Beynəlxalq Barbekü Festivalı ilk dəfə Şamaxıda
Digərləri 30 Sen 2025 12:03:00 77 0
Son zamanlar bir sıra yaddaqalan tədbirlərin və festivalların məkanına çevrilən Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkil olunacaq.
Oktyabrın 4-ü və 5-də Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Barbekü Festivalı keçiriləcək.
Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, "Abqora" restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunur.
Festivalda Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink (Willem Vink), Dünya Barbekü Assosiasiyasının baş hakimi Kristofer Sandford (Chirstopher Sandford), Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazlar - bir çox ölkələrin kulinariya assosiasiyalarının prezidentləri, "Michelin" mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri iştirak edəcək. Möhtəşəm barbekü nümayişlərinin təqdim olunacağı bu beynəlxalq tədbirin əsas məqsədi mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaqdır.
Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər müxtəlif ləzzətləri və bişirmə üsullarını nümayiş etdirəcək, kulinariya məharətlərini bölüşəcəklər.
Tədbirin ən parlaq hissələrindən biri isə jurnalist və bloqerlər arasında keçiriləcək yarış olacaq. Yarışın sonunda dad, bişirmə dərəcəsi və təqdimat formasında fərqlənən komandalar sertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrunda mübarizə aparacaqlar.
Festvalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsi ilə qeydiyyatdan keçə bilər.
İsrail Baş naziri Benyamin Netanyahu Qətərin Əmiri Təmim bin Həməd əs-S

Hər müharibədə bir məqam gəlir ki, tərəflər artıq "necə döyüş

"Cabirin ölüm xəbərini televiziyadan eşitdim. Əlim-ayağım qurudu. �

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov ötən gün Bakıda idma

Asiya İnkişaf Bankı sentyabr hesabatında Cənubi Qafqaz və Mərkəzi Asiya

Masallı rayonunda hamiləliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilən 32

Türkiyədə məhkəmə Bolu Bələdiyyə Başçısı Tanju Özcan haqqında mə

"Xaçmaz rayonunda məhkəmə hakimi işləyən dövrlərdə qətl hadisəs

İqlim dəyişikliyi bəşəriyyəti yanğınlar, daşqınlar, ərzaq qıtlığ�

Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliy

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza

Dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törəd

Ukraynalı aktyor, musiqiçi və könüllü Andrey Neskubin Rusiya aviasiyasın�
