Ərdoğan onu işdən çıxardı
Digərləri 10 Tem 2025 10:10:00 93 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər nazirinin müavini Burhanəddin Duranı Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun yerinə təyin edib.
Bu haberi de oku: 900dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bilik və bacarıqlarını inkişaf etdirib
Son.az xəbər verir ki, bu haqda məlumat "Resmi Gazete"də dərc olunub.
Fahrettin Altun isə prezidentin sərəncamı ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) prezidenti təyin edilib.
Qeyd edək ki, Altun 2018-ci ildə qurulduğu gündən etibarən Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, Altun Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) rəhbəri vəzifəsini Burhanəddin Durana təhvil verərək Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri olmuşdu. /apa