Xəbərlərin siyahısı
2023-09-11 12:40:00
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda hərəkət intensivliyində artım müşahidə olunacaq və artıq bu hiss olunmaqdadır.
2023-09-11 12:38:00
Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.
2023-09-11 12:33:00
Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.
2023-09-11 12:30:00
Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad olunub.
2023-09-11 12:29:00
"MTV" kanalının tanınmış aparıcısı Gülnar Səhliyarlı əməliyyat olunub.
2023-09-11 12:22:00
Sabiq nazir müavini, hazırda Nazirlər Kabinetinin Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri Musa Pənahova ağır itki üz verib.
2023-09-11 12:20:00
Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4%, qeyri-ərzaq məhsulları üzrə 110,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.
2023-09-11 12:18:00
"Priqojinə təyyarəsinin məhv ediləcəyi barədə xəbərdarlıq edilib və o, təyyarədə olmayıb..." "Putin və Patruşev Priqojinlə kritik vəziyyətdə əməkdaşlıq barədə razılıq əldə edib..." "Vaqner qrupu" özəl hərbi şirkətinin rəhbəri, "Putinin aşpazı" adlandırılan Yevgeni Priqojin avqustun 23-də aviasiya qəzasında şirkətin yüksək vəzifəli üzvləri ilə birlikdə həlak olub. Lakin ilk günlərdən onun sağ-salamaq olduğu və gizləndiyi barədə şayiələr dolaşmağa başlayıb. Son.az moderator.az -a istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı politoloq Valeri Solovey Britaniyanın "Daily Mail" nəşrinə verdiyi müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Priqojin Vladimir Putinin qisasından gizlənir. Solovey adları açıqlanmayan mənbələrə istinadən iddia edir ki, Priqojin təyyarəsinin məhv ediləcəyi barədə informasiya əldə edib və təyyarədə olmayıb. "Yevgeji Priqojinə onun qətlə yetiriləcəyi, onun təyyarəsinin məhv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib", - Solovey bəyan edib. "Putunin qisası" barədə danışarkən, Solovey bununla yanaşı iddia edir ki, Putin və Patruşev Priqojinlə sövdələşmə əldə edib ki, onlar bizim müşahidə etdiyimiz bu "fokusu" işləyib hazırlayıb. "Onlar kritik vəziyyətdə əməkdaşlıq barədə razılaşıblar", - o, deyib və qeyd edib ki, bu beş min vaqnerçidən Patruşevlə bağlı yeni hakim koalisiyasına qarşı çıxmağa cəhd edənlərdən xilas olmaq üçün istifadə edilməsi güman edilir. Solovey güman edib ki, Priqojin Vladimir Putin ölməyincə, Vətənə dönməyəcək. O, deyib ki, geriyə dönən kimi Priqojin yenidən beş minlik "Vaqner"ə rəhbərlik edəcək və Kremlin müxtəlif qütblərinin hakimiyyət uğrunda mübarizəsində ən mühüm fiqur olacaq. Solovey həmçinin bəyan edib ki, Priqojinin aktivləri, o cümlədən brilliantlar, qızıl və nağd pulları bölünüb, həm də Priqojinə onların yeddidə bir hissəsi qalıb, digər hissələri "Vladimir Putinin ailəsinin nəzarət etdiyi qurumlara" çatıb. Politoloq əmindir ki, Putin xəstədir və 2023-cü ilin payızında ölə bilər. İctimaiyyət qarşısına isə onun oxşarları çıxır. "Putinin oxşarları, daha doğrusu, iki oxşarına Federal Mühafizə Xidməti tərəfindən nəzarət edilir", - o, deyib. Onun həkimlərinin sözlərinə görə, Putin xəstədir və payızadək ölə bilər. Valeri Solovey kimdir? Valeri Solovey çoxdandır ki, ekspert cəmiyyətində sui-qəsd nəzərriyyələrinin başlıca tərəfdarı kimi qəbul edilir. Onlardan iki ən populyarı bunlardır: Putin ölüm ayağındadır və çoxdandır ki, ölkəyə rəhbərlik etmir; Putinin yerinə oxşarları çıxış edir. Solovey rusiyalı tarixçi, siyasi analitik, publisist və ictimai xadimdir. Tarix elmləri doktorudur. 2007-2019-cu illərdə o, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun reklam və ictimaiyyətlə əlaqələr kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-cü ildə "Qorbaçov Fondu"nun eksperti olub. 2012-ci ildə milliyyətçi yönlü "Yeni qüvvə" partiyasının sədri seçilib, Rusiya Ədliyyə Nazirliyi onu qeydiyyatdan keçirməkdən imtina edib. Solovey müntəzəm olaraq Putinə və "Vahid Rusiya" partiyasına qarşı çıxıb. 2022-ci ildə İstintaq Komitəsi müstəntiqləri tərəfindən onun evində axtarış aparılıb. O, həmçinin dəfələrlə piketlərdə saxlanılıb. Solovey 9 sentyabr 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" siyahısına salınıb. Qeyd edək ki, Soloveyin bu açıqlaması Priqojini öldürən adamın adını açıqlayan Ukrayna prezidentinin sözlərilə ziddiyyət təşkil edir. Eyni zamanda, bu həftə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, Priqojinin ölümünü hələlik 100 faiz təsdiq edə bilmir. Bu barədə nazirliyin nümayəndəsi Andrey Yusov məlumat verib və vurğulayıb ki, Dmitri Utkinin və təyyarənin digər sərnişinləri həlak olub, amma Priqojinlə bağlı "bir qədər gözləmək lazım gələcək. Biz faktlara əsaslanmalıyıq, Yusov deyib.
2023-09-11 12:12:00
Sertifikasiya nəticəsinə əsasən bildik ki, ibtidai sinif müəllimlərimizin orta məktəb proqramını kafi dərəcədə bilir.
2023-09-11 11:56:00
Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil müəssisəsinin təmiri başa çatdırılıb.
2023-09-11 11:23:00
Ötən gecə Quba rayonunda baş vermis ağır yol qəzasında vəfat edən və xəsarət alan şəxslərin adları məlum olub.
2023-09-11 11:18:00
Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar insanların həyatına təhlükə yaratmaqda davam edir.
2023-09-11 11:16:00
İkinci Qarabağ müharibəsindən sonra təxminən 3 ildir ki növbəti müharibədən danışılır və həqiqətən də hər bir əlamət ona hazırlığı göstərir, lakin müxtəlif səbəblərdən hazırlıq və əslində müharibəyə getmək niyyəti iki fərqli şeydir.
2023-09-11 11:15:00
Galaxy Z Flip və Galaxy Z Fold qatlanan smartfon sahəsində pionerlik edəndən bəri Galaxy Z seriyası texnologiya və dizaynın zirvəsini nümayiş etdirən inqilabi məhsullarla bazarın ön sıralarındadır. Seriyanın tərtibatçıları qatlama cihazların təkmilləşdirilməsini bu günədək davam edir. Bu daimi yenilik istifadəçilərin həyat tərzini dərindən dərk etməklə yanaşı, həm də gündəlik həyatı zənginləşdirmək istəyini nümayiş etdirir.
2023-09-11 11:12:00
"Əziz insanları hər zaman yanında görmək istəyirsən. O da mənim valideynlərimdir. Valideyn yarası heç zaman sağalmır. Yeni il gecəsi anam, üç ay sonra isə bacım Novruz bayramında dünyasını dəyişdi. Anamın vəfatından sonra iki ay dərin stress yaşadım. Bu itkini çox dərin keçirdim. Özümdə deyildim. Mənə söz deyirdilər, eşitmirdim. Bir şey deyirlər, yadında qalmır". Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev "Nanəli" verilişinə müsahibəsində deyib. Anasını və bacısını itirən sənətçi bildirib ki, bu ağrını və acını dünyaya gələn qızı ilə ovutmağa çalışıb: "Bacım dünyasını dəyişəndən sonra bir təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. O, dünyaya gələndən sonra onu xəstəxanadan çıxaranda avtomobildə onu qucağıma aldım, inanmadım ki, bu uşaq mənim övladımdır. O ay parçası kimi bir uşaq idi. Övladımın dünyaya gəlməsi məni o dərin stressdən çıxardı. O uşaq sanki dünyamı dəyişdi". Lakin Z.Əliyevin övlad sevinci çox çəkməyib. Belə ki, yeddi ayında ağır şəkildə xəstələnən müğənninin qızı Nərgiz dünyasını dəyişir. "Amma bu xoşbəxtlik uzun sürmədi. Çünki övladım cəmi yeddi ay yaşadı. Adını Nərgiz qoymuşduq. O hissi yaşamışam... Digər övladlarım qızımın öldüyünü biləndə evdə bağırırdılar. Təcili yardımı çağırsaq da, kömək edə bilmədilər. Körpə çox pis xəstələndi. Soyuqladı və bronxları tutuldu. Evdə bir dəqiqənin içində nəfəsi getdi, gəlmədi. Yəni övladın körpə, kiçik, yaşlı olmasından aslı olmayaq valideynin qəlbində böyük iz salır. Həyat yoldaşımla kiçik bir qutu tapdıq. Körpəmizi o qutunun içinə qoyub kəndə apardıq. Körpəmi qardaşımla birgə böyük övlad kimi dəfn etdik. Mən bunu Allahın imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bu stressləri mən yaşamalı idim", - deyə Zakir vurğulayıb.
2023-09-11 11:01:00
Sosial şəbəkələrdə yayılan görüntülər maraq doğurub.
2023-09-11 10:52:00
Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.
2023-09-11 10:51:00
Cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti "Onu oxut" aksiyasına start verdi. "Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı" çərçivəsində həyata keçirilən ianə aksiyasında toplanan məbləğlər hesabına sosial həssas qruplardan olan tələbələrə təqaüd veriləcək: https://bit.ly/rhttqv.
2023-09-11 10:50:00
"Əslində Ermənistan lideri Nikol Paşinyan Rusiyanın iddia etdiyi fövqəldövlət rolunu layiqincə yerinə yetirmədiyini söylədi".
2023-09-11 10:40:00
"Muğanbank" ASC fərdi sahibkar və hüquqi şəxslər üçün kampaniya təqdim edir.
2023-09-11 10:39:00
Ötən il vəfat edən müğənni Yuri Şatunovun 50 illik yubileyi günündə məzarı üstündə açılışı olan heykəlinin qiyməti bəlli olub.
2023-09-11 10:28:00
Ələt-Astara yolunun Salyan şəhəri hissəsində ağır qəza baş verib.
2023-09-11 10:17:00
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin sahiblərinə, eyni zamanda, sürücülərinə müraciət edib.
2023-09-11 10:07:00
"Şahzadəmin bu gün doğum günüdür... O qızın anası olduğum üçün xoşbəxtəm".
2023-09-11 09:52:00
Cəlilabadda qanunsuz at əti kəsimi ilə məşğul olan şəxslər saxlanılıb.
2023-09-11 09:45:00
Əməkdar artist Kübra Əliyevanın bir neçə il əvvəl həbsxanada dünyasını dəyişən oğlu Raufun övladı Ağaəli canlı efirə çıxıb.
2023-09-11 09:27:00
Artıq 2-ci gündür ki, Bərdə şəhərində gözləyən Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) ərzaq dolu yük avtomobili ötən gün Ağdam Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.
2023-09-11 09:20:00
Amerikalı milyarder İlon Maskın kanadalı müğənni Qrayms ilə gizli övladı var.
2023-09-11 09:12:00
Ukrayna qoşunları cənubda Rusiya işğalçılarına təzyiq etsələr, o zaman onlar qaçacaqlar.
2023-09-11 09:01:00
Silahlı cinayətkarlar Çilinin xarici işlər naziri Albert van Klavereni soymağa cəhd ediblər.
2023-09-11 08:50:00
Sentyabr dəyişikliklər, yeni çağırışlar, perspektivlər və mühüm qərarlar ayıdır.
2023-09-11 08:43:00
Avropa Komissiyası bəyan edib ki, Rusiyada qeydiyyatda olan minik avtomobillərindən istifadə etməklə Avropa İttifaqı (Aİ) ölkələrinə giriş sanksiya qanunvericiliyinə əsasən qadağan olunmuş idxal sayılır.
2023-09-11 08:34:00
Rusiya G20 sammitində Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransına buraxılmayan rusiyalı jurnalistə görə üzrxahlıq tələb edir.
2023-09-11 08:25:00
Supermodel Bella Hadid "Heaven by Marc Jacobs Fall '23" kampaniyasının siması olub.
2023-09-11 08:17:00
Madaqaskar Prezidenti Andri Rajoelina istefa verib.
2023-09-11 08:02:00
"Müasir Rusiya silahlarının İrana tədarükü İsrailin təhlükəsizliyinə təhlükə yarada bilər".
2023-09-11 07:56:00
Türkiyənin ATV telekanalında yayımlanan "Kim Milyonçu Olmaq İstəyər?" verilişində əsas mükafat qazanılıb.
2023-09-11 07:47:00
ABŞ Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər.
2023-09-11 07:40:00
Bakının Səbail rayonunda bir nəfər bıçaqlanıb.
2023-09-11 07:23:00
Bakının Səbail rayonunda dörd maşın qəzaya uğrayıb.
2023-09-11 07:14:00
Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
2023-09-11 07:09:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
2023-09-11 06:28:00
Havalar isindikcə açıq rəngli geyimlərə üstünlük veririk. Yayın əsas rəngləri çəhrayı, açıq yaşıl, mavi, sarı kimi çalarlardı. Ancaq bu sezon "barbie" rəngləri əsas trenddir. Hətta rənglə yanaşı, "Barbie" stili ilə də bu mövsüm çox qarşılaşacağıq.
2023-09-11 05:31:00
Xəstəliklərlə müqavimət apararaq qrip və soyuqdəyməyə qalib gəlmək üçün 7 önəmli məsləhətə riayət edin
2023-09-11 04:41:00
Son.az Kulis.Az-a istinadən Xalq artisti Habil Əliyev haqqında maraqlı faktları təqdim edir.