Bu şəxslərin həbs cəzası hesablanmayacaq
Digərləri 02 May 2025 00:25:00 84 0
Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.
Bu xəbəri də oxu: İmtahandan əvvəl bu meyvəni yeyin Zehniniz açılacaq
Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsindən kənar qaydada xarici dövlətin məhkəməsinin hökmünün tanınması və təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin hökmü ilə çəkdiyi cəzanın ona təyin ediləcək cəza müddətinə hesablanması yolverilməzdir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Son.az
Müğənni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə 6,2 bal güc

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

"ATV kanalı ilə məhkəməmiz davam edir. Bundan sonra belə edəcəyəm.

Türkiyənin məşhur "Şakir Paşa ailesi: Mucizeler ve skandallar" s

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görü

İnternetdə son dövrlərdə ən çox müzakirə edilən mövzulardan biri də

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

ABŞ-nin keçmiş Maliyyə naziri Janet Yellen ölkənin tənəzzül riski ilə

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Milli

Zehni performansınızı artırmaq istəyirsinizsə, qəlyanaltınıza bu qidan�

Maaşını düzgün idarə etmək həm maliyyə sabitliyini, həm də gələcək

Lent.az-ın müsahibi meyxanaçı Ağamirzə Məmmədovdur

"Feysbuk sosial şəbəkəsində "Azərbaycan Sosial Yardım 2025"
