Bakıda müəllim öldürüldü Saxlanılan var
Kriminal 21 Mar 2026 09:07:00 319 0
Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.
Kaynak: milli.az
