500 manat ziyana düşdü, az qaldı ölsün “TikTok Stomatoloqu” barəsində AĞIR İDDİA
Digərləri 30 Sen 2025 10:25:00 65 0
Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edib.
Bu xəbəri də oxu: Məşhur kardioloq Cabirin ölümündə onları hədəfə aldı
Son.az xəbər verir ki, şikayətçi Tural Qoca "Xəzər TV"yə müraciətində bildirib ki, "TikTok"da özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.
T.Qocanın sözlərinə görə, N.Həsənov onun dişini heç bir cərrahi əməliyyat olmadan, ağrısız şəkildə çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.
Zərərçəkmiş ona 500 manatdan çox ziyan dəydiyini və ölümdən döndüyünü həmçinin Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını bildirib.
İddialarla bağlı sözügedən stomatoloqla əlaqə saxladıqda isə, o, pasiyentlə aralarında anlaşılmazlıq olduğunu deyib. Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina edib.
Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, Nicat Həsənovun adı "Tibb kadrlarının vahid reyestri"ndə mövcud deyil. O da qeyd edilib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin "qaynar xətt"inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.
Daha ətraflı videomaterialda:
Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn

Tanınmış prodüser və aparıcıya Dənizkənarı Bulvar İdarəsində vəzif

2025-ci ilin son ayları bəzi bürclər üçün həyatın ən unudulmaz və seh

Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okean akvator

Bakıda ağır yol qəzası baş verib.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan baş

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ay�

Müğənni Elit Star Cəmilə qalmaqallı fikirləri ilə gündəmə gəlib.

Böyrəklər bədənin sağlam fəaliyyəti üçün həyati əhəmiyyət daşıy
