Sabah çox isti olacaq
Digərləri 11 Tem 2025 12:19:00 65 0
İyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu haberi de oku: Rusiyada daha bir azərbaycanlı faciəli şəkildə öldü FOTO
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Kaynak: milli.az