Yaxın günlərdə ABŞ və İran arasında danışıqlar ola bilər
Dünya 29 Mar 2026 23:20:00 231 0
Yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda münaqişənin nizamlanmasına dair ABŞ və İran arasında danışıqlar keçirilə bilər.
Son.az xəbər verir ki, bu barədə məlumatı Pakistanın XİN rəhbəri Məhəmməd İshaq Dar İslamabadda Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə danışıqlardan sonra brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, hər iki tərəf arasında danışıqlara ev sahibliyi etmək Pakistan üçün şərəfdir: "İran və ABŞ-nin danışıqlara yardım məsələsində Pakistana etimad göstərməklərindən çox şadıq".
Kaynak: milli.az
