Qiymət artımı metro xidmətlərinin yaxşılaşdırılmasına yönəlib
Digərləri 29 Sen 2025 15:40:00 76 0
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində metro sahəsində tədbirlər mərhələli şəkildə həyata keçirilir.
Bu xəbəri də oxu: Prokurorluqda qulluğa qəbulla bağlı imtahan keçiriləcək
Son.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Məlumata əsasən, proqram üzrə yeni metro stansiyalarının inşası, mövcud infrastrukturun yenilənməsi, əlavə vaqonların alınması, yeni depo tikintisi və enerji təminatı sistemlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir və müvafiq plana uyğun olaraq onların vaxtında tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, daha bir yeni stansiyanın 2026-cı ildə sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Metropolitenin "28 May-Əhmədli" sahəsində 34 cüt qatarla hərəkət sxeminə keçidin nəticəsi olaraq, ilk dəfə pik saatlarda qatarların hərəkət intervalı 1 dəqiqə 45 saniyəyədək azaldılıb. Metronun vaqon parkı da mütəmadi olaraq yenilənir və son dövrdə alınmış 65 yeni vaqondan 35-i artıq xəttə buraxılıb. Dövlət Proqramına əsasən 299 yeni nəsil vaqonun da alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.
Paytaxtın sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətlərinin davamlılığını təmin etmək və dövlət proqramında qoyulan hədəflərə çatmaq üçün tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.
Bu istiqamətdə əsas hədəflər qatar parkının yenilənməsi, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və ekoloji baxımdan daha səmərəli nəqliyyat mühitinin yaradılmasıdır. Bakı Metropoliteni qarşıdakı illərdə bu hədəflərə çatmaq üçün fəaliyyətini davam etdirəcək, sərnişinlərə daha yüksək keyfiyyətli, müasir və təhlükəsiz xidmət göstərilməsi üçün bütün imkanlardan istifadə olunacaq.
Tarif dəyişikliyi bu məqsədlərə nail olmaq, beynəlxalq standartlara cavab verən dayanıqlı və innovativ metro sistemi qurmaq istiqamətində atılmış vacib addımlardan biri kimi dəyərləndirilir.
Asya Son.az
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitu

Hindistanın Tamil Nadu əyalətində aktyor və siyasətçi Vijayın seçki mit

Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını m

Yasamal rayonu Mirzə Fətəli Axundov 86 ünvanında baxımsız bina artıq t�

"Xəbəri elə indicə aldım. Çox pis oldum. Olduqca ağır xəbərdir&qu

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Üzeyir Hacıbəylinin 140 illik y

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman za

Paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yara

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman za

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin t

Sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətə

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşv

Bu il ali təhsil müəssisəinə qəbul olmuş 5623 tələbə krediti üçün m

Yelena Zelenskaya Anna Netrebkonun çıxışının ləğvini tələb edib.
