Anasını öldürən oğul SAXLANILDI
Kriminal 23 Mar 2026 10:13:00 244 0
Bu gün səhər 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində qətl hadisəsi baş verib.
Son.az xəbər verir ki, kənd sakini 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb. Araşdırma aparılır.
Kaynak: milli.az
