Beynəlxalq Muğam Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti təqdim edilib FOTO
Kriminal 29 Sen 2025 15:16:00 50 0
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Gənclərə dəstək" layihəsi iştirakçılarının konserti təqdim edilib.
Bu xəbəri də oxu: Cabir İmanov vəfat etdi
İlk olaraq Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Xorunun (bədii rəhbər Validə Cəlilova, konsertmeyster Svetlana Əhmədova) ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səslənib.
Daha sonra musiqili gecədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Bəturə Əhmədova), konsertmesyterlər - Mirhüseyn Əsədullayev, Hikmət Abdullayev, Ruhulla Dadaşov, Sevinc Kərimova, Rəna Zəkiyeva, Cəfərli Nurlan, Məmmədov Elnur, Çingiz Absəlimov, Züleyxa Usubovanın müşayiəti ilə solistlər - Murad Nəbizadə (xanəndə), Malik Qədimzadə (piano), Fatimə Fərəcova (qanun), Mirnofəl Həsənov (tar), Nurgün Həsənova (kamança), Nilay Quluzadə (xanəndə), Məhəmməd Quluzadə (violin), Məhəmməd Aslanlı (tar) və "Qanunçular" ansamblı, Ərtoğrul Balayev (piano), Samirə Musayeva (piano), Adnan Kərimli (zərb aləti), İnci Həsənli (piano), Uğur Nəbi (piano) öz ifalarını dinləyicilərə təqdim edib.
Gənc istedadların rəngarəng ifaları ilə zəngin olan bu tədbirdə görkəmli bəstəkar, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Koroğlu", "Cəngi", "Qara qız", "Çırpınırdı Qara dəniz", "Fantaziya", "Arşın mal alan" kimi məşhur əsərləri təqdim olunub. Bəstəkar Azər Rzayevin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun və Emil Əfrasiyabın kompozisiyaları da səsləndirilib.
Sonda AMK-tərkibində İncəsənət Gimnaziyasının Xorunun ifasında Fərhad Bədəlbəylinin "Zəfər marşı" (sözləri Yeganə Axundovanındır) əsəri ilə konsert başa çatıb.
Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman za

Paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yara

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman za

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin t

Sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətə

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşv

Bu il ali təhsil müəssisəinə qəbul olmuş 5623 tələbə krediti üçün m

Yelena Zelenskaya Anna Netrebkonun çıxışının ləğvini tələb edib.

Azərbaycan yenidən insan hüquqları sahəsində BMT qurumları və mexanizml�

Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büd

Teleaparıcı Vüsalə Əlizadə mərhum atası ilə bağlı paylaşım edib.

"TikTok"un ABŞ əməliyyatlarının satışı sürətlə gerçəklə�
