AzərbaycanQazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan2025” təlimi keçirilir


Digərləri 09 Tem 2025 11:27:00 91 0

AzərbaycanQazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan2025” təlimi keçirilir

Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində "Tərlan-2025" birgə taktiki-uçuş təlimi başlayıb.

Son.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin açılış mərasimində Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayaraq keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.

Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.