24 yaşlı miqrant ölkədə qalmaq üçün hər gün şagird kimi məktəbə getdi
Dünya 29 Sen 2025 18:00:00 64 0
ABŞ-də 24 yaşlı Venesuela vətəndaşı özünü yeniyetmə kimi təqdim edərək illərlə məktəbə gedib.
Bu xəbəri də oxu: “Forbes” Tramp ailəsinin sərvətində böyük artımı AÇIQLADI
Son.az xəbər verir ki, hadisə barədə ABC 13 News məlumat yayıb.
Məlumata görə, o, 2019-cu ilin sentyabrında turist vizası ilə Mayami hava limanına gəlib və noyabrda ölkəni tərk etməli idi. Lakin saxta sənədlər əldə edərək özünü guya insan alverindən qaçmış 16 yaşlı yeniyetmə kimi qələmə verib. Rəsmi qurumlar onun üçün qəyyum təyin edib, o isə məktəbə davamlı olaraq gedib.
Bu il isə vəziyyət dəyişib. Onun qəyyumları ilə əlaqə saxlayan əsl anası oğlunun şəxsiyyətini açıqlayıb. Ev axtarışı zamanı həmin şəxsin 1999-cu ildə doğulduğunu göstərən sürücülük vəsiqəsi və 9 mm-lik silah üçün üç dolu daraq tapılıb.
Miqrant saxta sənədlərdən istifadə və qanunsuz silah saxlama ittihamları ilə məhkəmə qarşısına çıxarılıb. O, özünü təqsirli bilib.
Hökm gələn ilin yanvarında elan ediləcək.
İsmayıl Son.az
Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddət

Tanınmış teleaparıcı Səidə Bəkirqızı aparıcısı olduğu verilişdə

Azərbaycan Prezidenti İlham Əliyev Çinin sədri Si Cinpinə təbrik məktubu

ABŞ-in Oreqon ştatı Prezident Donald Trampın qərarına görə onun administ

Bakıda və Abşeron yarımadasında sentyabrın 30-u axşamdan oktyabrın 1-i g

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov

Çin avtomobilləri ilə bağlı narazılıqlar artmaqdadır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Cabir

Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə diqqət çəkib.

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticə

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat köş

Bəzən həyatın ən ağır ironiyası odur ki, insanları illərlə güldürə

Həbibə Vaqif qızı Məmmədova Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Elm
