Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı


Digərləri 11 Okt 2025 22:18:00 79 0

Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı

Xəbər verdiyimiz kimi, Bakıda dahi bəstəkar Qara Qarayevin bir vaxtlar yaşadığı mənzilin 750 min manata satışa çıxarıldığına dair məlumatlar yayılıb.

Bəstəkarın qızı Qarayeva-Bağırova Züleyxa Qara qızı mənzil barədə yayılan xəbərləri "Qafqazinfo"ya təkzib edib:

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində "Qara Qarayevin yaşadığı mənzil satışa çıxarıldı" başlığı ilə yayılan məlumat tam həqiqəti əks etdirmir.

Bildiririk ki, xəbərdə adıçəkilən mənzil dahi bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil.

Həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilmiş və Qara Qarayev burada bir neçə il yaşamışdır. Daha sonra bəstəkar başqa ünvana köçmüş, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşmış və sonradan mənzil satılmışdır.

Hazırda Qara Qarayevin əsl yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil Qara Qarayevin ev-muzeyi kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır".

Onun sözlərinə görə, Qara Qarayevin sonuncu mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşib:

"Həmin binada bəstəkarın baraleyfi quraşdırılıb, yaxınlıqda isə onun adını daşıyan park salınıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yayılan məlumat tam dəqiq hesab edilə bilməz və ictimaiyyəti yanlış istiqamətə yönəldir. Media qurumlarından və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, bu kimi xəbərləri paylaşmazdan əvvəl məlumatın düzgünlüyünü yoxlasınlar və böyük sənətkarın irsinə hörmətlə yanaşsınlar. Qara Qarayevin adı və yaradıcılığı Azərbaycan mədəniyyətinin ən dəyərli sərvətlərindəndir və onunla bağlı istənilən məlumat məsuliyyət və dəqiqliklə ictimaiyyətə çatdırılmalıdır". Son.az  

Ağdamda avtomobillər “KamAz”a çırpıldı  Yaralılar var like
  • 11 Okt 21:59  
Digərləri Ağdamda avtomobillər “KamAz”a çırpıldı Yaralılar var

Ağdamda 2 minik avtomobili "KamAz"​la toqquşub.

arrow Ətraflı
Onurğaya 22 kq əlavə yük düşür  Gündüz etdiyiniz bu səhv gecə sizi yuxusuz qoyur like
  • 11 Okt 21:52  
Digərləri Onurğaya 22 kq əlavə yük düşür Gündüz etdiyiniz bu səhv gecə sizi yuxusuz qoyur

İngiltərənin məşhur nəşrlərindən Daily Mail-ə danışan yuxu mütəxə

arrow Ətraflı
Trampın ürək yaşı eşidənləri heyrətləndirdi like
  • 11 Okt 21:38  
Digərləri Trampın ürək yaşı eşidənləri heyrətləndirdi

ABŞ Prezidenti Donald Trampın illik tibbi müayinəsi maraqlı nəticə verib.

arrow Ətraflı
Qara Qarayevin yaşadığı mənzil fantastik qiymətə satılır like
  • 11 Okt 21:13  
Digərləri Qara Qarayevin yaşadığı mənzil fantastik qiymətə satılır

Dahi bəstəkar Qara Qarayevin yaşadığı mənzil satışa çıxarılıb.

arrow Ətraflı
Maşına bir parça sabun qoyun – fərqi dərhal hiss edəcəksiniz like
  • 11 Okt 20:42  
Digərləri Maşına bir parça sabun qoyun – fərqi dərhal hiss edəcəksiniz

Keçmişdə sürücülərin avtomobilində paltar sabunu olmadan yola çıxması

arrow Ətraflı
Nəhəng uşaq dünyaya gəldi  FOTO like
  • 11 Okt 20:29  
Digərləri Nəhəng uşaq dünyaya gəldi FOTO

Rusiyada nəhəng körpə dünyaya gəlib.

arrow Ətraflı
Azərbaycanlı aktyorun toyu oldu like
  • 11 Okt 19:45  
Şou-biznes Azərbaycanlı aktyorun toyu oldu

ƏSA teatrının aktyoru Elşən Əskərov ailə qurub.

arrow Ətraflı
Baş Qərargah rəisi Türkiyədə keçirilən təlimdə like
  • 11 Okt 19:33  
Digərləri Baş Qərargah rəisi Türkiyədə keçirilən təlimdə

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi

arrow Ətraflı
İşi daim kompüterlə olanların nəzərinə!  Həkim xəbərdarlıq etdi like
  • 11 Okt 19:00  
Digərləri İşi daim kompüterlə olanların nəzərinə! Həkim xəbərdarlıq etdi

Qarışıq, yəni həm təbii, həm də süni işıqlandırma şəraitində i�

arrow Ətraflı
"Cabir İmanovun qızları Londonda təhsil alır" like
  • 11 Okt 18:43  
Şou-biznes "Cabir İmanovun qızları Londonda təhsil alır"

Əməkdar artist Dilarə Əliyeva mərhum həmkarı Cabir İmanovun son vaxtlar

arrow Ətraflı
Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq like
  • 11 Okt 18:25  
Digərləri Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025&qu

arrow Ətraflı
Bu məhsul kəskin ucuzlaşdı  kiloqramı 67 qəpiyə düşdü like
  • 11 Okt 18:16  
Digərləri Bu məhsul kəskin ucuzlaşdı kiloqramı 67 qəpiyə düşdü

İntensiv yağışlar Quba rayonunda meyvə bağlarına ziyan vurub, almanın ki

arrow Ətraflı
Azərbaycanlı müğənniyə ağır itki like
  • 11 Okt 18:02  
Şou-biznes Azərbaycanlı müğənniyə ağır itki

Məşhur müğənni Şəbnəm Qəhrəmanovaya ağır itki üz verib.

arrow Ətraflı