Türkiyədə tarixi gün 41 illik bəladan qurtulur
Digərləri 11 Tem 2025 11:12:00 67 0
Türkiyədə "Terrorsuz Türkiyə" prosesində yeni və tarixi mərhələyə qədəm qoyulub.
Bu haberi de oku: Şəhər meri timsahla
Son.az xəbər evrir ki, MHP lideri Dövlət Bağçalının çağırışı və PKK lideri Abdullah Öcalanın təşkilatın tərksilah olunması ilə bağlı açıqlamasından sonra, terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayır.
Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) nəzarəti altında baş tutacaq tərksilah prosesinin 3-4 ay ərzində tamamlanacağı gözlənilir. Silahların təhvil verilməsi və məhv olunması mərhələli şəkildə sənədləşdiriləcək və izlənəcək. Prosesin şəffaf keçməsi üçün xüsusi yoxlama mexanizmi yaradılıb.
İlk mərasim Şimali İraqda - Süleymaniyyə kəndi ətrafında Ankara, Bağdad və Ərbilin koordinasiyası ilə həyata keçiriləcək. Təhlükəsizlik səbəbilə tədbirin yeri açıqlanmayacaq və canlı yayım olmayacaq.
PKK üzvləri tədricən təyin olunmuş mərkəzlərə silah təhvil verəcək və qeydə alınacaqlar. Qeydiyyatdan keçən şəxslər arasında cinayətdə əli olmayanlar istədikləri halda sərbəst şəkildə Türkiyəyə qayıda biləcək və onlara qarşı heç bir hüquqi təqib aparılmayacaq.
Eyni zamanda, təşkilatın logistik anbarları və düşərgələri də ləğv olunacaq. Prosesin məqsədi - 41 illik terror kabusuna son qoymaq və Türkiyəni sülhə bir addım daha yaxınlaşdırmaqdır.
Fidan Son.az