Şara Putinlə görüşdüyü vaxt Əsəd görün nə ilə məşğul imiş
Dünya 15 Eki 2025 19:13:00 393 0
Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd Şara arasında gözlənilən kritik görüş Moskvanın Kreml sarayında başlayıb. Rəsmi açıqlamalara görə, tərəflər ikitərəfli münasibətləri və Rusiyanın Suriyadakı hərbi bazalarının gələcəyini müzakirə edib.
Putin görüş zamanı Rusiyanın Suriya xalqının maraqlarını hər zaman ön planda saxladığını bildirib və Dəməşqdə keçirilən parlament seçkilərini "böyük uğur" kimi qiymətləndirib.
Suriya Prezidenti Əhməd Şara isə bəyan edib ki, Moskva ilə daha əvvəl imzalanmış bütün razılaşmalara hörmətlə yanaşırlar:
"Rusiyayla əlaqələri yeni bir anlayışla yenidən formalaşdırmaq niyyətindəyik," - deyə Şara vurğulayıb.
Suriya dövlət xəbər agentliyi SANA görüşün mövzusunu "iki ölkə arasında strateji əməkdaşlıq və regional məsələlər" kimi təqdim etsə də, hökumət mənbələri pərdəarxası daha ciddi bir tələb olduğunu bildirir.
