırım çaxması nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisi verilişi dayandırılıb.
2023-09-10 10:38:00
Sentyabrın 9-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
2023-09-10 10:32:00
Sabirabad rayonunda 1992-ci il təvəllüdlü Qulu qısqanclıq zəminində həyat yoldaşı Gülsümü (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
2023-09-10 10:21:00
Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.
2023-09-10 10:14:00
Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi"ni pisləyib.
2023-09-10 10:10:00
Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan "cəsarətləndi" və onun Qarabağsız sülh sazişinə marağı azaldı.
2023-09-10 09:59:00
"2018-ci ildə ölkədə çəltikçiliklə bağlı təsdiq olunan "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"na əsasən müəyyən işlər davam etdirilir.
2023-09-10 09:37:00
2023-cü ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrə, həmçinin Norveç və İsveçrəyə sığınacaqla bağlı 519 min nəfər müraciət edib.
2023-09-10 09:26:00
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.