Dostunu arvadına görə öldürən şəxsin cinayət işi məhkəmədə necə sübut edildi?
Digərləri 30 Sen 2025 11:09:00 52 0
"Xaçmaz rayonunda məhkəmə hakimi işləyən dövrlərdə qətl hadisəsi baş vermişdi. Hadisə belə idi - təqsirləndirilən şəxs öz yaxın dostunu öldürmüşdü".
Bu xəbəri də oxu: Əməkdar artistin nəşi Əjdərbəy məscidinə aparılıb
Son.az xəbər verir ki, bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində Ali Məhkəmənin tanınmış sabiq hakimi Əsəd Mirzəliyev deyib.
O bildirib ki, qətl törədən şəxs hadisədən bir müddət əvvəl evlənibmiş: "Onun qulağına çatır ki, evləndiyi qızla dostu arasında əvvəllər sevgi münasibəti olub. Həmin şəxs də qısqanclıq zəminində öz dostunu meşəyə apararaq öldürüb. Hadisə də qətlə yetirilən şəxsin anasının anım günü zamanı qeydə alınıb. O, əvvəlcədən atası ilə tüfəng göndəribmiş. Dostunu öldürdükdən sonra basdırıb. Bir müddət keçəndən sonra onun nəşi tapılıb".
Hadim qeyd edib ki, hadisədən bir müddət sonra həmin şəxs saxlanılıb, cinayəti etiraf edib:
"Cinayət işinin ibtidai istintaqı yekunlaşıb məhkəməyə göndəriləndən sonra o, hadisəni törətmədiyini dedi".
Əsəd Mirzəliyev müsahibəsinin davamında söyləyib ki, məhkəmə istintaqı dövründə şahid ifadələri əsasında həmin şəxsin cinayət törətdiyi sübuta yetirilib.
Qeyd edək ki, 1954-cü il təvəllüdlü Əsəd Mirzəliyev 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsi bitib. O, 1978-1982-cü illərdə Ağdam rayonu Dövlət Notariat Kontorunda Baş dövlət notariusu vəzifəsində çalışıb. Sonra Əsəd Mirzəliyev Xaçmaz Rayon Məhkəməsinin hakimi (1982-1985), Ağsu Rayon Məhkəməsinin hakimi (1985-1987), Salyan Rayon Məhkəməsinin sədri (1987-2000) və Ali Məhkəmənin hakimi (2000-2020) olub. 2023-cü ildən isə Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının üzvüdür.
Ətraflı videoda:
Xəbərə aid video
İqlim dəyişikliyi bəşəriyyəti yanğınlar, daşqınlar, ərzaq qıtlığ�

Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliy

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza

Dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törəd

Ukraynalı aktyor, musiqiçi və könüllü Andrey Neskubin Rusiya aviasiyasın�

Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sa�

Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn

Tanınmış prodüser və aparıcıya Dənizkənarı Bulvar İdarəsində vəzif

2025-ci ilin son ayları bəzi bürclər üçün həyatın ən unudulmaz və seh

Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okean akvator

Bakıda ağır yol qəzası baş verib.

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
