Yeni dollarların üzərində görün kimin imzası OLACAQ


Dünya 27 Mar 2026 10:32:00 208 0

Yeni dollarların üzərində görün kimin imzası OLACAQ

ABŞ-nin Maliyyə Nazirliyi ölkənin yaranmasının 250 illik yubileyi münasibətilə yeni planını təqdim edib. Belə ki, milli valyuta olan ABŞ dollarının üzərində hazırkı Prezident Donald Trampın və maliyyə naziri Skott Bessentin imzaları yerləşdiriləcək.

Son.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

S.Bessent mövzu ilə bağlı çıxışında qeyd edib ki, Prezident Donald Trampın və dövlətin tarixi uğurlarını yaddaşlarda saxlamaq üçün onun imzasını daşıyan ABŞ dollarlarının dövriyyəyə buraxılmasından daha təsirli vasitə mövcud deyil.