Putin və Tramp arasında gözlənilən görüş bu tarixdə olacaq
Dünya 17 Eki 2025 17:20:00 338 0
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüşün yaxın iki həftə ərzində baş tutacağı gözlənilir.
Milli.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, tərəflər görüşün uzun müddətə təxirə salınmasının məqsədəuyğun olmadığını anlayır.
Kaynak: milli.az
