Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri yeni araşdırma


Digərləri 04 May 2025 16:24:00 70 0

Gələcəkdəki çəkinizi müəyyən edən məktəb vərdişləri  yeni araşdırma

“Valideynlər bu amilləri nəzərə almalıdır”

"Science Direct" portalının yaydığı məlumata görə, yeniyetməlik dövründə formalaşan bəzi təhsil vərdişləri insanın gələcəkdəki bədən çəkisinə və bel ölçüsünə ciddi təsir edə bilər.

Araşdırma nəyi üzə çıxardı?

Pensilvaniya Dövlət Universitetinin sosiologiya üzrə professoru, aparıcı müəllif Miçel Frisko bildirib ki, onilliklərdir aparılan tədqiqatlar ali təhsil diplomlarının uzunmüddətli sağlamlıq və rifahla əlaqəli olduğunu göstərir. Lakin bu diplomlara gətirib çıxaran bir təhsil prosesi var ki, bu da məktəblərdə formalaşır və ailələr tərəfindən dəstəklənir.

"Əgər təhsilin sağlamlığa niyə təsir etdiyini tam anlamaq istəyiriksə, gərək bu prosesə daha əvvəldən - məktəb illərindən baxaq," - deyə tədqiqatçılar əlavə ediblər.

Gələcək çəkiyə təsir edən üç əsas məktəb vərdişi

Sosial-iqtisadi imkanları yüksək və ya özəl məktəblərdə oxuyan şagirdlər illər sonra daha sağlam bədən çəkisinə malik olurlar.

Orta məktəbdə daha inkişaf etmiş, qabaqcıl dərslərdə iştirak edənlərin də gələcəkdə çəkilərini daha yaxşı qoruduqları müşahidə edilib.

Məktəbdə populyar və sosial baxımdan aktiv olan şagirdlərin isə onillər sonra belə daha sağlam bədən formasına sahib olduqları aşkarlanıb.

Professor Friskonun sözlərinə görə, bu təsirlər xüsusilə qadınlarda daha güclü müşahidə olunub. Bu isə cəmiyyətin qadınlara qarşı daha çox "arıq olma" təzyiqi göstərməsi ilə əlaqələndirilir.

"Təhsil müəssisələrində formalaşan sosial qruplar sağlamlıq davranışlarını və həyat tərzini ciddi şəkildə təsir edir. Bu proses ailələrdə başlayır, məktəblərdə davam edir," - Frisko qeyd edib.

Psixoloqdan şərh: "Valideynlər bu amilləri nəzərə almalıdır"

Ailə psixoloqu Nabat Mirzəyeva mövzu ilə bağlı Son.az-a açıqlamasında bildirib ki, məktəb dövründə formalaşan sosial və təhsil mühiti uşaqların psixoloji inkişafına birbaşa təsir edir və bu, gələcəkdə onların sağlamlıq vərdişlərinə də sirayət edir:

"Sosial baxımdan aktiv uşaqların özlərinə inamı daha yüksək olur. Bu inam onların sonrakı illərdə idmanla məşğul olmaq, sağlam qidalanmaq və özlərinə baxmaq kimi davranışlarına təsir edir. Eyni zamanda, akademik uğur uşaqlarda məsuliyyət hissini gücləndirir. Bu da sağlamlıqla bağlı qərar verməyi asanlaşdırır," - deyə psixoloq vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, ailələr uşaqların təhsil aldığı mühitin yalnız akademik deyil, həm də sosial və psixoloji təsirlərini nəzərə almalıdır:

"Valideynlər məktəb seçimində yalnız reytinqə və akademik göstəricilərə yox, həm də uşağın orada özünü necə hiss edəcəyinə diqqət yetirməlidir. Uşağın sosial çevrəsi, müəllimlərlə münasibəti və dərsdənkənar fəaliyyətlərə qatılması da onun gələcək psixoloji və fiziki sağlamlığında önəmli rol oynayır".

Xəyal Abdullayev Son.az

Sumqayıtda yaşayış binasında yanğın olub like
  • 04 May 16:08  
Digərləri Sumqayıtda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay

arrow Ətraflı
Muğam müsabiqəsində nə baş verib?  Xalq artistindən iddialara cavab like
  • 04 May 15:55  
Kriminal Muğam müsabiqəsində nə baş verib? Xalq artistindən iddialara cavab

Gənc xanəndə Rəqsanə Ağayeva Muğam müsabiqəsinin seçimlərinin ədalə

arrow Ətraflı
Azər Badamov niyə Rusiyaya buraxılmadı? like
  • 04 May 15:45  
Siyasət Azər Badamov niyə Rusiyaya buraxılmadı?

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov 2025-ci ilin

arrow Ətraflı
"Kızılcık Şerbeti" serialına yeni sima: Məşhur aktyor "Leo" obrazında like
  • 04 May 15:24  
Digərləri "Kızılcık Şerbeti" serialına yeni sima: Məşhur aktyor "Leo" obrazında

Populyar türk serialı "Kızılcık Şerbeti" yeni mövsümə sürpri

arrow Ətraflı
Rəsmi Bakı Badamova görə Moskvadan izahat GÖZLƏYİR like
  • 04 May 15:12  
Siyasət Rəsmi Bakı Badamova görə Moskvadan izahat GÖZLƏYİR

Rusiya tərəfinin deputat Azər Badamovun Moskva hava limanında saxlanılması

arrow Ətraflı
Gecələr bürcləri yuxusuz qoyan fikirlər: kim nə barədə düşünür? like
  • 04 May 15:11  
Digərləri Gecələr bürcləri yuxusuz qoyan fikirlər: kim nə barədə düşünür?

Əyləncə məqsədli astroloji təhlil – ciddi qərarlar üçün deyil

arrow Ətraflı
"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər"  Turistlərin sayını necə artıraq? like
  • 04 May 15:00  
Digərləri "Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" Turistlərin sayını necə artıraq?

Gəlmə turizmi bütün dünyada turizm sektorunun prioritet sahələrindən bir

arrow Ətraflı
Qeysəriyyə əməliyyatından sonra ölən qız 16 yaşında evlənibmiş like
  • 04 May 14:35  
Digərləri Qeysəriyyə əməliyyatından sonra ölən qız 16 yaşında evlənibmiş

Xəbər verdiyimiz kimi, Bakıda Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini,

arrow Ətraflı
"Apple" "Meta"nın inkişafına necə mane oldu?  Zukerberq danışdı like
  • 04 May 14:23  
Digərləri "Apple" "Meta"nın inkişafına necə mane oldu? Zukerberq danışdı

Epic Games ilə qalmaqallı məhkəmə işindən sonra, Meta şirkətinin rəhb�

arrow Ətraflı
Yayda soyuqdəymə: İsti havada insanlar niyə xəstələnir? like
  • 04 May 14:11  
Digərləri Yayda soyuqdəymə: İsti havada insanlar niyə xəstələnir?

Soyuqdəymə adətən qış fəslilə əlaqələndirilsə də, bir çox insan el

arrow Ətraflı
"Ailə saadəti" serialının əsas aktyor heyəti bəlli oldu like
  • 04 May 13:59  
Şou-biznes "Ailə saadəti" serialının əsas aktyor heyəti bəlli oldu

Türkiyə televiziyasının yeni layihələrindən biri olan "Ailə saadət

arrow Ətraflı
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı, deport edilir like
  • 04 May 13:50  
Siyasət Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı, deport edilir

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilat

arrow Ətraflı
Günəşdən gələn təhlükə  Yeni araşdırma həyəcan siqnalı verir like
  • 04 May 13:46  
Dünya Günəşdən gələn təhlükə Yeni araşdırma həyəcan siqnalı verir

1859-cu ildə baş vermiş "Carrington hadisəsi" tarixdə qeydə alı

arrow Ətraflı
Bu gün 27 mindən çox şagird imtahan verdi like
  • 04 May 13:33  
Digərləri Bu gün 27 mindən çox şagird imtahan verdi

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsi

arrow Ətraflı