Ustad sənətkar Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş "Nadir muğam gecəsi" keçirilib – FOTO


Kriminal 06 Mar 2026 18:21:00 295 0

Ustad sənətkar Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş "Nadir muğam gecəsi" keçirilib – FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Nadir Events"in təşkilatçılığı ilə görkəmli xanəndə, ustad sənətkar Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunmuş "Nadir muğam gecəsi" keçirilib.

Muğamsevərlərin böyük marağına səbəb olan gecədə sənət dünyasının tanınmış simaları bir araya gəlib. Hüseynağa Aslanovun təqdimatında baş tutan konsert proqramında Xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Zakir Əliyev, eləcə də tanınmış solistlər Elgiz Əliyev, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Rövşən Bəşirov, Mütəllim Dəmirov və Hüseyn Məlikov çıxış ediblər.

İfaçıları Xalq artisti Elçin Həşimovun (tar) və Əməkdar artist Elnur Əhmədovun (kamança) rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı, habelə Altay Niftəliyev (tar) və Xəyyam Məmmədov (kamança) müşayiət edib.