Dövlət Uşaq Filarmoniyası Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konserttamaşa ilə çıxış edib FOTO


Kriminal 29 Sen 2025 14:50:00 52 0

Dövlət Uşaq Filarmoniyası Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konserttamaşa ilə çıxış edib  FOTO

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilib.  Ənənəvi musiqi bayramı bu il dahi bəstəkar, maarifçi, ictimai xadim, milli mədəniyyətimizin təşəkkülündə müstəsna xidmətləri olmuş görkəmli şəxsiyyət Üzeyir Hacıbəylinin 140 illik yubileyinə təsadüf edir.

Dövlət Uşaq Filarmoniyasının ilk dəfə olaraq bütün kollektivləri ilə məhz 140 illik yubiley ilində  "Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı"na qatılması həm çox simvolik, həm də olduqca önəmli bir hadisə kimi tarixə yazıldı. "Musiqi və Sənət - Uşaq Qəlblərindən" adlı konsert-tamaşada İlk olaraq diqqətimizi cəlb edən, tədbirin fərqli formatda təqdim edilən maraqlı süjeti oldu. Belə ki, kollektivlər öz ifalarını Uşaq Filarmoniyasının qarşısından başlayaraq interaktiv kompozisiya şəklində konsert zalına qədər davam etdi.

Bu hissədə Nəfəsli Alətlər Ansamblı (bədii rəhbər Sərvan Mehdizadə), Azərbaycan Respublikasının Xalq artisti, dirijor, professor, Şöhrət ordeni laureatı Ağaverdi Paşayevin rəhbərliyi ilə fəaliyyət göstərən Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri Nigar Zeynalova, Uşaq Xor Kollektivinin bədii rəhbəri Aysel Mehdizadə və Uşaq Folklor Rəqs Ansamblının bədii rəhbəri Məhəmməd Quliyevin birgə hazırladıqları maraqlı kompozisiyası, Leyla Muradzadənin rəhbərlik etdiyi xor kolletivi, Vokal sinifi (müəllim: Leyla Aslanova) "Sədəf" xalq çalğı alətləri ansamblının (bədii rəhbər: Qönçə Mehdiyeva, konsertmeyster Elmira Hümbətova), Uşaq Filarmoniyasının Solistləri Yusif Sadıxov və Mələkxanım Əsgərova "Leyli və Məcnun" operasından qısa duet səhnəsini  (Müəllim: xanəndə Elbrus Niftəliyev), gimnastlardan ibarət qrup (müəllim Səbinə Cəlilova), xoreoqraf Günel Təhməzovanın quruluş verdiyi "Leyli və Məcnun" operasında iki aşiqin sevgi dastanını əks etdirən kompozisiya səsləndi. Konsertin davamı olaraq filarmoniyanın konsert zalında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsertlə proqrama yekun verildi.

Konserti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğ İdarəsininsədri sədri Rüfət Mahmud, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru Gülbacı İmanova, Litvanın Azərbaycandakı Səfiri Kestutis Vaskelevicius, İsrailin Azərbaycandakı Səfiri Ronen Kraus,  Almaniya səfirliyindən olan  nümayəndə Jens Lindemann izləyənlər arasında olub. Konsert zalında eyni zamanda uşaqların Milli Musiqi Günü ilə bağlı təəssüratlarını əks etdirən rəsmlərindən ibarət sərgi də nümayiş etdirilib (müəllimlər: Günay Qarayeva, Səriyyə Teymurova).  Konsert-tamaşanın baş rejissoru Günay Səttar, quruluşçu rejissorlar Nəsimi Əliyev və Nigar Əliyeva, rəssam Səriyyə Teymurovadır.

Saakaşvili təqsirli bilindi  3 milyon ödəməlidir like
  • 29 Sen 14:22  
Dünya Saakaşvili təqsirli bilindi 3 milyon ödəməlidir

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşv

arrow Ətraflı
Cabir İmanov vəfat etdi like
  • 29 Sen 14:18  
Kriminal Cabir İmanov vəfat etdi

Əməkdar artist Cabir İmanov vəfat edib.

arrow Ətraflı
Xalq artistinin keçmiş xanımı ilə Zelenskinin həyat yoldaşı arasında QALMAQAL like
  • 29 Sen 14:06  
Şou-biznes Xalq artistinin keçmiş xanımı ilə Zelenskinin həyat yoldaşı arasında QALMAQAL

Yelena Zelenskaya Anna Netrebkonun çıxışının ləğvini tələb edib.

arrow Ətraflı
Turist uçuruma yuvarlandı  Anbaan like
  • 29 Sen 13:42  
Dünya Turist uçuruma yuvarlandı Anbaan

Selfi çəkərkən faciəvi şəkildə öldü

arrow Ətraflı
Bakı BMTyə problemin həll yollarını göstərdi like
  • 29 Sen 13:36  
Siyasət Bakı BMTyə problemin həll yollarını göstərdi

Azərbaycan yenidən insan hüquqları sahəsində BMT qurumları və mexanizml�

arrow Ətraflı
Baş nazir vacib qərar imzaladı like
  • 29 Sen 13:34  
Digərləri Baş nazir vacib qərar imzaladı

Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büd

arrow Ətraflı
"Ətrin üçün necə darıxmışam..." like
  • 29 Sen 13:11  
Şou-biznes "Ətrin üçün necə darıxmışam..."

Teleaparıcı Vüsalə Əlizadə mərhum atası ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Çin "TikTok"u niyə ABŞyə satmağa razı oldu?  AÇIQLAMA like
  • 29 Sen 13:01  
Digərləri Çin "TikTok"u niyə ABŞyə satmağa razı oldu? AÇIQLAMA

"TikTok"un ABŞ əməliyyatlarının satışı sürətlə gerçəklə�

arrow Ətraflı
Azərbaycan beynəlxalq sülhü siyasi vasitələrlə təmin edir like
  • 29 Sen 13:00  
Digərləri Azərbaycan beynəlxalq sülhü siyasi vasitələrlə təmin edir

İkinci Qarabağ müharibəsi və qısa müddətli lokal antiterror əməliyyat�

arrow Ətraflı
İlham Əliyev onu təltif etdi like
  • 29 Sen 12:59  
Siyasət İlham Əliyev onu təltif etdi

Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli "Əmək" ordeni il

arrow Ətraflı
Xəzər dənizinin səviyyəsinin azalmasının səbəbləri açıqlandı  RƏSMİ like
  • 29 Sen 12:50  
Digərləri Xəzər dənizinin səviyyəsinin azalmasının səbəbləri açıqlandı RƏSMİ

Müvafiq qurumların apardığı monitorinqlər göstərir ki, 2005-ci ildən ba

arrow Ətraflı
Bu lüks avtomobillər geri çağırıldı like
  • 29 Sen 12:42  
Digərləri Bu lüks avtomobillər geri çağırıldı

"Volkswagen" konserni yanğın riski səbəbindən "Porsche"

arrow Ətraflı